Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamilə və süd verən anaların makyajı
Hamilə və süd verən anaların makyajı
Göndərən: Nazlı_qız
Şərhlər: 12
Baxılıb: 1526
Səs ver:
Beynəlxalq Xərçəng Konqresində bir araya gələn elm adamları beyin və böyrəküstü bəzi şişlərinin meydana gəlməsində anaların hamiləlik və əmizdirmə dövrlərində etdikləri makiyajın və saç boyasının təsirli olduğunu bildirdilər.

Hamilə və əmizdirən anaların həddən artıq makiyaj etməsinin və saçlarını boyatmalarının uşaqlarda xərçəngə gətirib çıxartdığı ortaya çıxıb. Prof. Dr. Murad Tuncər xəstəliyin səbəbləri və tədbir üsulları mövzularının müzakirə edildiyini söyləyıb. O, aparılan araşdırmalar nəticəsində xüsusilə hamilə və əmizdirən anaların qidalanmaya, ətraf mühitə, istifadə etdiyi əşyalara və dərmanlara diqqət yetirməsi lazım olduğunu ifadə edib.

Hamiləlik dövründə nizamsız bəslənmə, spirt və siqaretdən istifadə, elektromaqnetik sahələrə, radiasiyaya, rentgen şüalarına məruz qalma, yanlış dərmanlardan istifadə etmə, şüursuz vitamin qəbul etmə, əkinçilik dərmanları ilə təmas etmə, çoxlu çay və qəhvə içmə kimi səbəblərdən uşaqlarında başda leykoz, lenfoma, beyin, böyrəküstü vəzi və böyrək şişlərinin ortaya çıxma riskinin artır. Anaların hamiləlik dövründə çox makiyaj etmələri də körpələrdə şiş yaranma riskini artırır.

Anaların hamiləlik dövrlərində göstərəcəkləri bu həssaslığı əmizdirmə dövründə də davam etdirməsi lazımdır. Aparılan araşdırmalar anaların saçlarını boyatmasının özləri üçün risk yaratmadığı, ancaq uşaqlarında böyrəküstü vəzi şişinin meydana gəlməsi riskini artırdığını aşkar edib. Uşaqlarını sağlam şəkildə dünyaya gətirmək və böyütmək istəyən anaların və ataların risk artırıcı bu amillərdən bacardıca uzaq durmalarını tövsiyə edilir.

Konqresdə elm adamlarının ortaya qoyduğu məlumatlardan xərçənglərin 35 faizinin düzgün qidalanmama, 30 faizinin siqaret, 20 faizinin infeksiyalar, 7 faizinin əlverişsiz seksual seçimlər və 4 faizinin isə iş səbəblərindən ortaya çıxdığı məlum olub.

Bir ədəd belə olsa, siqaret çəkilməməlidir. Həftədə iki dəfədən çox qırmızı ətdən istifadə etmək olmaz. Spirtli içkilərdən uzaq durulmalıdır. Hər gün 30 dəqiqə fiziki fəaliyyətdə olmalısınız. Uşaqlar doğuşdan etibarən ən az 6 ay əmizdirilməlidir. Süd və süd məhsullarından istifadə artırılmalıdır. Ətdən istifadə gündəlik 30 qramı keçməməlidir.


Şərhlər: 12
Baxılıb: 1526
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Meleknur
bacin hamile olanda br gozune qara vururdu i fisyo onsuzda makyaj eden deyil mence hamileler sade makyaj etseler daha yaxwi olar hemde hamileliyden elave sadeliy gozlelliydi
22 may 2015 20:32
# 12
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
WiRiN BaLaM
mən hamilə vaxti makiyajdan isdifade etmisem heç bir prablemdə olmayib...bu alimlerinde işi gücü arvatdarin ne edib etmediyidi
21 may 2015 16:29
# 11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
lelos
hamile olan zaman her şeye diqqet yetirilmelidi en cuzi bir saç boyasinin ziyanli olduqunu bilirdim makiyajin yox bunuda bilmiş oldum.
20 may 2015 23:46
# 10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Fialka
Qadınların hamiləlik dövründə orqanizmləri dahada həssas olur buna görə özlərinin və körpələrinin sağlamlığı üçün çox diqqətli olmalıdırlar . Makyajın yox saç boyasının ziyanlı olduğu haqqında məlumatım vardı , demək ki, kimyəvi olan hər şey zərərlidir ) təşəkkür.
20 may 2015 23:29
# 9
ay.dan
hamile qaldigim gunden bele makiyajdan istifade etmirem
20 may 2015 22:47
# 8
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
Wappuw
mence butun qadinlar hamile vaxti gozel olur
20 may 2015 22:30
# 7
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Antikvar
Düzgün qeyd olunub.Hamiləlik zamanı insan özünü makyajsız,saç boyasızda gözəlliyini qoruyub saxlaya bilər.Övladının sağlamlığı fikrimcə kimyəvi ləvazimatlardan daha önəmlidi.İndi saç boyasından istifadə etmirəm ziyanlı olduğunu bildiyim üçün halbuki saçımda ağ tüklər mövcuddu bir iki dənə olsa belə)İnsan hamilə zamanı halsızlıq və bununla bərabər başqa problemləri olur çətinki makyaj və boyadan istifadə etsin ən azından mən belə olmuşam)tşk.
20 may 2015 22:16
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
hamile qadinlarcin lazimdi bilmk
20 may 2015 22:12
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
hamilelikde qadin cox diqqetli olmalidir ozune baximli oldugu kimi sehhetini de dusunmelidi....ona gore de makiajina falan fikir vermelidi yeni makiajdan ve sac boyasindan az istifade edilse daha yaxsi olar
20 may 2015 20:28
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
Baharim ol
Sac boyasi beledede ziyandir.Hele qaldi hamilelikde.Sac boyasi istifade elemeyi hec dusunmemisem.
20 may 2015 19:57
# 3
Ama yenede
Tomris Müslümova
sacimi boyamagi onsuzda dusunmurem ama gelecekde majiyaj ederem bele veziyyetden...
20 may 2015 19:42
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Mencede hamilelikde mumkun qeder makiyajdan sac boyasinnan az istifade etmelidir.
20 may 2015 19:34
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz