Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qidalandirici dəriyə qulluq maskalari
Qidalandirici dəriyə qulluq maskalari
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 10676
Səs ver:

 

Dəri hüceyrələrinin özünü yeniləyib, dərinin gənc və gözəl qalmasını təmin etmək üçün həftədə bir dəfə dəri növünüzə uyğun baxım maskası tətbiq etməlisiniz. Gözəlləşdirici maskalar, dərinin istirahət etməsinə, möhkəmləşməsinə və qan dövranının sürətlənməsinə köməkçi olar.

Quru Cildlərə Alma Maskası

Quru cildlərin ehtiyacı olan alma maskasını, həftədə bir dəfə təmizlənmiş dərinizə tətbiq edə bilərsiniz. İlıq suyla edilən duş əsnasında dəri məsamələri açılar və maskadan ən yaxşı nəticəni almaq üçün ən uyğun zamandır, bu sayədə bəsləyici maska dərinin ən alt laylarına qədər nüfuz edər.

Alma maskasını istifadəyə hazırlamaq üçün bir ədəd almanın qabıgini soyub rəndələyin və şüşə bir qaba qoyun.Üzərinə bir yemək qaşığı süd kremi əlavə edin və yaxşıca qarışdırın. Maskanı, üz və boyun bölgənizə masaj edərək cəkin. Təxminən on beş dəqiqə gözləyin və dərinizi ilıq suyla durulayın. İlk istifadədən etibarən dərinizdə kadifemsi bir yumşaqlıq hiss edəcəksiniz.

Yağlı Cildlərə Zəncəfil Maskası

Yağlı cildlərin, dərininə təmizliyə və nəmləndirilməyə ehtiyacı vardır. Evinizdəki vəsaitlərlə asanca hazırlaya biləcəyiniz zəncəfil maskası; həm dərinizi təmizləyər həm nəmləndirər həm də sızanaqların qısa müddətdə yaxşılaşmasını təmin edər. Bu maskanı da duş sonrasında dəri məsamələri açılmışkən tətbiq etmək, ən yüksək faydanı görmənizi təmin edəcək.

Zəncəfil maskasını hazırlamaq üçün bir su stəkanı zeytunyağını, əlinizi yandırmayacaq şəkildə yüngülcə istilədin. İçərisində bir yemək qaşığı üyüdülmüş zəncəfil əlavə edib yaxşıca qarışdırın. Qarışığı, təxminən bir saat gözlədin. Ardından, bir parça pambığı qarışığa batırıb üz və boyun bölgələrinizə masaj edərək cəkin. Təxminən on beş dəqiqə dərinizdə gözlədin və suyla durulayın.

Yetkin Cildlərə Yaşıl Çay Maskası

Otuzlu yaşlardan sonra dəri hüceyrələrinin yenilənmə sürəti yavaşlayar və buna bağlı olaraq dəri yaşlanmağa başlar. Yaşıl çay maskası köməyiylə, dərinizin yenilənməsini dəstəkləyə bilər, gərgin və parlaq qalmasına köməkçi ola bilərsiniz. Bilindiyi kimi yaşıl çay; dəri yaşlanmasına səbəb olan sərbəst radikallarla döyüşən ən güclü antioksidanlardan biridir.

Yaşıl çay maskasını hazırlamaq üçün, bir su stəkanı qaynar suyun içərisinə bir yemək qaşığı yaşıl çay əlavə edin və dəmlənməsi üçün beş dəqiqə gözlədin. Müddətin sonunda çayı süzüb içərisində bir yemək qaşığı süzmə bal və bir yemək qaşığı badam yağı əlavə edib qarışdırın. Bir parça pambığı maskaya batırıb üz və boyun bölgələrinizə masaj edərək cəkin. Təxminən 20 dəqiqə dərinizdə gözlədin və suyla durulayın.

Dəri Gözəlliyini Qorumaq İstəyənlərə

Dəri gözəlliyini qorumaq üçün balanslı bəslənməli, idman etməli, spirt və siqaretdən uzaq dayanmalı, günəş şüalarından qorunmalı, əsla yüzünüzdə makiyajla yatmamalısınız. Gündə ən az 8 stəkan su içməli, tərkibində vitamin və mineral olan tərəvəz və meyvələrdən yeməlisiniz. Dəri səthindəki ölü dəriləri təmizləmək üçün ayda bir dəfə peeling edin.

Tərcümə etdi və hazirladi:PURE LOVE

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 10676
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz