Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Makiyajdakı bütün səhvlərə son!
Makiyajdakı bütün səhvlərə son!
Göndərən: ruzgargulum
Şərhlər: 13
Baxılıb: 1334
Səs ver:
Davamlı dəyişən gözəllik trendləri arasında makiyaj da vardır və hər növ dəyişikliklər makiyaj etmək qaydalarına təsir edir. Doğru olan budur ki, həmin ilin dəbi nə olursa-olsun, özünüzə ən çox uyğun gələn və yaraşan makiyajı etmək lazımdır. Üz xətlərinə və dəri tonuna görə seçilən makiyaj qadınları daim daha gözəl göstərir. Ancaq dəbdə olmayan, klassikləşmiş makiyaj növləri də var və yaraşıb-yaraşmamasından əlavə, hər qadın bundan həyatında heç olmasa bir dəfə istifadə etməlidir. Təbii makiyajlar hər zaman olduğu kimi bu mövsümdə də etibarlılığını qoruyur. Göz makiyajının tamamlayıcısı olan, dodaq rəngindən ya da dəri rənginin bir ton açığından seçilən dodaq boyaları hər yerə və dövrə uyğun bir makiyaj növünü meydana gətirir.

Güzgü qarşısında saatlarla vaxt keçirmənizə baxmayaraq xəyallarınızdakı makiyaja sahib ola bilmirsiniz? O zaman bu beş praktik təklifi oxuyun və davamlı olaraq təkrar etdiyiniz makiyaj səhvlərinə son qoyun:
1. Gözünüzə eyeliner tətbiq edərkən əliniz titrəyir? Dirsəyinizi bir yerə qoyun, digər əlinizlə isə göz qapaqlarınızı gərgin tutmağa çalışın; amma əgər hələ düzgün çəkməkdə çətinlik çəkirsinizsə, göz layneri yerinə göz qələmiylə xətt çəkməyi sınaya bilərsiniz. Bu daha asandır.

2. Davamlı tonal kremindən istifadə etməkdən qaçırsınız? Ümumiyyətlə makiyaj edən hər qadın bu səhvi edir. Əgər makiyajınızı tamamilə qurtarmısınızsa, tamamilə quru və daha əvvəl istifadə edilməmiş təmiz bir süngərin köməyiylə dairələr çəkərək təmizləyin. Ancaq göz ətrafını təmizləyərkən süngər istifadə etmək yerinə barmaq ucunuzla məhsulu yaymağa çalışın.
 
3. Korrektordan istifadə zamanı problemlə qarşılaşırsız? Əgər dəri tonunuzdan daha açıq bir tonda korrektordan istifadə edirsinizsə, onları yox etmək qeyri-mümkündur. Doğru tonal krem seçmək qədər doğru korrektor da seçmək önəmli və vacibdir. Dəri tonunuza uyğun (daha açıq və ya tünd olmamalıdır) bir korrektoru incə uclu bir fırçayla tətbiq edin, sonra barmaq uclarınızla məhsulu yaxşıca yayın.
 
4. Göz formanıza görə göz qələmindən necə istifadə etməyi bilmirsiniz? Gözləriniz əgər bir-birinə çox yaxındırsa, alt göz qapağına qələm çəkin. Buna görə alt göz qapağının iç tərəfindən başlayaraq gözün yarısına qədər açıq rəngli bir qələm çəkin. Xaricinə doğru isə tünd rəngli bir qələmdən istifadə edin.


Şərhlər: 13
Baxılıb: 1334
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Rakella
menim elim de esir ama elimden daha cox gozlerim titreyir ona gore gozume nese cekende cox cetinlik cekirem bu usulu sinayacam cox sag olun
5 may 2015 16:53
# 13
Impossible is not a word,it's just a reason for someone not to try
Nur k-off
cox tewekkur mene lazimdir layneri cekende elime ele bil motor qowurlar
5 may 2015 14:22
# 12
SVETA
krisa
lazimli meslehetlerdir.men duzu ele de cox makiyaj etmirem.yalniz pudra,tus ve pomada.amma onu qeyd edim ki,men teze baslamisam layner cekmeye,nece deyerler hele oyrenirem.
5 may 2015 01:32
# 11
Wappuw
makyajdan az istifade edirem
5 may 2015 00:56
# 10
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
emis
Makyajla heç aram yoxdu maraqsız gəlir mənə sadəliyə üstünlük verirəm həmişə. .abartili makiyaj edən qadın görəndə dəli oluram deyəsən onların güzgüləri yoxdu o sufatda çölə cixmazlar, lazımlı idi bunlar makiyaj edəndə diqqət edəcəm bacı Təşəkkür edirəm.
4 may 2015 23:46
# 9
vipbetul
makyajdan isdifade etmeyi sevmirem

makyajdan isdifade etmeyi sevmirem
4 may 2015 23:24
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Makiyaj etmirem amma goz makiyajini beyenirem prosta bacarmiram
4 may 2015 22:04
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Zeynep_Fatih
makyaj etmirem.
4 may 2015 21:45
# 6
qanadli melek
Sade makyaj edirem coxbseyden istifade etmirem
4 may 2015 20:32
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
lelos
Sade makiyaj xoslayiram
4 may 2015 20:23
# 4
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
BARBI
Deble makiyaj etmirem ozume ne makiyaj yarasir onu edirem
4 may 2015 19:42
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Makyajda həddi aşmamaqla dəbdən asılı olmayaraq həmişə özümə yaraşanı edirəm, qeyd olunan məsləhətlərdə məlumdur , bilməyənlərdə faydalana bilər,təşəkkür).
4 may 2015 19:37
# 2
Tomris Müslümova
yox elemirem az maz edirem men makiyaji...
4 may 2015 19:30
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz