Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dərinizin yaşına uyğun tonal krem seçimi (gənc/yaşlı dəri)
Dərinizin yaşına uyğun tonal krem seçimi (gənc/yaşlı dəri)
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 1138
Səs ver:
Tonal krem seçimində diqqət edilməli məqamlardan biri də dərinizin yaşına uyğun tonal krem seçimi etməkdir. Bildiyiniz kimi insanın yaşı artdıqca üz dərisi də get-gedə yaşlanmağa başlayır. İllər keçdikcə dəri kənardan daha çox nəmləndirilməyə ehtiyac duyur. Buna görə də yaşlı dərilər gənc dərilərdən fərqli olaraq mütləq nəmləndirici formula malik tonal kremlərlə tonlaşdırılmalıdır. Bu cür tonal kremlər dərini nəmləndirməklə yanaşı yağlılığı səbəbindən yaşlı dərilərdə təravətli və təbii görüntü yaradır. Quruducu tonal kremlər isə üzdəki qırışıqlıqları daha nəzərəçarpan etdiyi üçün dərinin daha da yaşlı görünməsinə səbəb ola bilər. Nəmləndirici xüsusiyyətə malik tonal kremlər isə üz dərisində bərabər yayıldığı halda dərinin daha gənc görünməsinə səbəb olacaq.

Xoşbəxtlikdən bir çox kosmetika brendləri artıq uzun müddətdir ki, nəmləndirici, günəşdən qoruyucu və "yaşlanmaya qarşı” nəzərdə tutulmuş tonal kremlər istehsal edir. Dərinizi yaşlanmadan qorumaq üçün zənn etdiyiniz kimi heç də orta yaşlara çatanadək gözləmək lazım deyil. Yaşlanmış dərini sonradan gəncləşdirmək demək olar ki, qeyri-mümkündür. Dərinizin gənc qalmasını istəyirsinizsə yaxşı olar ki, onun sağlamlığının qayğısına qalmağa gənc yaşlarınızdan başlayasınız. Bunun üçün tonal krem seçiminin də önəmli olduğunu unutmayın.

Yay aylarında seçiminizi günəşdən qoruyucu,qış aylarında nəmləndirici tonal kremlərdən yana edə bilərsiniz. Günəşdən qoruyucu tonal kremlərin üz dərinizi günəş yanıqlarından qoruduğu kimi yaşlanmadan da qoruyacağını nəzərə alın.

Nəmləndirici tonal kremlərin seçimi zamanı isə tərkibində C və E vitaminləri olan tonal kremləri seçə bilərsiniz. Bu cür nəmləndirici tonal kremlər dərinin elastikliyini artırır və bu səbəbdən də qırışların yaranmasını nisbətən gecikdirir. Orta yaş və üzərində olan xanımlar isə köpük teksturalı tonal kremlərdən istifadə etməklə qüsursuz görünüş əldə edə bilər.

Həcər İsmayılova


Şərhlər: 12
Baxılıb: 1138
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Dəri rəngimə uyğun seçirəm hər zaman, ancaq o qədər də istifadə edən deyiləm.
6 sentyabr 2015 10:20
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ALESSANDRA
tonal krem sifeti pis hala salir
men istifade etmisem
2 sentyabr 2015 16:17
# 11
Don't trust anyone ∆
aLoNe AnGeL
rengine gore secirler yasa coxda onem vermirler tesekkurler
1 sentyabr 2015 20:07
# 10
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Catwoman666
Tonal kremi dəri rənginə uyğun seçmək şərtdir. lap gənc yaşlarda tonal kremindən tez-tez istifadə etmək dəriyə ziyan ola bilər.

...666...
1 sentyabr 2015 16:17
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
tek umidim sen
Istifade etmirem. Neiniki tonal kremden,hec bir kosmetikadan...
1 sentyabr 2015 16:12
# 8
Kadın derin ama adam yüzme bilmiyor...
Little girl
Yaşım azdır deyə tonal kremi çox çəkmirəm.Bir neçə dəfə çəkmişdim,amma,mənim yaşımda olanların dərisinə zərər vurduğu üçün artıq istifadə etmirəm.
31 avqust 2015 22:27
# 7
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
vipbetul
kasmetikadan isdifade etmirem kasmetika ozu uzu yaslandirir
31 avqust 2015 20:30
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Tonal kremlerinnen cox istifade edirem. En cox garnieer tonal kreminnen istifade edirem. Deri tipime uygundur
31 avqust 2015 19:56
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Ümumiyyətlə tonal kremi nəmləndirici xüsusiyyətinə malik olsa da,olmasa da tonal kremindən qabaq dərimizi nəmləndirməliyik.
31 avqust 2015 19:55
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Dj_Vampir
tonal kremlerden istifade etmirem
Yasima uygun deyil))
31 avqust 2015 19:55
# 3
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Denizimm
tonal kremlerden istifade etmirem herden ehtiyc olanda deriye uygun olmasi daha yaxwidi
31 avqust 2015 19:42
# 2

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Fialka
Tonal kremi tək dəri rənginə uyğun deyil həmdə tərkibinə də diqqət etmək lazımdır. Daha çox BB kremlərinə üstünlük verirəm həm təbii görünüşünə görə həmdə nəmləndirib, qidalandırıcı xüsusiyyətinə görə)
31 avqust 2015 19:34
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz