Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kosmetikanı saxlama qaydaları haqda doğru bildiyimiz yanlışlar
Kosmetikanı saxlama qaydaları haqda doğru bildiyimiz yanlışlar
Göndərən: Sabrina
Şərhlər: 16
Baxılıb: 1183
Səs ver:
Sevimli tuşumuzun içərisinə biraz su əlavə edərək onun ömrünü uzada bilərik.

Dırnaq boyası soyuducuda daha uzun müddət qalır.. Açılmış və bir hissəsi istifadə olunmuş günəşdən qoruma vasitəsi isə gələn il də işimizə yaraya bilər... Kosmetika haqda bu və digər bu kimi doğru bildiyimiz yanlışlar dərimizi və sağlamlığımızı təhlükə qarşısında qoyur. Gözəllik vasitələrindən istifadə zamanı nələri etməməliyik? Bu haqda "Roskontrol” ekspert portalının mütəxəssislərinin fikirləri çox maraqlıdır.

İstifadə müddətinin sonunadək saxlamalı

Dodaq parıltısının üzərində açıldıqdan sonra 6 ay ərzində yararlı olmağı ilə bağlı məlumat yazılıbsa belə, bu o demək deyil ki, bu məhsul məhz 182 gün yarımdan sonra yararsız hala düşəcək . Kremlərdə, dodaq boyası, tuş və digər kosmetik vasitələrdə X (iks) saatı daha əvvəl də vura bilər. Əgər konsistensiyasında dəyişiklik, yapışqanlıq, bayatlama və xoşagəlməz qoxu hiss edirsinizsə, istifadə müddətinə belə baxmadan dərhal zibil qutusuna atın, çünki o vasitə artıq ömrünü başa vurmuşdur deməkdir.  Bu qayda quru vasitələrdən başqa bütün dəriyə qulluq və dekorativ kosmetik vasitələr üçün keçərlidir. Dodaq boyasının orta hesabla iki il saxlama müddəti var, amma o, bu müddətdən çox tez xarab olur, çünki bu vasitə dodaqda olan bir ordu bakteriya ilə təmasda olur. Əgər belə vasitədən istifadəyə davam etsəniz, onda iltihabi xəstəliklərə yaxalanmanız qaçılmaz olacaq.

Vanna otağını kosmetika çantasına çevirmək
Qadınların əksəriyyəti adətən vanna otağında bəzənir. Əlbəttə, bütün bankaları əlinin altında hiss etmək tez-tez hansınınsa ardınca digər otağa qaçmaqdan əlverişlidir. Ancaq saxlama qaydalarına fikir vermədən bəzi qadınlar bu yolla allergiya və digər dəri xəstəliklərinə yaxalanırlar. İsti və rütubətli hava xəstəlik törədən mikroorqanizmlərin çoxalması üçün şərait yaradır, bu səbəbdən də vanna otağındakı krem günəşin altında qalmış meyvə kimi xarab olur. Əgər kosmetikanızın "qıcqırmasını” istəmirsinizsə, onu otaq temperaturunda, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.

Soyuducuda saxlamaq
Kosmetikanı soyuducuya nə üçün qoymaq lazım olduğu və bunu kimin icad etdiyi qəti olaraq məlum deyil. Burda yeganə məntiqli fikir odur ki, ərzaqlar xarab olmursa, deməli, dırnaq boyası və tuş da xarab olmayacaq. Lakin temperatur dəyişiklikləri və termometrin çox aşağı göstəricisi kosmetik vasitələrə günəş və nəmlikdən heç də az zərər vermir. Həmçinin də onların korlanmasını təmin edir. Soyuducuda ancaq konservantsız orqanik kosmetikanı (əks halda o, doğrudan xarab olacaq), termal suyu və soyuducu təsirli vasitələri, məsələn, gözlərdəki şişkinliyi aradan qaldırmaq üçün olan maskaları saxlamaq olar və həmçinin lazımdır.

Ağzını qapatmamaq
Hamımız səhər harasa tələsirik və çox zaman tələsik halda kirşan qabının qapağını örtməyi və ya krem qabının qapağını sonunadək bağlamağı unuduruq. Sonra da sızanaqlara qarşı losyonun özünün dərimizdə necə sızanaq əmələ gətirdiyinə təəccüblənirik. Ağzı yaxşı bağlanmamış vasitəyə asan şəkildə toz dənəcikləri, bakteriyalar və hava daxil olur. Mikroblara da bizim kimi, yaşam üçün hava lazımdır və bu hava peyda olanda onlar asan şəkildə törəməyə başlayırlar. Belə olduqda da  krem xeyirli bir vasitədən təhlükəli vasitəyə çevrilir.

Su əlavə etmək və qarışdırmaq
Kosmetikanın ömrünü uzatmağa çalışmaq vərdişi bir çox qadınlarda yaxşı tuş tapmağın çətin olduğu uzun illərdən bəri var. Bu metodu qadınlar adətən məhz tuşda və dırnaq boyasında tətbiq edirlər. Tuşa su və ya ətir əlavə edirlər, dırnaq boyasına isə bu boyanın silinməsi üçün olan mayeni... Hər iki halda bu çox yanlışdır. Su tuş qabında mikrobların inkişafı üçün şərait yaradacaq. Ətir də bu halda çıxış yolu deyil, bu, dəridə allergiya və qıcıqlanma əmələ gətirə bilər. Dırnaq boyası isə bir dəfə üçün "canlanacaq”, sonra isə quruyacaq, sizin dırnaqlarınız isə belə sınağı uzun müddət xatırlayacaq. Əgər kosmetik vasitə quruyubsa, onda yenisini almaq lazımdır. Yeri gəlmişkən, tuş cəmi üç ay "yaşayır”.

Əllə toxunmaq
Sizcə, gözəllik salonlarında əbəs yerə şpateldən istifadə edirlər? Maskalar, kremlər, bankalardakı qellər barmaqlarla birbaşa təmasda olmadıqda (hətta əllər təmiz olsalar belə) daha çox və daha keyfiyyətli şəkildə saxlanılır. Bankaya barmaqlarımızı salmaqla orada mikroblar qoyuruq və sonra həmin mikroblar dərimizə təmas edir.

Çox tez-tez sevimli, xoş qoxulu ətirlərimiz öz gözəl xüsusiyyətlərini itirir və başqa cür qoxumağa başlayırlar. Bu hansı səbəbdən baş verir? Axı parfümeriya dekorativ və qulluq vasitələrəinə nisbətən daha uzunömürlüdür? Bu vasitədə nə qədər çox spirt varsa, bir o qədər də öz xüsusiyyətlərini saxlayır. Tualet suyu stolun üstündə illərlə öz ətrini itirmədən qala bilər, ancaq konsentrasiya olunmuş ətir tez korlanır. Bunun səbəbi ətirlərdə böyük miqdarda olan efir yağlarındadır. Əgər belə bir baloncuğu təbii işıq şüaları ilə işıqlanan bir otaqda qoysaq, o zaman günəş şüaları altında yağlar ayrılmağa başlayacaq.

Yumamaq
Quru kosmetik vasitələr – göz kölgələri, ənlik və digər gözəllik ləvazimatları çox müddət saxlana bilərlər, əgər özümüz onları məhv etmiriksə... Göz kölgəsini fırça ilə, kirşanı isə süngərlə üzünüzə çəkin. Bu alətləri yumağı unutmayın və bunu ayda bir dəfə ümumi təmizləmə zamanı deyil, həftədə azı iki dəfə edin. İdeal variant isə fırçalarınızı, süngər və digər alətlərinizi hər gün sabun məhlulunda yumaqdır.

Ehtiyat ləvazimatı saxlamaq
Bir çoxumuz tətildən günəşdən qoruyan vasitənin yarıboş qabı ilə qayıtmışıq. Onu atmağa heyfimiz gəlib, axı o, bizə ucuz başa gəlməyib. Ancaq unutmayın ki, kosmetikanı nə qədər yaxşı şəraitdə saxlasanız da, günəşdən qoruyucu effektə malik vasitələr il ərzində öz xüsusiyyətlərini itirir və buna görə onları saxlamaq mənasızdır.  Onlar tamamilə təsirsiz ola bilər və siz günəş şüasından yana bilərsiniz.


Şərhlər: 16
Baxılıb: 1183
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
biz pomadalarımızı soyuducuda saxlıyırıq mnce zerer gelmez
17 iyun 2015 20:41
# 16
Don't trust anyone ∆
Catwoman666
men onsuzda yasim azdi deye makiaj falan elemirem
16 iyun 2015 19:19
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
Melissa
tskrler bilirdim
16 iyun 2015 10:56
# 14
emis
kasmetkanin saxlama muddeti bitdikden sonra onun vaxtini uzatmaq hec aglabatan deyil mene gore,ama bezileri faydali meslehetlerdi emel etmey olar tesekkurler.
16 iyun 2015 10:25
# 13
tatyana
dogru yazilib,amma tuj bitmesin deye su qatan hec esitmemisdim,rast gelmemisem.
16 iyun 2015 09:07
# 12
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Antikvar
Bir çox məlumatları bilmirdim.Kosmetik vastələri alıram istifadə etmədiyim zamanda tullayıram,bu ləvazimatlardan ən çox ten,tonalni krem,pudra,karandaş olur.
15 iyun 2015 23:31
# 11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ayka95
bilirdim tesekkurler
15 iyun 2015 22:36
# 10
GünƏşimƏ_AiD_
Xebere gore tshk.kosmetikam var evdee amma istifase etdiyim yalniz Tush ve bleskdi..
Ara bir ayda ile bir defe ferkilik ucun korandash cekerem oda evde ancaq.bayra esla karandash vurmuram sadece Tush ve belsk.
kosmetiklar anamindi(duzdu son iller istifade etmir yalniz ele bele)
15 iyun 2015 22:28
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
guler19
Kosmetik vasitələr qadınların vazkeçilməz əşyaları sırasına,daxildir.Bəzi qadınlar dekorativ kosmetikanın incəliklərini bilmədikləri üçün ondan heç istifadə etmir, bəziləri də dəblə ayaqlaşmağa tələsərək sifətlərinə həddən artıq rəng çəkirlər.Kosmetika seçərkən onun yararlıq müddətinə baxmalı düzgün və sade istifade etmək faydalıdır xəbər üçün də tşklər faydalı xəbərdir
15 iyun 2015 21:46
# 8
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Kosmetik məhsullar öz yararlılıq müddətini başa vuranda artıq bilinir ona görə də atılır. Onun ömrünü nələrləsə uzatmaq düzgün deyil çünki keyfiyyəti azalır. Ümumi faydalı xəbərdi, təşəkkür.
15 iyun 2015 21:03
# 7
vipbetul
kasmetikaya maraqim olmadiqina gore bu tip xeberlerde maraqli deyil menimcun
15 iyun 2015 20:49
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Tuş meselesini lak meselesini eşitmişem,hetda o cür edenleri de görmüşem,yalniş olduğunu bilmesem de düşünürdüm,teşekkür faydali melumat üçün.
15 iyun 2015 20:24
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aliceWOnDer
heleki istifade etmirem, lakin lazimli xeberdi
15 iyun 2015 20:11
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
tek umidim sen
Istifade etmirem kosmetika...
15 iyun 2015 20:05
# 3
Kadın derin ama adam yüzme bilmiyor...
BARBI
Kosmetik vasiteler yeri geldikde tehluke yaradir. Her zaman serin ve qaranliq yerde saxlanilmalidir
15 iyun 2015 19:40
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
hamisini esitmemisdim ama tusu esitmisdim sen deme yanlis bilgidi
15 iyun 2015 19:34
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz