loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Keyfiyyətli pomadanı necə seçmək olar?
Keyfiyyətli pomadanı necə seçmək olar?
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 976
Səs ver:
Keyfiyyətli pomada yüzilliyin başlanğıcında olan pomadaların birinci nüsxələrindən fərqli olmalıdır, indiki pomadalar, zəhərli ağır metal birləşilmələri bir sıra sintetik materialları özündə saxlamır. Ancaq hal-hazırda bazarda allergik reaksiyalara və çatlara səbəb olan keyfiyyətsiz məhsullara da rast gəlinir, buna görə yaxşı pomadanın seçim məsələsi öz aktuallığını hələ də qoruyur.

Keyfiyyətli pomada, bir qayda olaraq, zahiri görünüşü ilə fərqlənir: istehsalçı firmanın adından savayı etiketdə tərkib, buraxılış tarixi və məmulatın yararlığının müddəti mütləq göstərilir. Mütəxəssislərin məsləhətinə görə, istehsal tarixindən 6 ay sonra mağazada qalan pomadanı istifadə etməyi məsləhət görmürlər.

İstehsalçı tərəfindən söz verilmiş 3 illik zəmanət müddəti, +5°С ötməyən temperatur şəraitində saxlama vaxtı düzgündür, lakin mağazada və onun anbarlarında bu qaydaya riayət edilmir. Artıq 3-4 aydan sonra pomadanın tərkibində zəhərli birləşmələrin yaranmasıyla müşayiət olunan dəyişikliklər baş verir. Dodaqların sağlamlığıyla risk etmək lazım deyil, hətta ürəyinizcə olan rəng və ya pomada markası olsa da belə.

Tərkibində konservant kimi istifadə edilən silikon yağ olan pomadalardan istifadə etmək tövsiyə edilmir. Belə yağlar nazik pərdə yaradırlar. Hansılar ki, qidalı maddələrin, vitaminlərin nüfuz etməsinə və dodaq dərisində qan dövranı pozulmalarına səbəb olur.

Xoşunuza gələn pomadaya baxarkən diqqət etmək lazımdır ki, malın üstü həmcins, tikələrsiz, nahamarlıqlarsız və əyri-üyrülüklərsiz olsun. Tekstur – pomadanın istehsalı vaxtı, yanlış texnoloji prosesin nəticəsidir. Pomada futlyarda bərk dayanmalıdır, əymələrsiz və deformasiyasız olmalıdır.

Vizual müayinədən sonra test edərək yoxlamağa başlamaq olar. Dodaqlara vurulmuş pomada "ağırlıq” hissi olmadan həmcins bərabər rəngdə rənglənməli və yüngül hamar qatla uzanmalıdır.

Çəkiləndən sonra yaxşı pomada, özbaşına dairələnmiş konturdan kənar yayılmır. Əgər çəkəndən sonra "ərimə” hissi yaranırsa, pomadadan imtina etmək daha yaxşıdır – belə effekt adətən keyfiyyətsiz pomadalarda rast gəlinir. Həmçinin, çəkilmədən sonra yandırma, qaşınma və dodaqların qabığı soyulmasıyla müşayiət olunan pomadalar da tövsiyə edilmir – belə pomadaların tərkibində allergik inqrediyentlər olur.
Keyfiyyətli pomada çəkilmə vaxtı çox yumşaq yox, əksinə bərk olmalıdır. Birinci variant dodaqların və günəş şüalarının istiliyi təsiri altında yayılan piyli tərkib üçün tipikdir, ikinci – parafin birləşmələr əsasındakı qarışıqlar üçün.

Yaxşı pomada tərkibində – təbii bitki yağları (zeytun, küncüt, kokos), vitaminlər, təbii mumlar ehtiva etməlidir . Qoruyucu pomadaların tərkibinə isə xüsusi komponentlər– dodaqların sağlamlığı üçün təhlükəsiz UF-filtrlər əlavə edilir.

Şərhlər:
Baxılıb: 976
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz