Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin göz makiyajı
Gəlin göz makiyajı
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 1364
Səs ver:
Gəlin olmağa hazırlaşanlar bir neçə ay əvvəlcədən makiyajı və saçı barədə düşünməyə başlayırlar. Hər bir qadın bu gün çox gözəl görünmək istəyir və bunun üçün xeyli əvvəldən makiyaj ustası və salon axtarışına çıxır. Gəlin makiyajının daha yaxşı və cazibədar görünməsi üçün ən çox diqqət edilməli olan hissə gözlərdir. Biz də bu yazımızda sizə gəlin göz makiyajının necə edildiyini və bu zaman nələrə diqqət etməli olduğunuzu deyəcəyik.

1- Başlamazdan əvvəl mütləq göz bazası istifadə edilməlidir. Göz bazası edəcəyiniz göz makiyajının daha uzun müddət qalmasını təmin edir. Bundan əlavə makiyajın axmasının və yayılmasının qarşısını alır.

2- Göz kölgəsinin rənglərini seçərkən gəlinliyin rəngi nəzərə alınmalıdır. Yəni hansı rəngdə dümağ və ya şampan rəngində gəlinlik geyinəcəksinizsə, bu rənglərə uyğun tonlarda rəng kontrastı edilməlidir. Əgər bunu riskə almaq istəmirsinizsə, dumanlı göz makiyajından istifadə edin. Çünki bu cür makiyaj hər gəlinə və hər gəlinliyə yaraşan bir göz makiyajıdır.

3- Göz makiyajından sonra mütləq layner istifadə edin. Quyruqlu layner çəkmək istəmirsinizsə, layneri daha qısa və nazik çəkə və beləliklə də gözünüzün bütünlüyünü təmin etmiş olarsınız.

4- Taxma kirpik olmadan gəlin makiyajı olmaz. Xüsusilə şəkillərdə yaxşı görünmək və gözlərinizin ön planda olmasını istəyirsinizsə, mütləq taxma kirpikdən istifadə etməlisiniz.

5- Taxma kirpikdən əvvəl mütləq öz kirpiklərinizə də tuş çəkin. Bu nüans çox vaxt yaddan çıxarılır. Bu zaman öz kirpiklərinizlə taxma kirpik arasında fərq hiss olunur. Buna görə də taxma kirpikdən əvvəl öz kirpiklərinizə də tuş çəkməyi unutmayın.

6- Parıltı: Bu da çox yaxşı bir detaldır. Orta yaşlarda olan gəlinlər bundan daha çox istifadə etməlidirlər. Çünki parıltılı bir göz makiyajı yaşınızı daha geriyə atır və baxışlarınıza canlılıq qazandırır.

7- Və son olaraq göz makiyajınız qurtardıqdan sonra mütləq makiyaj sabitləyici istifadə edin.


Şərhlər: 11
Baxılıb: 1364
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Sitat: qanadli melek
Bezen gelinleri abartili makyajla oldugunan cirkin ve yawli edirler.sade makyajla daha tebi gozel gorunur

ayn
9 noyabr 2016 23:50
# 11
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Onun_Mələyi
məndə gəlin olmağa hazırlaşıram09saç makyaj ,dırnağa qeder seçmişəm.
08inşallah ürəyimcə olar...
9 noyabr 2016 22:58
# 10
Bir duam var,səndən amin gözləyirdua09123
Su Perisi
mən indiden başimda qurmuşam inAllah yaxşi olar
9 noyabr 2016 22:52
# 9
sən səbirli ol,bir gün dövran dönəcək,sənə edilən haqsızlıqlari Allah görəcək,ahın yerdə qalmaz,bir gün sıra onlara da gələcək...
adsiz-a
subay qizlarimiz oxusun faydalansin,menden kecib
12 may 2016 17:58
# 8
qanadli melek
Bezen gelinleri abartili makyajla oldugunan cirkin ve yawli edirler.sade makyajla daha tebi gozel gorunur
12 may 2016 00:52
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
sade gozel olanini beyenirem cox abartili makyaj sevmirem gelinlerdede adi vaxtda olandaki insanlardada
11 may 2016 21:16
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Gelin makiyajini sade xoslayiram. Cox abartili sevmirem
11 may 2016 20:54
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
evli.mutlu.cocuklu
Mənim nişan makyajım qəşəng idi
11 may 2016 20:15
# 4
Kölge
Makiyajimdan razi idim toyumda
11 may 2016 20:04
# 3
Her şeye gore şukur
Barbaris
mene aid melumat deyil artiq
11 may 2016 19:44
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 may 2016 19:33
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz