Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni il gecəsi qırmızı dodaq boyası ilə parıldayın
Yeni il gecəsi qırmızı dodaq boyası ilə parıldayın
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 469
Səs ver:
Bütün modapərəstlər yaxşı bilir ki, Yeni il obrazı üçün geyimdə vəmakiyajda ən effektli rəng qırmızıdır!
 
Dəb mütəxəssisləri Yeni il gecəsi üçün xanımlara klassik qırmızı və zoğalı dodaq boyasını tövsiyə edir. Qaranlıq gecədə heç bir rəng dodaqları qırmızı qədər gözəl göstərmək gücünə malik deyil. Yeri gəlmişkən, qeyd edək ki, qırmızı dodaq boyası kişilərin diqqətini cəlb etmək üçün ən düzgün vasitədir. Lakin qırmızı dodaq boyasının da öz qanunları var.
 
Məsələn, qırmızı dodaq boyası çəkməzdən əvvəl dəri tonunun qeydinə qalın. Qızartı, yaxud sızanaq varsa, makiyaj ikinci planda qalacaq. Üstəlik, qırmızı dodaq boyası rəqabətə dözmür. Siz dodaqlarınızı qırmızı dodaq boyası ilə vurğulamağa qərar vermisinizsə, qalan bütün makiyajı sadə, neytral tonlarda etməlisiniz. Yüngül çəhrayı ənlik obraza təravət verəcək. Qəhvəyi tonları başqa makiyaj üçün saxlayın.
 
Qırmızı və onun çalarlarının digər bir şərti də dodaqların eyni tonda olmasıdır. Daha doğrusu, boyanın dodaqların hər tərəfinə bərabər paylamaqdır. Bundan əlavə, dəri, saç və göz rəngini nəzərə almaq lazımdır.
 
Makiyajdan əvvəl dodaqları balzamla nəmləndirin. Dodaqlarınızı qidanlandırın və balzamın hopmasını gözləyin. Dodaqlara azca kirşan çəkin. Dodaq boyası ilə eyni, yaxud bir ton tünd dodaq qələmi seçin. Tündrəngli dodaq qələminin dodaqları daha həcmli göstərdiyini unutmayın. Sadəcə, qələmin ucu yaxşı itilənməlidir. Dodağın üst hissələrindən başlayın. Kənarlardan mərkəzə tərəf gedin. Qələmi perpendilkulyar vəziyyətdə tutun. Bundan sonra dodaqları rəngləmək olar.
 
Dodaq boyasını çəkdikdən sonra dodaqlarınızı salfetə yapışdırın. Bundan sonra dodaqlara azca kirşan çəkin və yenidən rəngləyin. İkinci qat dodaq boyasının qalıcı olmasını təmin edəcək.
 
Qırmızı və zoğalı dodaq boyasını necə çəkməyi ulduzlardan öyrənək!


Şərhlər:
Baxılıb: 469
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz