Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cazibədar görünmək üçün...
Cazibədar görünmək üçün...
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 4078
Səs ver:

 

Cazibədar görünmək üçün...


Gözəl görünmək üçün geyimdən əvvəl makiyajın yaxşı olmasına fikir verməliyik. Çünki alimlər də araşdırıb ki, qarşı tərəf geyimə demək olar ki, fikir vermir. Əsas simadır, geyimlər isə kişilərin heç yadında da qalmır. Gözəl görünüb kişilərin ağlını başından almaq istəyirsinizsə, o zaman uğurlu makiyajın sirləri ilə tanış olun.

Makiaja başlamazdan əvvəl...
Makiajı təmiz və nəmləndirilmiş dəriyə etsəniz daha effektli olar, amma üzü təmizləmək və nəmləndirməni makiyajdan ən azı bir saat əvvəl etməlisiniz. Çünki, dəri kremlə yanaşı boyanı da qəbul edir. Bu zaman xüsusilə də ənlik çəkiləndə ləkələr yaranır və üz dərisi yanıbmış kimi təəssürat bağışlayır. 
Makiyaj olunan zaman otağın aurasına da fikir vermək lazımdır. Belə ki, elektrik enerjisi vasitəsilə işıqlandırılmış otaqda makiyaj solğun görünür. Günəş işığı bol olan məkanda isə daha cazibədar təsir bağışlayır.
Üzə kirşan, yoxsa krem çəkməli?
Kosmetoloqlar və vizajistlər makiyaj edəndə krem əvəzinə kirşandan (pudra) istifadə etməyi məsləhət görür. Çünki, dəri kremi udur. Kirşan isə toz halında olduğu üçün dəriyə elə də təsir etmir. Üzə eyni miqdarda yayılması və daha az ziyanlı olması üçün onu fırça ilə çəkmək daha yaxşıdır. 
Bəzi xanımlar gözaltı dəridə olan problemləri gizlətmək üçün kremdən də istifadə edirlər. Həmin məhlulu üzünüzə çəkəndə nişan barmağınız vasitəsilə yaymağınız məsləhətdir. Bu barmaq ən az işlənən olduğu üçün dərisi zərif olur və kremi daha yumşaq şəkildə yayır.
Dərinizin rəngindən çox tünd və ya çox açıq olan makiyaj sizi süni göstərər və təbii görünüşünüzə ziyan verə bilər. Buna görə də rəng seçəndə dərinizin rənginə uyğun olan tondan istifadə etmək lazımdır
Göz makiyajı
Makiyajın əsas elementlərindən biri də gözlərdir. Bu hissədə cəlbedicilik yaratmagın ən asan yolu gözün içərisinə qara qələm çəkməkdir. Bu göz makiajından istifadə gözləri iri olan xanımlara məsləhətdir. Kiçik ölçülü gğzlərə sahib olan xanımlar alt hissəsinə ağ rəngdə qələm çəkməlidirlər. Beləliklə, gözləriniz daha iri həcmli görsənəcək. Ölçüsündən aslı olmayaraq gözün üst hissəsinin uclarına qələm çəkə bilərsiniz bu cəlbediciliyi daha da artırır və gözlərə parıltı bəxş edir. Qaşlarıınızın qalın və ya istədiyiniz görünüşdə olması üçün gözlərinizə çəkdiyiniz rəngdə qələmlə qaşlarınızı formaya salın. Əgər gözləriniz göy və ya yaşıldırsa göz rənginizə uyğun rəngli qələm də çəkə bilərsiniz. 
Burbunuzu bəyənmirsinizsə...
Burnunuzun görünüşünü bəyənmirsinizsə, bu problemdən də makiaj vasitəsilə xilas ola bilərsiniz. Tünd rənglərdən istifadə edərək üzünüzdəki qüsurları ört-bastır etmək daha asandır. Burnunuzla dodağınızın arasındakı məsafə uzundursa bu hissəyə çox kirşan vurmayın. Beləliklə, həmin nahiyəyə daha az diqqət cəlb edərsiniz. Əksinə həmin hissə qısadırsa açıq rəngdə kirşan çəkin. Burnunuzun uzun olduğundan şikayət edirsinizsə ölçünü qısa göstərmək üçün ucuna ənlik vurun. Böyük ölçülü burundan diqqəti kənarlaşdırmaq üçün dodaq boyanızı əlvan rənglərdə seçərək diqqəti burnunuzdan yayındırın. 
Ənlik çəkəndə nəyə diqqət yetirməli?
Ənlik çəkməyin də öz sirləri var. Belə ki, əgər dərinizin rəngi açıq və ya sarışındırsa şaftalı, buğdayı və ya qumralsınızsa çəhrayı, əsmərsinizsə torpaq rənginin tonlarından istifadə edin. Ənlik çəkəndə fırçanı aşağıdan yuxarıya doğru hərəkət etdirin. Çəkdiyinizin bilinməməsini istəyirsinizsə, fırçanı üzünüzə çox bərk basmayın və dodaq boyanızla eyni rəngdə olmağına fikir verin.

Dodaqların gözəl görünüşü dodaq boyasından aslıdır
Dodaq boyası seçimində isə üç ünsürə - yaşa, dodağın ölçüsünə və dərinin rənginə xüsusi fikir vermək lazımdır. Üzünüzdə qadın ifadəsi yaratmaq istəyirsinizsə, tünd rəngli və parıltısız pomadaları seçməlisiniz. Gənc görünmək üçün isə açıq rənglərdən istifadə edin. Böyük dodaqlar üzə cazibədarlıq bəxş edir. Qadın yaşa dolduqca isə dodaqları nazikləşir. Dodaqları dolğun göstərmək üçün parıltılı dodaq boyaları məsləhətdir. Boyanı müntəzəm olaraq yeniləməklə isə təravətli görünməyə nail olabilərsiniz. 
Dərisi açıq rəngdə olanlar şəffaf rəngli çəhrayı tonlarını, tünd və açıq qırmızı kimi cəlbedici rəngləri seçə bilərlər. Buğdayılara bənövşəyi, açıq qəhvəyi və tünd bənövşəyi, şərab tonları, tünd rəngli dərilər isə şokolad tonları, parıltısız qırmızı və ya bənövşəyinin tünd tonlarından istifadə edə bilərlər.

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 4078
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz