Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Göz formasına uyğun makiyaj etmək üsulları
Göz formasına uyğun makiyaj etmək üsulları
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 1053
Səs ver:
Gözlərə makiyaj edərkən gözün forması əsas tutulmalı və gözlərdə olan qüsurları örtəcək şəkildə bir makiyaj edilməlidir. Gözlərə vurulan göz kölgələri çox açıq və canlı rənglərdə olmamalıdır. Yüngül tonlarda olan göz kölgələri gözləri daha təbii və gözəl göstərir. Hər bir göz formasına uyğun makiyaj eləməyin üsullarını nəzərdən keçirək.

Böyük gözlər üçün makiyaj
Böyük gözlərə sahib olanlar gözlərinin altına qara qələm çəkə bilərlər. Qara qələm gözləri balaca göstərir. Lakin gözünüzün daha da böyük görünməsini istəyirsinizsə, gözünüzün altına ağ qələm çəkə bilərsiniz. Bundan əlavə gözlərinizi böyük göstərmək üçün açıq rəng göz kölgələri, kiçik göstərmək üçün isə tünd rəng göz kölgələrindən istifadə edin.

Kiçik gözlər üçün makiyaj
Kiçik gözləri olan xanımlar heç vaxt gözlərin altına qara qələm çəkməməlidirlər. Çünki bu zaman gözləri daha da kiçik görünəcəkdir. Gözünüzü daha böyük göstərmək üçün altına və içinə ağ qələm çəkin. Göz kölgələrində isə açıq rənglərə üstünlük verin.

Bir-birinə yaxın gözlər üçün makiyaj
Gözlərinizin bir-birindən daha uzaq görünməsi üçün edəcəyiniz makiyaj göz ucunda deyil gözün quyruq hissəsində daha qabarıq olmalıdır. Bunun üçün tuşu yalnız gözünüzün ucundakı kirpiklərinizə çəkin. Göz qapağınızın ortasına qədər açıq rəngdə göz kölgəsi vurun.

Bir-birindən uzaq gözlər üçün makiyaj
Gözləri bir-birinə yaxınlaşdırmaq üçün isə əksinə makiyaj gözün iç hissəsində daha qabarıq olur. Burnun uc hissəsinə tünd rəngdə tonal krem çəkməklə gözləri bir-birinə yaxınlaşdıra bilərsiniz. Bundan əlavə tonal kremi qaşlarınıza doğru yayın və tuşunuzu 2 qat çəkin.

Çuxur gözlər üçün makiyaj
Çuxurda olan gözlərə sahib olanların gözləri kiçik görsənir və buna görə də gözləri böyük göstərmək üçün olan makiyaj üsulundan istifadə etməlisiniz. Göz qapağınıza açıq rəngdə göz kölgələri çəkin və göz çuxurunun yuxarısına kimi yayın. Qələmi çox incə formada çəkin. Tuşu üst hissəyə doğru çəkin və alt kirpiklərinizə də azca vurun.

Çəkik gözlər üçün makiyaj
Çəkik gözlər ümumiyyətlə daha gözəl görünən gözlərdir. Lakin gözlərinizin belə olmasından şikayətçisinizsə, layner istifadə etməməlisiniz. Çünki bu gözlərinizi daha çəkik göstərəcəkdir.
Hər bir göz formasına uyğun makiyaj etmək üsulundan istifadə etməklə həm gözlərinizin qüsurlarını örtə, həm də daha gözəl görünə bilərsiniz.


Şərhlər: 9
Baxılıb: 1053
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane quba
eslinde gozlerim normaldi.goz kolgesini tund renglerde xowlayiram.mene yarawir.
24 iyul 2016 20:01
# 9
Şəbnəm Vüsal
gözlərim iridi.layner cəkəndə bəs edir.maşallah 128
5 may 2016 00:37
# 8
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Kölge
Teşükkur edirem........
4 may 2016 22:40
# 7
Her şeye gore şukur
vipbetul
gozlerimin makyaja ehtiyagi yoxdur sukur

gozlerimin makyaja ehtiyagi yoxdur sukur
4 may 2016 21:39
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Men de gozlerime karandaw vurmuram,daha da balaca gosterir.tenlerden istifade edirem,bir de tuj vururam cox vaxt. Teşekkürler maraqli oldu

Men de gozlerime karandaw vurmuram,daha da balaca gosterir.tenlerden istifade edirem,bir de tuj vururam cox vaxt. Teşekkürler maraqli oldu
4 may 2016 20:17
# 5
BARBI
Gozlerim normaldir. Men daha cox icine qara ve yasil karandas vurmagi xoslayiram
4 may 2016 20:15
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Gozlerim kicikdi ag qelemden istifade edirem goz kolgesi sevmirem
4 may 2016 20:05
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
Böyük və çəkik gözlər.
Tam əksinə mənə göz altına karandaş vurmaq heç yarşmır.Çünki göz iri,kirpiklər uzun.Baxan kimi sifətimdə 2 dənə göz nəzərə pis çarpır.
4 may 2016 19:47
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Antikvar
Böyük gözlər üçün makiyaj
Böyük gözlərə sahib olanlar gözlərinin altına qara qələm çəkə bilərlər. Qara qələm gözləri balaca göstərir. Lakin gözünüzün daha da böyük görünməsini istəyirsinizsə, gözünüzün altına ağ qələm çəkə bilərsiniz. Bundan əlavə gözlərinizi böyük göstərmək üçün açıq rəng göz kölgələri, kiçik göstərmək üçün isə tünd rəng göz kölgələrindən istifadə edin.


Məndə gözlərimin aşağı hissəsinə karandaş vururam hətta içinə ağ qələm vurduğum zamanlarda var,amma üst hissəsinə layner vurmaq daha çox yaraşır nəinki bir tək aşağı hissəsinə.Tenlərdəndə istifadə etmirəm gündəlik makyajda ,ola bilsin toylara oda geyimimin rənginə uyğun vurmağa çalışıram yada o rəngə açıq rəng hansı uyğundusa onu istifadə edirəm.
Təşəkkürlər.
4 may 2016 19:44
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz