Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Düzgün makiyaj üçün 20 qızıl qayda
Düzgün makiyaj üçün 20 qızıl qayda
Göndərən: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 1557
Səs ver:
Bacarıqlı əllərdə fırça möcüzələr yaradır. Professional vizajistlər iddia edirlər ki, bütün problemləri makiyajla tamamilə aradan qaldırmaq olar. Bununla bərabər bir neçə bacarıqlı maskalama ilə bədheybəti belə gözəlçəyə çevirmək olar. Şarliz Teronun çəkildiyi "Bədheybət" filmini xatırlayırsınız? Əlbəttə, burada aktrisanı maskalayaraq "eybəcər" formaya salmışdılar. Belə ki, biz şəhərdə hər gün o bədheybətlər ilə rastlaşırıq, bu ona görədir ki, bir çox xanım öz makiyaj tərzini bilmir, ümumiyyətlə, makiyaj alətlərinə sahib deyillər. Bu gün sizə pillə-pillə makiyajın əsas sirlərini açıqlayacağam.

Əlbəttə ki, makiyaj nədən başlayır?

-Doğrudur, "ideal dəridən"!

Bərabər və hamar dəri
Məsləhət 1: Makiyaj üz dərisinə uyğun tonal kremin sürtülməsi ilə başlayır. Üz dərisi ilə hormoniya təşkil etməlidir. Bu zaman makiyaj maksimal dərəcədə təbii görünəcək.

Tonal kremi necə seçməli: ovucun küncünə və ya dirsəyə tonal kremi çəkməklə, lakin bu kifayət deyil! Kölgəni təyin etmək üçün mütləq tonal kremdən azca çənə xəttinə çəkmək tələb olunur. Bir dəqiqədən sonra bədən temperaturunda isinəndən sonra siz kölgənin dəri tonunuz ilə nə qədər uyğunluq təşkil etdiyini görəcəksiniz.

Məsləhət 2: Əgər ton seçimində tərəddüd edirsinizsə, o zaman açıq tonu seçin. O, üzünüzə işıltı verəcək.

Məsləhət 3: Yorğun üz effektindən qurtulmaq üçün gözətrafı dərini dəri tonunuzdan açıq olan korrektorla maskalayın. Bir elementə fikir verin: Korrektorun çəhrayı tonu göy izləri gizlədir, qızılı olan isə işıltı verir.

Məsləhət 4: Kirşanın rəngi (toz və ya kompakt) üz dərisinin təbii rəngində və ya ondan açıq olmalıdır. Yay mövsümü zamanı adi tünd kirşandan bronz effekti almaq üçün istifadə edin.

Məsləhət 5: Dəri nə qədər tünddürsə, ənliyin rəngi bir o qədər açıq olmalıdır.

Məsləhət 6: Yaxşı olar ki, makiyajda ənliyin 2 rəngindən istifadə olunsun: üzün quruluş formasını bəlli etmək üçün bir qədər tünd, üzə dincəlmiş görünüş bəxş etmək üçün daha işıqlı.

Göz makiyajı
Məsləhət 7: Göz makiyajına keçən zaman professional vizajistlərin qızıl qaydasını xatırlamaq lazımdır: açıq rənglər gözləri böyük və qabarıq göstərir, tünd rənglər isə onları kiçildir və içəri çəkir.

Məsləhət 8: Eyni vaxtda bir rəngin 2-3 tonundan istifadə etmək olar: açıq olan qaş altına, orta ton bütün göz qapağına, tünd isə göz qapağının ortasından xarici ucuna doğru çəkilir.

Məsləhət 9: Göz qapaqlarının xəttini vurğulmaq və kipriklərə həcm vermək üçün göz qələmindən istifadə edin. Qələmin rəngi tenə uyğun seçilməlidir.

Məsləhət 10: Makiyaj üçün ən uğurlu seçim həcmli tuş hesab olunur. Yumşaq kipriklər - bu artıq kassikadır.  

Məsləhət 11: Əgər siz rəngli tuş seçəcəksinizsə, o bilin ki, seçdiyiniz tuş göz rəngi ilə uyğun olmalıdır. Qəhvəyi tuş mavi və boz gözlərə uyğun gəlir. Boz və mavi tuş isə qəhvəyi və yaşıl gözlər üçündür.

Dodaq makiyajı
Məsləhət 12: Tünd rəngli dodaq boyası simanızda "mən təkcə dodaq boyasından istifadə etmişəm" təsəvvürü yaradacaq

Məsləhət 13: Dodaq əqləmindən başlayaq. O, dodaqlarınza forma verir və vizual olaraq pomadanın axmasının qarşısını alır. Onun rəngi dodaq boyası rəngi tonunda seçilməlidir.

Məsləhət 14: Dodaq qələminin rəngi ya dodaq rəngində, ya da pomadadan açıq olmalıdır. Müasir makiyajda dodaq qələmindən ancaq parlaq dodaq boyası çəkən zamanı istifadə olunur.

Məsləhət 15: Parlaq rəngli dodaq boyasını fırça vasitəsi ilə çəkmək daha rahatdır. Sonra kağız salfeti dodağınıza yapışdıraraq boyanın artığını götürün. Bu zaman dodaq boyası daha uzun müddət qalmış olacaq.

Məsləhət 16: Elə dodaq boyası seçin ki, siz makiyaj çəkmədikdə belə onun rəngi normal dəri tonunuz ilə uyğun olsun.

Məsləhət 17: Parlaq dodaq boyası sadə göz makiyajı və ya əksinə tələb edir. Çünki yalnız bir obyekt diqqət mərkəzində olmalıdır.

Məsləhət 18: Pomadanın rəngi göz rəngi ilə uyğunluq təşkil etməlidir.

Məsləhət 19: Dodaq parıltısını bilavasitə dodağa və ya boyanın üzərinə vurmaq olar. Dodaq boyası ilə parıltının rənglərinin qarışmaması üçün parıltını rəngsiz seçmək lazımdır.

Məsləhət 20: Dodaqlara həcm vermək üçün parıltılı dodaq boyasından istifadə olunur. Parıltının 2 zolağı üst dodağa, bir zolağı isə alt dodağa, tam mərkəzə çəkilməlidir. 


Şərhlər: 10
Baxılıb: 1557
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Milawka18
super meslehetlerdir.. twk meslehetlercun, mende makyajdan istifade edirem cox sevirem makyaji ama niwanlim icaze vermir en coxda ders vaxti istifade etmeye hec qoymur, elaci olsa meni kallecede qoymaz 11 03 etir pilka
7 avqust 2015 17:17
# 10
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
ALESSANDRA
makyaj etmirem yasim catmir
7 avqust 2015 17:00
# 9
Don't trust anyone ∆
Catwoman666
Makiyaj etmirəm. Çünki yaşımın hələ az olduğunu düşünürəm. Məsləhətlər lazımlı və faydalıdır hər bir qadın üçün.

...666...
6 avqust 2015 19:08
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
rəmsə
Makyaj çəkməyə bayılıram,burda yazılanlarından hamısını bilirəm.Bekar olan kimi youtubeda makyaj videolarına baxıram.
5 avqust 2015 23:27
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Dj_Vampir
Makyajdan istifade etmirem.Yasimin az oldugu surede ve calisacam sonra da az istifade edim))
5 avqust 2015 23:02
# 6
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Tomris Müslümova
İstifadə edirəm sadəcə göz makiyajı,birdə pomada vəssalam
5 avqust 2015 22:30
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
teri meri
Makyajdan istifadə etmirəm ama nə vaxtsa bu məsləhətlərə ehtiyacım olacaq nə vaxtsa deyən də ki uniyə girəndən sonra
5 avqust 2015 20:15
# 4
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Dosta_inam
Tesekkur meslehet ucun, elede makiyaj etmirem, edende de sadeliye onem verirem.
5 avqust 2015 19:49
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Gundelik makiyajdan istifade edenem. Isden geldikden derhal sonra makiyaji silirem uzumu yuyub nemlendiriciler vururam
5 avqust 2015 19:47
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
makyajsizda uzum qesengdi

makyajsizda uzum qesengdi
5 avqust 2015 19:31
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz