Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy makiajında yol verilən səhvlər
Toy makiajında yol verilən səhvlər
Göndərən: Catwoman666
Şərhlər: 19
Baxılıb: 1601
Səs ver:
Toy günündə bütün qızlar gözəl görünmək istəyir. Bu mərasimi hər kəs həyatında bir dəfə yaşadığı üçün yadda qalan və qüsursuz görünmək arzusunda olur. Çünki çəkilən şəkillər həyatı boyu həmin günü xatırladır. Amma bəzən makiyajda edilən bəzi nöqsanlar bu xatirə şəkillərini baxılmaz edir.

Toy makiyajında bəzi nüanslar var ki, onlardan uzaq olmaq məsləhət görülür.

Al çəhrayı ənlik
Gəlinlik makiyajında yol verilən ən böyük səhvlərdən biri düzgün olmayan ənliyin seçilməsidir. Belə ki, siz qabaqcadan toyda əhvalınızın necə dəyişəcəyini bilmirsiniz. Həyəcandan dərinizin rəngi dəyişə bilər. Yaxşı olar ki, süni rənglərdən istifadə olunmasın və ən çox təbii, hətta öz yanaqlarınızın rəngi çalarındakı ənliklərdən istifadə olunsun. Qırmızı rəngin çalarlarından istifadə etdikdə ətrafdakılarda sizin hərarətinizin yüksəlməsi təəssüratı yarana bilər. Daha yaxşı olar ki, ənlik rəngi kimi yüngül çəhrayı və mərcan tonları seçilsin.

Axıcı vasitələr
Toy emosiyalarla dolu bir gündür. Ən əsası da gəlin üçün. Dostlar, qohumlar, hətta bəyin özü belə gəlin üçün emosional surprizlər və ya çıxışlar hazırlaya bilər. Bu zaman "daşdan olan qəlblər" belə əriyə, gözlərdən yaş süzülər. Ona görə də tuş və sulu göz qələmi mütləq suya davamlı olmalıdır.

Göy qurşağı
Narıncı, mavi, yaşıl və s. mövsümün hit rəngləridir. Gözəllik vasitələri ildən-ilə daha parlaq və cəsarətli olur. Amma toy günü bu tendensiya ilə gözüyumulu uyğunlaşmaq düzgün olmaz. Nəzərə alın ki, şəkillər sizinlə bir ömür yaşayır və bir neçə ildən sonra sizin rənglərə olan münasibətiniz dəyişə bilər. Yaxşı olar ki, bu gün bir neçə rəngi bir yerdə istifadə etməyəsiniz.

Cəsarətli dodaqlar
Əgər siz tünd qırmızı və digər cəsarətli rəngli dodaq boyalarından istifadəni sevirsinizsə, toy günü yaxşı olar ki, neytral tonlara üstünlük verəsiniz. Bəzi tünd rəngli dodaq boyalarının piqmenti dişlərə ləkə salır. Nahaq yerə stomatoloqda dişlərinizi ağartmaq üçün vaxt və pul xərcləməmisiniz ki, toy şəkillərində pomada izi olan dişlərlə gülümsəyəsiniz.

Həddindən artıq parıltı
"Gəlin xoşbətlikdən bərq vurur" ifadəsini hərfi mənada nümayiş etdirməyə ehtiyac yoxdur. Qadınlar çox vaxt diqqət mərkəzində olmaq üçün zərli kirşan və işığı əks etdirən losyonlardan istifadə edir. Bu, çox böyük bir səhvdir! Toy günü siz onsuz da qonaqların və kamera obyektinin diqqət mərkəzində olacaqsınız, sonradan yanan lampaya oxşamamaq üçün parıltılı vasitələrdən çəkinin.

Makiyajı sutkanın vaxtına görə müəyyən etməmək çox ciddi səhvdir. Mütəxəsislər birmənalı olaraq qeyd edirlər ki, əgər sizin toy mərasiminiz gündüz vaxtı olacaqsa, çətin və ağır makiyajdan istifadə etməyin. Yumşaq və təbii rənglərdən ibarət nisbətən vurğulanmış make-up gündüz mərasimi üçün idealdır. Bu zamanı istidən qırmızı ləkələrin əmələ gəlməsini önləmək üçün günəşdən müdafiə əsasdan istifadəni də unutmayın. Əgər söhbət gecə mərasimindən gedərsə, obrazı daha parlaq yaratmaq lazım olacaq. Bu zaman dərinin tonunu nisbətən artırmaq və parıltıdan istifadə etmək olar. Bir məqam da var ki, gəlinlik makiyajında smakey-eyes heç vaxt dəbdən düşmür.


Şərhlər: 19
Baxılıb: 1601
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
bu menim xeberimdir?))) yene muellifi gorende teeccublendim))) men makiayjda hedden artiq ber bezeyi pariltini sevmirem yeni tort kimi bezenen gelinleri sevmirem
2 iyul 2015 17:20
# 19
"All men must die, but we are not men"

Daenerys Targaryen
Baharim ol
Bezigelinlerin makyajini sacini o qeder abarti eleyirlerki gozel yerine cirkin gorsenirlerşHalbuki gozel qizdiçYungul ve rahat axmayan bir makyaj
2 iyul 2015 10:56
# 18
Ama yenede
GünƏşimƏ_AiD_
He abartini sevmirem hec menede yarsahmaz...ele Sade tonlarda cehrayi blesk file ela olar
2 iyul 2015 00:52
# 17
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
ayka95
Tesekkurler
1 iyul 2015 23:19
# 16
vipbetul
toya hazirlashan xanimlarimiz diqqetli olsunlar
1 iyul 2015 21:39
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nazlinci
Tene vabşe nifret edirem tuj ve layner besdi
1 iyul 2015 21:28
# 14
rəmsə
Vizajist deyiləm,ama elə qəşəng gəlin bəzəyərəmki...susluMakyajla aram yaxşı olduğundan,mənə salonda makiyaj edəndə heç bəyənmirəm.
1 iyul 2015 20:56
# 13
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
qanadli melek
Bezi toylarda gelini abartili makyajla ele gune qoyurlarki oldugunanda cirkin gorsenir,sade makyaj daha dogal ve gozel gorsenir
1 iyul 2015 20:45
# 12
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
aLoNe AnGeL
hmm maraqli melumat idiii
1 iyul 2015 20:36
# 11
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
aliceWOnDer
Bezi toylarda gelini ele pis beziyiler ki, gozeliyi itir. Hardasa 1-2 ay bunden evvel bir gelin gordum, ten, pomada ve enlik eyni rengde ozde enliyi o qeder vurmusdular ki, ujas..
1 iyul 2015 20:31
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Mrs. Perfect
Esas goz makiyajinin daha gozel olmasini isdierem cox parlax rengli pamada zad xowdamiram
1 iyul 2015 20:22
# 9
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
ell.nell
Faydalı meslehetdi .lazım olanlar yararlansınlar.
1 iyul 2015 20:21
# 8
teri meri
Toyda gəlinin makyajı bir az fərqli olmalıdır ama lap abartılı yox
1 iyul 2015 20:06
# 7
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
wenikmurik
tewekkur abarti xowluyuram
1 iyul 2015 20:05
# 6
Bugunume wukr!
Tomris Müslümova
Gələcək üçün diqqət edib səhvlərə yol vermərik,sadə daha qəşəydi
1 iyul 2015 20:04
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
guler19
Doğurdan da bəzi gəlinləri elə bəzəyirlər yaşından yekə göstərir özüdə çoxu bir birinə oxşayir. Gelinin gozel gorunmeyinde stilistin emeyi boyukdur amma her kes oz uz cizgilerini daha yaxsi tanidigi ucun bu sadalananlardan maksimum faydalana biler. tşk
1 iyul 2015 20:02
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Fərq etməz istər gəlinlik makyajı olsun istərsədə adi hər hansısa bir yer üçün olsun həmişə sadəliyə üstünlük verirəm yəni parıltılar, nəbilim göyqurşağı rənglər mənlik deyil..
1 iyul 2015 19:37
# 3
Narın Yağış
Hələki abartılı makiyaj etmirəm.Heç gələcəkdə də edəcəyimi düşünmürəm.Çünki sadəliyə daha çox üstünlük verən birisiyəm anamnan fərqli olaraq)
1 iyul 2015 19:35
# 2
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
BARBI
Toy makiyajinda sadeliye ustuluk verirler abartili makiyaji sevmirem
1 iyul 2015 19:33
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz