Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Makiyajsız gəzmək üçün 7 səbəb
Makiyajsız gəzmək üçün 7 səbəb
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2024
Səs ver:
Qənaət etmək
Makiyajsız gəzmənin müsbət faktorlarının ən başında qənaət gəlir! Yalnız xüsusi günlərdə makiyaj etmək, makiyaj vəsaitləri üçün ayırdığınız büdcənizin çox çox rahatlamasını təmin edəcək. Bir çox qadın heç istifadə etməyəcəyi makiyaj məhsulları  alarlar və daha sonra tarixləri keçincə də bunlar zibilə təyin edərlər. Siz, yalnız istifadə etdiyiniz məhsulları almağa başlayaraq belə büdcənizi rahatlaşdıra bilərsiniz.

Dərinizə tətil etdirmək
Makiyajsız bir gün keçirmək, dərinizin istirahət etməsini təmin edər. Dərinizin də eynilə bədəninizin digər parçaları kimi nəfəs almağa ehtiyacı vardır. Ona istirahət etməsi üçün zaman tanıyın, sizə bunun üçün təşəkkür edəcək. Təbii hər vaxt günəşdən qoruyucu kreminizi çəkməlisiniz.

Təbii gözəllik
Hamımız makiyaj etdiyimizdə özümüzü çox gözəl hiss edərik amma təbii halımızdan da məmnun olmamız bir o qədər əhəmiyyətlidir. Qadınlar ümumiyyətlə, özlərini, makiyajsız gözəl tapmazlar amma hamımızın üzündə bəyəndiyi bir yeri mütləq vardır. Aynanın qarşısına dolan və üzünüzdə ən bəyəndiyiniz bölgənizi tapın. Ayrıca unutmayın, gözəl bir gülümsəmə, sizi professional makiyajdan belə daha gözəl göstərər!

Daha çox zamanınız qalar
Makiyaj edərkən saatlarımızı ayna qarşısında keçirərik. Əvvəl makiyajı edərik, sonra gün boyu təzələyərvə axşam da nə qədər yorğun olsaq olaq, makiyajımızı təmizləməmiz lazımdır. Makiyajsız keçirilən bir gündə bunların heç birini etməniz lazım deyil və nə qədər çox boş zamanınız qaldığına siz belə çaşarsınız!

Müsbət mesaj
Makiyaj etməmək ətrafınıza müsbət mesaj vermənizi təmin edər. Xüsusilə də qız uşağı anasısınızsa. Bu, makiyaja ehtiyacınız olmadığını göstərər və uşaqlar fərqində olmadan ana və atalarını izləyərək onlardan mesajlar alar və bunları beyinaltlarına işlərlər. Əgər qızınız sizin küçəyə əsla makiyajsız çıxmadığınızı görsə, irəlidə, o da bunu lazımlı olduğunu düşünəcək.

Həssas dəri
Makiyajsız gəzmək bəzi qadınlar üçün  bir zərurətdir. Həssas dəriyə sahib qadınlar, dərilərinə uyğun makiyaj vəsaiti tapmaqda çətinlik çəkərlər çünki makiyaj vəsaitləri kimyəvi maddələr ehtiva edərlər. Bu səbəblə, əgər həssas bir dəriyə sahibsinizsə, makiyaj vəsaitləri mövzusunda əlavə diqqətli olmalsınız.

Lazımlı deyil
Bizlər, gözəl görünmək üçün, makiyaj etməmizin lazımlı olduğuna inandırılmış qadınlar olaraq bu ön mühakiməmizi aşmalıyıq. Təbii ki bəzi günlər, canınız istədiyində, makiyaj etməlisiniz amma bu bir zərurət olmamalı. Makiyajsız küçəyə çıxdığınızda insanların sizi tənqid edəcəyindən qorxursunuzsa, özünüzə etibarınızı qazanmaq üçün işlər görməlisiniz. Bu, gözəl görünmək üçün qat qat boya sürməniz lazım olduğunu düşünmənizdən çox daha yaxşı bir üsuldur.

/Mənbə:Qadınlar.Biz/


Şərhlər:
Baxılıb: 2024
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz