Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
3D makiyajı nədir?
3D makiyajı nədir?
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1205
Səs ver:
Son vaxtlar xanımlar 3D makiyajına maraq göstərməyə başlayıb.
 
3D makiyajı üz cizgilərini daha təsirli və cəlbedici göstərir. Narahat olmayın, bunun üçün üzünüzə rəngli göz kölgələri və dodaq boyaları çəkməyə ehtiyac yoxdur.
 
Bu makiyajda strobinq texnikasından istifadə edilir.
 
Amma 3 D makiyajı yalnız bir texnikayla məhdudlaşmır. Bütün cizgiləri vurğulamaq üçün kosmetika çantanızdakı bütün məhsullardan istifadə etmək lazım olacaq.
 
Tünd rəngli  kirşan: Ənlik və ya tünd rəngli kirşanı (dəri rəngindən 2 ton tünd olmalıdır) alına - saçın dib hissəsinə çəkin. Daha sonra almacıq sümüklərini tünd kirşanla vurğulayın. Əgər burnunuzu kifayət qədər böyük hesab edirsinizsə, o zaman kirşanı burun pərdələrinə də çəkin.
 
Göz ətrafının parıldaması üçün haylayter çəkin. Onu, həmçinin, alnın və çənənin ortalarına, burun sümüyünün yuxarı hissəsinə çəkin.
 
3 D makiyaj texnikasında dodaqları tünd dodaq boyalarının köməyilə vizual olaraq böyük göstərmək olar. Bunun üçün sizə iki çalarlı boya, həmçinin dodaq qələmi lazım olacaq. Dodaqları əvvəlcə kontur qələm vasitəsilə haşiyəyə alın. Daha sonra onun içini tünd rənglə boyayın. Dodaqların mərkəzinə isə açıq rəngli dodaq boyası çəkin.
 
3 D makiyajı klassik göz makiyajından, demək olar ki, fərqlənmir. Burada əsas diqqət kirpiklərə verilir. Ona görə də, kirpiklərə həcmləndirən tuş seçin. Əgər axşam dəvətə gedirsinizsə, taxma kirpik də qoya bilərsiniz.
 
3 D makiyajında düz xətt şəklində çəkilmiş qaşlar darıxdırıcı hesab olunur. Onlar mümkün qədər həcmli və qalın olmalıdır. Daha dəqiq desək, təbii görünməlidir. Daha sonra qaşların altına da açıq rəngli göz kölgəsi çəkin.

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 1205
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz