Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dodaq qələmini çəkməyin ipucları
Dodaq qələmini çəkməyin ipucları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2515
Səs ver:
Öncəliklə onu qeyd edək ki, dodaq qələmləri ötən əsrin 90-cı illərində qızıl dövrünü yaşayıb. Ancaq ötən 20 il ərzində uzaq durulması məsləhət görülən kosmetik vasitələrdən biri elan olunmuşdu.
Dodaq qələminin insanı olduğundan daha yaşlı göstərməsi fikri qadınlara məntiqli görünmüş və hamılıqla dodaq qələmindən imtina dövrü başlamışdı.
Ancaq Kim Kardaşyanın bacısı Kayli Cenner dodaq qələmlərini yenidən gündəmə gətiməyə nail oldu. Ötən həftə bej rəngli dodaq qələmi ilə dodaqlarını olduğundan daha iri göstərən Kardaşyan iştirak etdiyi tədbirdə bütün diqqətləri üzərinə cəmlədi.
İllər sonra yenidən makiyaj çantalarımıza qonaq gələn dodaq qələmləri vizajistlərin vaz keçilməz köməkçiləridirlər.
Belə ki, peşəkar vizajistlər istədikləri dodaq boyası rəngini tapa bilmədikdə, dodaqları qələmlə boyayıb üzərinə parıldadıcı çəkirlər.
Məşhur vizajist Raşel Qudvin isə təbii görünən dodaqlar üçün təkcə dodaq qələmlərindən istifadə etdiyini deyir.
Dodaq qələmi ilə dodaqlarınıza ideal forma verə bilərsiniz. Əgər dodaqlarınız nazikdirsə, qələmlə haşiyəyə alaraq dolğun dodaqlara sahib ola bilərsiniz.
Dodaqlara forma vermək istəyəndə həmişə dodağınızla eyni çalarda olan dodaq boyasından istifadə edin. Çalışın ki, qələmin rəngi dodaq boyası ilə eyni rəngdə və ya ondan 1-2 ton açıq olsun.
Qələmdən istifadə etmək dodaq boyasının və parıldadıcının qalıcılığını artırır.
Qələmi dodaq boyasından əvvəl çəkmək lazımdır.
Gecə makiyajı üçün eyni rəngdə qələm və dodaq boyasından istifadə etmək daha uyğundur.
Əgər dodaq boyanızın rənginin daha diqqətçəkici görünməsini və qalıcı olmasını istəyirsinizsə, dodaq boyasından sonra üzərindən qələmlə təktar keçin.
Ancaq dodaq qələmindən düzgün istifadə etməsəniz və həddən artıq qalın xəttlər çəksəniz, dodaqlarınız yaşlı qadınlarınkına oxşayacaq. Sallaq dodaqlarla gözəlliyinizə kölgə salmaq istəmirsinizsə, dodaq qələmindən həddən artıq istifadə etməyin.
Əvvəlcə dodaqların öz cizgisini təqib edərək qələminizi çəkin, daha sonra barmaqlarınızla qələmi yayın. Sonda dodaq boyanızı çəkib fırça ilə dodaqlara yedizdirin.
Qeyd edək ki, ən cazibədar dünya ulduzlarından biri olan, stil ikonası Rihanna da dodaq qələmlərindən istifadə etməyi çox sevir. Gözəl ulduz dodaqlarını bej çalarlarında olan qələmlə haşiyəyə alır. Bu, onun makiyajına daha təbii görünüş bəxş edir.


Şərhlər:
Baxılıb: 2515
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz