Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni il gecəsi makiyajı üçün məsləhətlər
Yeni il gecəsi makiyajı üçün məsləhətlər
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1582
Səs ver:
Əvvəlcə makiyajımıza keçmədən əvvəl, etməmiz lazım olan bəzi hazırlıq mərhələlərindən bəhs etmək istəyərəm. İlk addım, yaxşı bir yuxu ilə dərimizi istirahət etdirməkdir. Daha sonraki addım isə təmiz və yaxşı nəmləndirilmiş bir dəri ilə yeni il gecəsinə sağlam bir hazırlıq etməkdir. Makiyajınızın infrastrukturu üçün bunlar çox əhəmiyyətli addımlardır.

Makiyajınız getməsin istəyirsinizsə… 

Əgər makiyajınızın uzun müddət getmədən qalmasını istəyirsinizsə, təmizlənmiş və nəmləndirilmiş dərinizin üstünə tətbiq edəcəyiniz, yaxşı bir makiyaj altı bəzi də makiyajınızın qalıcılığını artıracaq. Əsas seçimdə, dərimizin formasına uyğun bir seçim etməyə diqqət göstərməliyik. Məsələn, yağlı və parlayan bir dəriniz var isə əsas istifadəsi dərinizdə daha mat bir görünüş təmin edəcək. Eyni zamanda makiyaj altı əsasları, tərkibindəki silikon sayəsində, üzünüzdəki incə xəttləri, əyrilikləri və məsamələri dolduraraq, dərinizi hamarlaşdırar və yağlanılmağa bağlı meydana gələcək parlamaları da önləyər. Eyni zamanda tonal kreminizin daha rahat dağılmasını təmin edərək, üzünüzdə daha homogen bir görünüş təmin edər. Dəriniz də meydana gələ biləcək hər hansı bir topalaşmayı da sıfırlayacaqtır.
Bu addımdan sonra diqqət etirməmiz lazım olan digər əhəmiyyətli bir addım, seçdiyimiz paltarı tamamlayacaq rəngləri göz makiyajımızda tuta bilməkdir. Bunun üçün sizə tövsiyəm, paltar rənginizin kontrası tonlarda rənglər seçmək olacaq. Əgər sadə, düz rənglərdə bir paltar seçdiksə, gözlərimizdə işıltılı, simli tonlar istifadə edərək bütünlüyü təmin edə bilərik. Hərəkətli, naxışlı bir seçim etdiksə, gözlərimizi olduqca sadə, torpaq tonları ilə rəngləndirərkən, dolğun kirpiklərlə ortaya çıxarda bilərik. Diqqətedilməsi lazım olan, gözlərəmik təəccüblü isə dodaqlarda daha sakit "nude" tonlar seçmək lazımdır. Mavi, yaşıl, bənövşəyi kimi basqın tonlarda seçilmiş göz makiyajımıza, "fuşya- qırmızı" kimi basqın pomadalar seçsək, bu bizi olduğumuzdan daha yetkin və də yorğun göstərəcək. Belə xüsusi gecələrdə, göz quruluşumuza uyğun bir kirpik seçkisini də atlamamız lazımdır. Makiyaj edərkən təməl qanunumuz, sağlam və qəşəng görünməyə çalışmaq olmalıdır. 

Yeni ilin rəngi "qırmızı"dır

Təbii yeni il deyilincə qırmızı rənginə də toxunmadan keçməm mümkün deyil. Hamımız bilirik ki, yeni il qırmızı deməkdir. Qırmızı fiziki mənada hərəkətliliyi, dinamizmi ifadə edərkən, romantik mənada da xoşbəxtliyi, əzm və dayanıqlılığı ifadə edər. Eyni zamanda rənglər içərisində ən isti rəngdir. Qırmızı deyincə də ağılımıza gələn ilk şey "sexy" dodaq xəttləri olacaq. Dodaqlarımız da istifadə edəcəyimiz, doğru seçilmiş bir qırmızı tonu, bizi yeni il gecəsi təsir edici bir görünüşə büründürə bilər. Doğru seçilmiş deyirəm çünki, burada bilməmiz lazım olan incə bir məlumat var. Qırmızı pomadalar isti və soyuq olaraq ikiyə ayrılar. Sarı alt tonda bir dəriyə sahibsinizsə, doygunluğu mərcan ya da turuncu olan qırmızılar, əgər çəhrayı alt tonda bir dəriyə sahibsinizsə, mavi- bənövşəyi kimi soyuq quruluşlu qırmızılar sizə daha çox yaraşacaq. Bununla birlikdə qırmızı pomada istifadəsi, olduqca diqqət istər. Əgər o gecə qırmızı bir pomada istifadə edəcəksinizsə, mütləq pomadanızı və pomadanıza uyğun olan dodaq qələminizi də yanına almanıq lazımdır.

Son olaraq sizlərə, seçkisində çətinlik yaşaya biləcəyiniz, doğru tonal krem tətbiqindən bəhs edəcəyəm. Tonal krem rəngləri də soyuq tonlar və isti tonlar olaraq iki sinifdə toplana bilər. Burada sizlərə vermək istədiyim çox əhəmiyyətli bir məlumat var. Tonal krem seçmədən əvvəl bir professionaldan kömək olaraq, əvvəlcə doğru dəri rəngimizi öyrənməliyik. Bunu seçə bilmənin ən sadə və doğru yolu isə budur: dəri altından görünən damar rəngimiz mavi isə dəri tonumuz çəhrayıdır. Əgər damar rəngimiz yaşıl isə dəri tonumuz sarıdır. Bu məlumat istiqamətində bizi ən sağlam və təbii göstərəcək tonal krem rəngini seçmiş olarıq. Yeni il makiyajımızı, incə tətbiq olunmuş bir tonal kremlə tamamladıqdan sonra, uyğun bir ənlik tonuyla üzümüzə bir az rəng qazandıra bilərik.

Hər kəsə indidən xoşbəxt və sağlam bir il diləyirəm. Şans sizi heç tərk etməsin 128

/Mənbə:Qadınlar.Biz/


Şərhlər:
Baxılıb: 1582
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz