Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mükəmməl makiyaj üçün gizli taktikalar
Mükəmməl makiyaj üçün gizli taktikalar
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 3113
Səs ver:
Plastik qaşıq
Mükəmməl kirpiklər üçün alt kirpiklərinizə də tuş çəkməyi unutmayın. Bunu edərkən plastik bir qaşıq istifadə etsəniz həm tuş kirpiklərinizə daha gözəl çəkiləcək, həm də göz altlarınızı səhvən qapqara ləkələrlə rəngləmiş olmayacaqsınız.

Necə düz ənlik çəkilər?
Ənlik üz formanıza görə tətbiq olunduğunda xəttlərinizi ortaya çıxaran ən təsirli makiyaj vəsaiti ola bilir.
Bunun üçün əvvəlcə üz formanızı təyin etməniz lazımdır. Ənlik yalnız üzünüzə rəng vermir, eyni zamanda almacıq sümüklərinizi vurğulayır və üz xəttləriniz ortaya çıxır.

Qurumuş tuş
Tuş fırçanız qatılaşmış və qəribə bir şəkil almışsa nə edərsiniz?
a) Zibil qabına atırsınız b) Şampunla tuşu qarışdırısınız c) İçinə jele qoyarsınız
Cavab d) Heç biri!

Quruyan tuşu  əvvəlki halına  gətirmək üçün tuş fırçanızı ilıq suyla yaxşıca təmizləyin. Daha sonra yaş fırçanı tuş balonunun içinə geri salıb içində çevirin. İsti suyun təmin etdiyi nəm tuşunuzu yeniləməyə çatacaq.
Ayrıca fırçanı bir neçə dəfə nasosla vurar kimi qabına salıb -çıxarmaq sizə köməkçi olmaz. Daha çox balonun içinə hava nasosla vurmanıza və tuşunuzun  qurumasına səbəb olar.

Canlı rənglər
Göz makiyajınızı canlı rənglərdə tenlə etmək, gözlərinizi önə çıxarmaq istəyirsiniz və bunun üçün mükəmməl rənglərdə tenlər aldınız. Lakin bu tenləri göz qapağınıza tətbiq etdiyinizdə istədiyiniz rəngə çata bilmədiniz! Bu vəziyyətdə nə edəcəksiniz?
Rəngli tenlərin tətbiqindən əvvəl göz qapağınıza ten əsaslarından istifadə etsəniz istədiyiniz nəticəni əldə edə bilərsiniz. Ayrıca canlı rənglər üçün ağ bir göz qələmi ilə göz qapaqlarını rəngləməniz də olduqca işə yarayar.

Kirpikləri istilədin!
Kirpiklərinizi burmaq üçün ən təsirli üsul kirpik burandan istifadə etmək.
Xüsusilə istifadə etmədən əvvəl kirpik buranıı fenlə maşınıyla istilədin və istisi ilə  kirpiklərinizə forma verin. Ardından tuşunuzu tətbiq edin.

Dolğun dodaqlar!
Mükəmməl dodaqlara qovuşmaq üçün nə çəksəniz işə yaramır? Budur sizə qətiliklə işə yarayan bir təklif!

Uzun zamandır istifadə etmədiyiniz dodaq qələminizi makiyaj candanızın dibindən çıxarın və dodaqlarınıza çəkin. Bunu edərkən dodağınızın təbii rəngində ya da pomadanızla eyni rəng qələm istifadə etməlisiniz.
Daha təbii görünüş içinsə dodaq rənginizdə bir qələmlə dodaqlarınızı çərçivələyib, maye rəngləndirici ya da lip glossla üzərindən keçə bilərsiniz.


Şərhlər:
Baxılıb: 3113
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz