Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Makiyaj vəsaitləriniz üçün praktik məsləhətlər
Makiyaj vəsaitləriniz üçün praktik məsləhətlər
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 850
Səs ver:
Pomadanız qırılsa
Pomadanız ortadan ikiyə ayrılsa iki tərəfi birləşdirərək yalnız bir neçə saniyəliyinə şam şüşəsinə tutun. (Çox uzun müddət saxlar zən edirsiniz, pomadanın üzərində qara ləkələr meydana gələcək və çıxmayacaq.) Daha sonra, pomadanı bir qaba qoyub sərtləşənə qədər soyuducunda gözlədin.
Qatılaşmış laklar
Bir miqdar asetonu lak şüşəsinə töküb yaxşıca çalxalayaraq təkrar köhnə halına gəlməsini təmin edə bilərsiniz.
Kirpik üçün tuş qalıqları
Kirpik üçün tuş fırçanızda sərtləşmiş kiçik qalıqlar meydana gəlirsə, bir miqdar vazelin ilə kirpik üçün tuş fırçanızı təmizləyin. Əsla fırçanı sabun və suyla yumağa cəhd etməyin. Sabun qalıqları gözlərə alergiya verər və fırçanın islanması sanki bakteriyalara dəvətnamə çıxarar. 
Dodaq qələmləri
Ucunu hər açmağa qalxdığınızda, dodaq qələminizin ucu qırılır və bu sizə get-gedə daha da bahalıya düşməyə başlayırsa, qələmi açmadan əvvəl 5-10 dəqiqə qədər soyuducunda gözlədin. Beləliklə yaşadığınız problemdən xilas olmuş olacaqsınız.
Kreminiz bitdisə
Makiyajınızın tam ortasındaykən nəmləndirici və ya gel ənlidən bir damla daha çıxarda bilmirsinizsə, qabı ortadan ikiyə kəsin  və ehtiyacınız olan miqdarı istifadə edin. Geriyə hələ məhsul qaldısa, kiçik bir qabın içərisinə tökün, daha sonra istifadə edə bilərsiniz. 
Tonal kreminiz bitdisə
Eyni şəkildə tonal kreminiz  bitsə və sizin çox az bir miqdara daha ehtiyacınız varsa, uzun bir qulaq çubuğu köməyi ilə şüşənin dibinə çataraq istədiyiniz miqdarı alın. Bir sonrakı istifadə üçün isə şüşəni tərs çevirərək gözlədin. Bir zaman sonra dibindəki qalıqlar şüşənin ağızına gələrək sizə bir istifadəlik məhsul daha təmin edəcək. O da bitsə, artıq yenisini alma zamanı!
Ənliyiniz yağlansa
Dərinizdəki çox yağ zaman içərisində ənlik fırçanıza bulaşmışsa normal olmayan bir parlamaqla qarşı-qarşıya qalarsınız. Çünki fırçanızı ənliyə  batırıb - çıxardığınız ənliyinizin üzərində yağ qalıqları yığılar. Bu vəziyyətdə, təmiz bir bıçaq alaraq ənliyin ən üst səthini üfüqi şəkildə təmizləyin. Altdan çıxan qisim daha təzə və təmiz olacaq.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 850
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz