Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yağlı dəriyə qulluq ..
Yağlı dəriyə qulluq ..
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4037
Səs ver:

Yağlı dəriyə qulluq ..


Yağlı dəriyə qulluq edilməsində əsas məqsəd onu təmiz saxlamaq və məsamələrini daraltmaqdan ibarətdir.

Tərəfimizdən aşağıda təklif olunan maskalar təmizləyici, qidalandırıcı və ağardıcı effeklərə malikdirlər. (Maskaların düzgün istifadə edilməsi haqqında 14-cü səhifədə oxuya bilərsiniz.)
Dərini bir qədər qurutmaq məqsədi ilə pambıq tamponla onun üzərinə qatıq və ya kefir çəki
n və 15 dəqiqədən sonra sərin su ilə yuyun.

Bir yumurta ağını yaxşı-yaxşı çaldıqdan sonra onun üzərinə qurudulmuş 1 limon qabığının üyüdülmüş tozunu, 1 çay qaşığı limon şirəsini və üyüdülmüş 1 xörək qaşığı yulaf yarması (“herkules”) əlavə edin. Alınan qarışığı sıyıq şəklini alana qədər qaynadılmış su ilə durulaşdırın, üzünüzə çəkin və 15 dəqiqə saxlayın.
1 xörək qaşığı mayanın üzərinə 2-3 xörək qaşığı qatıq, 1 çay qaşığı limon şirəsi və 1 neçə damcı 3%-li hidrogen peroksid məhlulu (apteklərdə satılır) əlavə edərək qarışdırın. Alınan maskanı köpüklü şəkildə üzün dərisinə çəkib 15 dəqiqə saxlayın.
1 xörək qaşığı ağ gilin üzərinə 1 çay qaşığı limon şirəsi, eyni miqdarda bal və qatı kütlə alınana qədər bir qədər qaynadılmış ilıq su əlavə edin. Maskanı dərinizə çəkin və 15 dəqiqə saxlayın.
1 xörək qaşığı xırda doğranmış cəfəri göyərtisini 1 çay qaşığı limon şirəsi və 2 xörək qaşığı kefir ilə qarışdırın. Üzərinə bir qədər kəpək və ya nişasta əlavə edib alı-nan qarışığı üzünüzə çəkin və 15 dəqiqə saxlayın.
1 yumurta ağını köpüklənənə qədər çaldıqdan sonra onu 1 çay qaşığı limon şirəsi və 2 xörək qaşığı aloye bitkisinin şirəsi ilə qarışdırın. Alınan qarışığı üzünüzün dərisinə çəkin və 15 dəqiqə saxlayın.
Kiçik sürtgəcdən keçirilmiş xiyarı çalınmış yumurta ağı ilə qarışdıraraq dərinizə çəkib 15 dəqiqə saxlayın.
2 xörək qaşığı həcmində olmaqla pomidorun ətli hissəsindən alınan şirəni 1 xörək qaşığı limon şirəsi, eyni miqdarda xiyar şirəsi ilə qarışdıraraq üzərinə qatı kütlə alınana qədər buğda və ya düyü unu əlavə edin. Alınan maskanı üzünüzə çəkib 15 dəqiqə saxlayın.

 



Şərhlər:
Baxılıb: 4037
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz