Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həssas gözlər üçün 8 makiyaj sirri
Həssas gözlər üçün 8 makiyaj sirri
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 584
Səs ver:
Belə gözlərə sahib qadınlar üçün makiyaj etmək həqiqətən çətin bir məsələdir.

Həssas gözlərə sahib qadınlar üçün makiyaj etmək həqiqətən çətin bir məsələdir. 

Qadınlar.biz-in məlumatına görə, düzgün tətbiq olunmayan makiyaj gözdə qızartılara, qaşınmaya səbəb olur. Siz də həssas gözlərə sahibsinizsə, düzgün makiyaj edə bilməniz üçün bir neçə praktik təklifimiz olacaq.

1.Fırçalarınızı təmiz saxlayın
Gözləriniz həssasdırsa, bilməli olduğunuz ilk şey fırçalarınızı mütəmadi olaraq təmizləməkdir. İstifadə etdikcə fırçada çirklər yığılır və çirkli fırçalar sizdə göz infeksiyasına səbəb ola bilər. Fırçalarınızı daima yüngül bir sabun və ya şampunla yuyub təmiz bir dəsmalın üstündə qurudun.

2. Krem tenlərdən istifadə edin
Toz tenlər istifadə edənlər həmişə çətinliklə qarşılaşırlar. Toz tenlərin yerinə krem tenlərdən istifadə edin, çünki krem tenlər toz tenlərə əsasən uçmazlar. Eyni zamanda işıltılı, parıltılı tenlərdən da istifaə etməməyiniz məsləhət görülür. Çünki bu cür tenlər normal tenlərdən daha çox göz qızarmasına səbəb olur.

3.Göz içinə sürmə çəkməyin
Bir çox makiyaj mütəxəssisi, gözləri daha iri göstərmək üçün göz içinə ağ sürmə çəkməyi tövsiyə edir. Təəssüf ki, bu təklif həssas gözlərə sahib insanlara uyğun deyil. Siz göz qələminizi daima gözünüzün xarici çərçivəsinə çəkin.

4.Ən yaxşı məhsulları seçin
Həssas gözləriniz var deyə narahat olmayın, yenə də makiyajınızı ən yaxşı şəkildə edə bilərsiniz. Bu gün bir çox markanın, həssas gözlərə sahib insanlara istiqamətli məhsulları var. Yenə də diqqətli olmaqda fayda var. Sizin üçün ən doğru məhsulları tapana qədər bir neçə fərqli markanı sınaqdan keçirmək lazım ola bilər.

5.Makiyaj əşyalarınızı tez-tez yeniləyin
Bir çoxumuz bir neçə ay istifadə etdiyimiz makiyaj məhsullarını zibilə atırıq. Xüsusilə həssas bədənli insanlar üçün bu, həqiqətən, doğru bir hərəkətdir. Hər nə qədər təmiz saxlamağa çalışsanız da, makiyaj məhsullarının içində zamanla bakteriya törəyə bilər. Xüsusilə göz makiyajı məhsullarını tez-tez yeniləməkdə fayda var.

6.Tuş
Kirpikləri daha uzun, daha dolğun göstərən tuşlardan istifadə etməkdən çəkinin, çünki bu tip tuşların içindəki liflər gözlərinizi daha çox qıcıqlandırır. Bəzi insanlar kirpik boyama setlərini seçim edə bilər. Lakin istifadə etməzdən əvvəl mütləq istifadə təlimatlarına uyğun şəkildə allergiya edib etməyəcəyini test etməlisiniz.

7.İncə toxunuş
Həssas gözlərə daima incə yanaşmaq lazımdır. Gözlərinizə toxunmadan əvvəl mütləq əllərinizin təmiz olduğundan əmin olun və ya gözünüzü salfetlə silə bilərsiniz. Qıcıqlandırıcı bakteriyalar asanlıqla gözünüzə bulaşıp qızartı və qıcıqlanmaya səbəb ola bilər. Son olaraq makiyaj edərkən və makiyajınızı təmizləyərkən əsla gözlərinizi ovxalamayın.

8.Üzünüzü daima makiyajdan təmizləyin
Bəzilərimiz makyajımızı təmizləməyi tez-tez unudar və yaxud da tənbəlik edərik. Lakin həssas gözləriniz varsa, bu mövzuda diqqətlə davranmalısınız. Yüngül bir makiyaj təmizləyici və ya üz təmizləmə məhsulu ilə üzünüzdəki bütün makiyajı təmizlədiyinizdən əmin olun. Makiyajınızı təmizləyərkən, gözünüzə düşə biləcək infeksiyalardan da qorunmuş olarsınız.


Şərhlər:
Baxılıb: 584
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz