loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xasiyyətinizə görə makyaj
Xasiyyətinizə görə makyaj
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2375
Səs ver:
 
İddialı amma eyni zamanda da təzə görünüşlü bir makiyaj istəyirsinizsə, axtardığınız budur! Istifadə edilən mavi və bürünc tonlar möcüzəli bir görünüş meydana gətirir. Seksual amma sevimli...
Bu makiyajı necə edəcəksiniz?

Ehtiyacınız olan ilk vəsait L'Oreal Parisdən glam Bronze ikitərəfli pudra. Bu pudra eyni zamanda consealer olaraq da istifadə edilə bilər. Açıq tonunu üzünüzə sürtün və bürünc rəngini də ənlik olaraq istifadə edin. Burnunuzun üzərinə, almacıq sümüklərinizə və bir az da çənənizə sürütün.
 
Makiyajın ikinci addımında isə təklifimiz Yves Saint Laurent Chromatics 2 nömrə göz kölgəsi. Yumşaq ten fırçasıyla açıq mavi və göyü qarışdıraraq üst göz qapağınıza sürtün. Alt kirpiklərinizin dibinə də yüngülcə bənövşəyi rəngli tendə sürtün.
 
Görünüşünüzü tamamlamaq üçün lazım olan son şey isə Essie'nin borrowed & blue dırnaq boyasıdır.
 
Bu makiyaj olduqca seksual və sirrli görünür. Eyni zamanda avtoritar bir havası da var... Dolğun kirpiklər və qırmızı dodaqlar ən sevilən detallardandır...
İstədiyiniz makiyaj budursa, dərhal necə edəcəyinizi izah edək...
 
İlk olaraq kirpiklərinizin (xüsusilə üst kirpiklərinizin) dibinə incə bir şəkildə göz layneri çəkin və bir neçə qat qara tuj tətbiq edin.
 
Dodaq qələminizi bir kənara buraxın və tam olaraq qırmızı pomadanızı tətbiq edin. L'Oreal'in color Riche pomadaları dodaqlarınızı həm dolğun, həm də parlaq göstərəcək.
 
Pomada rənginizlə lak rənginizi uyğunlaşdırmaq işi köhnələrdə qaldığını söyləyənlərə qulaqlarınızı tıxayın və pomadanızla eyni rəng bir lak istifadə edin.
 
Cazibənizin arxanızdan sürünən gözlərə sahib olmaq istəyirsinizsə, sizin axtardığınız makiyaj tam olaraq budur...
Makiyajı necə edəcəyinizə baxaq...
 
Gözlərinizin iç qisiminə tünd mavi bir göz qələmiylə incə bir xətt çəkərək işə başlayın. Qələmi çölə, kirpiklərinizin üzərinə doğru sürtməməyə diqqət edin.
 
Makiyaj üçün biri bənövşəyi, digəri mavi iki fərqli rəngdə göz teninə ehtiyacınız olacaq. Bu iki rəng göz tenini qarışdırın və qaş diblərinizə alt kipriklerinizin diblərinə qədər gözünüzə qalın bir təbəqə halında sürtün.
 
Görünüşünüzü rəngsiz və ya dəri rənginə yaxın rənglərdə bir pomada ya da parladıcı ilə tamamlayın.
 
Çox qadına xas və seksual... Diqqətə çarpan dodaqlar və gözlər, qabarıq saçlarla birləşəndə ortaya çıxan görünüş nə qədər də gözəldir?
Budur sizə lazım olanlar...
 
Gözlərinizin üst qisiminə incə və yumşaq bir laynerlə uzun bir xətt çəkin. Xətti göz kenarlarınızdan yuxarı doğru uzadın.
 
Dodaqlarınıza çəhrayı tonlarda bir pomada sürtün, beləcə gözləriniz çox geri planda qalmayacaq.
 
Və son olaraq da əllərinizdə Essie'nin Splash of Qrenadin, lila lakını istifadə edə bilərsiniz.

Şərhlər:
Baxılıb: 2375
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz