Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Makiyajla ehtiyyatlı davranın!
Makiyajla ehtiyyatlı davranın!
Göndərən: yasemin
Şərhlər: 15
Baxılıb: 938
Səs ver:
Gün ərzində fərqində olmadan sağlamlığımızı təhlükəyə atan bir çox səhvlər edirik.

Ancaq ən böyük təhlükəni xanımların vaz keçilməzi olan makiyaj yaradır.

Makiyaj zamanı vərdiş etdiyimiz bəzi yanlış davranışlar həm gözəlliyimizi, həm də sağlamlığımızı əlimizdən ala bilər.

Təqdim etdiyimiz 5 məsləhətə əməl edərək makiyajın səbəb olduğu sağlamlıq problemlərindən qoruna bilərsiniz.

1.Kosmetika məhsullarını bölüşmək
Kosmetika məhsullarını, ənlik və tonal krem çəkdiyiniz vasitələri və ya dodaq boyanızı ən yaxın rəfiqənizə belə verməməlisiniz. Çünki bu təhlükəli infeksiyalara yaxalanmağınıza səbəb ola bilər. Gigiyenik qaydalara əməl edən insanlar daraqlarını, üz və əl dəsmallarını və kosmetika məhsullarını da eynilə diş fırçası kimi ayırırlar.

Hər həftə kosmetika məhsullarınızı yaş salfetlə silib təmizləməlisiniz. Fırçalar isə hər istifadədən sonra yuyulub qurudulmalıdır.
 
2. Vaxtı keçmiş məhsullardan istifadə etmək
Biz də bilirik ki, bəzi kosmetik məhsullar olduqca bahalıdır. Ona görə də çox vaxt istifadəyə yararlılıq müddətinin bitməsinə baxmayaraq, onları atmaq istəmirsiniz.

Ancaq unutmayın ki, heç nə sağlamlıqdan daha qiymətli ola bilməz.

Vaxtı keçmiş məhsullardan istifadə etmək çox təhlükəlidir.

Belə məhsullar infeksiyaya, dəridə qızartıların yaranmasına və qalıcı dəri problemlərinə səbəb ola bilər.

Göz üçün nəzərdə tutulan kosmetika vasitələrinin ömrü daha qısa olur. 3 aydan sonra istifadə etmək məsləhət deyil.

3. Makiyajla yatmaq
Makiyajını təmizləməyəcək qədər yorğun olduğunu bəhanə edə bilərsən. Ancaq makiyajla yatmaq dəridə ciddi problemlərə yol açır. Məsələn, məsamələr qapanır, tuş, layner və qələm gözlərə zərər verir.
 
4. Kirpiklərin qayğısına qalmamaq
Bəzi tuşların tərkibində elə maddələr olur ki, onlar həm gözə, həm də kirpiyə zərər verir. Bu məhsullardan uzun müddət istifadə etdikdə kirpiklər qırılıb tökülə bilər.

Ona görə də özəl günlər istisna olmaqla tuşdan istifadə məsləhət deyil.
 
5. Gözlərin sağlamlığını qorumamaq
Gözlərin içərisinə qələm çəkmək çox təhlükəlidir. Qələmi yalnız kirpik diblərinə çəkin. Göz suyuyla təmas etməsinə imkan verməyin. Çünki onun tərkibindəki maddələr gözə zərər verməklə yanaşı, göz infeksiyalarına da səbəb ola bilərlər.


Şərhlər: 15
Baxılıb: 938
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
heleki makiyajdan istifade etmirem, sebebi yasim azdi
14 iyun 2015 23:00
# 15
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Arzu1996
duzdu duzdu qetiyyen bir defe mende eyelaineri vermiwdim sonra gozume mikrop duwdu ne gunlere qaldim vermiyin qetiyyennnnn 24
14 iyun 2015 22:59
# 14
vipbetul
makyaj sevmirem
12 iyun 2015 17:18
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ALESSANDRA
herden makiyaj edirem bacımla eyni levazimatlardan istifade edirik sen deme olmazmış tşk
11 iyun 2015 18:24
# 12
Don't trust anyone ∆
SENSİZ
COX AZ MAKYAJDAN ISTIFADE EDIREM COX VAXT SILMEMIS YATIRAM ,BUNU DIQQETE ALACAM TESEKKURLER
11 iyun 2015 01:10
# 11
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Meleknur
Men sade edirem cox etmeyden qorxuram derime nese olar deye amma gozlerimde layner tujla yatiram bezen erinib silmirem hec seher oyanan da da meymuncaya oxwayiram:)
11 iyun 2015 00:14
# 10
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
lelos
hec xoşlamiram kimese kosmetka vermek esasda pamadani arada bir mendede olur makiyajla yatmaq
10 iyun 2015 21:35
# 9
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Catwoman666
hec makiyaj etmirem cunki yasim hele makiyaj etmek ucun azdir
10 iyun 2015 20:54
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Sucan
Makiyaj etmeyi coxda bacamiram yenede tskler
10 iyun 2015 20:19
# 7
Fialka
Ümumiyyətlə bir çox şeylər kimi kosmetik məhsullarda şəxsi olmalıdır çünki digərinin problemli üzündən keçici nələrsə ola bilər digər məsləhətlər də faydalıdır bu cürdə edirəm) təşəkkürlər.
10 iyun 2015 20:09
# 6
qanadli melek
Cox makyaj etmirem eden vaxtlarda silmirem elece yatiram
10 iyun 2015 20:04
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Makiyajla qeti yatmiram,tez tez bezenmirem,kasmetik eşyalarimi suroku keçende atiram işletdim işletmedim,istifade etdiyim kasmetikani heç kime vermirem,eger kimse istifade edirse ya verirem ki,apar senin olsun,yada atiram,bele men çox qorxağam o saridan her zaman diqqet edirem,teşekkür melumat üçün
10 iyun 2015 19:49
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Kosmetik mehsullar cox tehlukelidir her zaman tarixine diqqet yetirilmelidir.
10 iyun 2015 19:34
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Leylican
makyaj etmirem amma yene de xeber ucun tsk
10 iyun 2015 19:32
# 2
SEBR....
Tomris Müslümova
ne qeder makiyaj etsende gelek deriyede ounla beraber qulluq edesen...kirpiklerime diqqetle qulluq edenem birde qeti makiyajla yatmiram
10 iyun 2015 19:31
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz