Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kosmetika istifadə edərkən ehtiyatlı olun
Kosmetika istifadə edərkən ehtiyatlı olun
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1236
Səs ver:
Kosmetik məhsullar düzgün seçilmədikdə faydadan çox zərərləri ola bilər. Bu zaman yaranan təsirlər bunlardır: kosmetik qıcıqlanma, dəridə
hassaslıq, ekzema, sızanaq, dəridə rəng dəyişikliyi, nadir hallarda olsa da rast gəlinən sistem dəyişiklikləri.

Kosmetik təsir dəridə yanma, batma, sızıldama, gərginlik kimi əlamətlərlə özünü göstərir. Kosmetik məhsulların hər istifadəsinddən sonra şikayətlər yaranır və bu əlamətlər görsənir. Buna görə belə əlamətləri olan şəxslər spirt, vitamin A, alfa hidroksil turşusu kimi dəriyə təsiredici amillərdən uzaq durmalıdırlar. Həssas dəri üçün hazırlanmış təmizləyicilər, nəmləndiricilər və günəşdən qoruyuculardan uyğun olanını seçib istifadə etmək lazımdır.

Şampun ekzemaya səbəb ola bilərmi?
Ekzema, kosmetik məhsulların səbəb olduğu əks reaksiyalardır. Allergik və qıcıqlanma ekzeması olmaqla 2 qrupa ayrılır. Sabunlar, göz üçün kosmetik məhsulları, nəmləndiricilər və şampunlar qıcıqlanmaya səbəb ola biləcək kosmetik məhsullar qrupundandır. Reaksiya məhsulun istifadəsi zamanı yarana biləcəyi kimi bir müddətdən sonra da baş verə bilər. Məhsulun istifadə olduğu yerlərdə yanma, qaşınma kimi əlamətlər ola bilər. Şəxs əgər məhsuldan istifadəyə davam etsə qızartı, kəpəklənmə baş verir. Dərinin quruması və üst təbəqənin dağılması  kimi ağır hallar baş verə bilər.
Göz qapağının dərisi nazik olduğundan qıcığa daha tez məruz qalır.
Allergik ekzema, şəxsin istifadə etdiyi kosmetik məhsulların tərkibində olan hər hansı maddəyə qarşı göstərdiyi reaksiyadır. Ən çox ətirlər, saç boyaları, günəş qoruyucu kremləri allergik ekzemaya səbəb ola bilər. Dəridə qızartı, qaşıntı, sulanma və içərisində su olan qabarcıqlar şəklində özünü göstərə bilər. Allergiyaya səbəb olacaq maddənin tapılmasında patch test aparılmalıdır.
 
Ətirlər dəriyə ləkə sala bilər
Kosmetik məhsullardan bəzilərinin tərkibində olan maddələr UV (ultrabənövşəyi) şüaların təsirindən kimyəvi dəyişikliyə uğrayır və dəridə reaksiyaya səbəb olur. Ətirlər, bergamot yağı bu reaksiyalara səbəb olan kosmetik məhsullar qrupundandır. Dəridə qızartı, suyun toplanması və rəngin dəyişməsi kimi hallar baş verir.

Yağlı kremlər sızanaqlara səbəb ola bilər
Sızanaqlar da dərinin əks təsir olaraq görünə bilən reaksiyalarındandır. Bəzən iltihabı sızanaqlara da rast gəlinir. Buna səbəb isə çox zaman yağlı üz kremləridir.
 
Məhsulların sistemli şəkildə təsiri
Bəzən dəridə rəngin açılması və tündləşməsi kimi əlamətlərə də rast gəlinir. Nadir hallarda daha böyük reaksiyalara səbəb olur. Dəridən sorulan maddələr qan vasitəsilə yayılaraq daxili üzvlərdə də dəyişikliklərə səbəb ola bilər.
Ümumiyyətlə dəri tipinə uyğun kosmetik məhsullardan istifadə mütləqdir. Dərinin tipi və xüsusiyyətlərini isə dermatoloq vasitəsilə öyrənmək olar. Yağlı dəriyə sahib şəxslər dərini qurudan, su tərkibli məhsullardan, quru dərisi olan şəxslər isə tərkibində spirt olmayan məhsullardan istifadə etməlidirlər.
Göz ətrafı dəriyə istənilən kremi çəkmək olmaz və bir neçə məhsulu eyni anda istifadə etmək olmaz. Məhsulların qapaqlarını yaxşı bağlamaq, hava ilə təmasına mane olmaq lazımdır.
Məhsulların son istifadə tarixinə diqqət etmək lazımdır. Məhsulda dəyişiklik hiss olunarsa istifadədən çəkinin, yəni rəngində, iyisində və konsistensiyasında dəyişiklik olubsa bu artıq yararsız hesab edilir.

Etiketi oxumaq lazımdır
Əgər əvvəlki məhsulların istifadəsi zamanı hər hansı bir maddəyə qarşı reaksiya yaranıbsa yeni məhsulların etiketində həmin maddənin olmamasına baxılmalıdır.
İnfeksiya xəstəliyi olan hissəyə kosmetik vasitənin istifadəsindən çəkinmək lazımdır. Makyajla yatmayın, yatmamışdan əvvəl təmizlənməlidir. Kosmetik vasitələrinizi şərikli istifadə etməyin.
Əgər əks təsir varsa həmin kosmetik məhsulların istifadəsini dayandırın və dermatoloqa müraciət edin.


Şərhlər:
Baxılıb: 1236
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz