loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəl görünməyin sirrləri
Gözəl görünməyin sirrləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1495
Səs ver:


Qadınlar gözəl görünmək üçün müxtəlif vasitələrə əl atırlar. Bura idman, əsasən də kosmetik vasitələr daxildir. Amma bir məqam unudulur. Bu da gözəl görünmək üçün lazım və mövcud olan vasitələrdən düzgün və vaxtında istifadə edilməməsidir.
Mütəxəssislərin təklif etdiyi bəzi qaydaları nəzərinizə çatdıraq:Səhər saat 6-nı yuxudan oyanmaq üçün ideal vaxt hesab edirlər. Çünki bu vaxt orqanizm sərin duşa yaxşı reaksiya verir. Erkən saatlarda, dəri uzun müddət təravətli qalır. Bu vaxt qaynadılmış və filtrdən keçirilmiş suya üstünlük vermək məsləhətdir. Üzünüzü yuyacağınız suya bir neçə damcı limon turşusu və ya alma sirkəsi də əlavə etsəniz, ideal olar.
Əgər dəriniz yuyunmaya davam gətirmirsə, alkoqolsuz təmizləyici kosmetik vasitələrdən istifadə edə bilərsiniz.
Saat 7-ni keçəndən sonra damarlarda qan dövranı artır, toxumalarda aktiv maddələrin tərkibi çoxalır, amma maye mübadiləsi zəif gedir. Ona görə də, bu vaxt oyananların göz qapaqlarında şiş əmələ gəlir. Bu halda üzünüzü qaydaya salmaq üçün, buz və ya buxar vannasından istifadə etmək kifayət edir. Gimnastika və üz masajı daəlverişlidir. Yeni kremləri sınaqdan keçirmək məsləhət deyil allergiya ehtimalı yüksəkdir.

Saat 8-ə yaxın maddələr mübadiləsi normallaşır, damarlar daralır, allergiya ehtimalı azalır. Bu zaman makiyaj etmək olar. Lakin bundan əvvəl dərinizi təravətləndirici nəmlə doldurmağı unutmayın - gündüz kremi çəkin.

8-dən 13-ə qədər qadınların yaxşı göründüyü vaxtdır. Çünki həmin vaxt orqanizmdə maddələr mübadiləsi öz zirvəsinə çatır, dəridə qan dövranı güclənir. Bu müddət dərinizə qulluq üçün münasib vaxtdır. Öz kosmetoloqunuzun yanına gedə bilərsiniz. Belə imkanınız yoxdursa, ruhdan düşməyin, sadəcə olaraq, qeyd olunan vaxtda həmin əməliyyatı ev şəraitində aparın. Çünki saat 10-dan 12-ə qədər piy vəzilərinin fəaliyyəti artır və dəri parıldamağa başlayır. Belə halda adi pudra və ya tonal krem də effektli nəticə verir.

Saat 13-dən sonra dərinin tonusu enir və onun görünüşü çox da yaxşı olmur. Əgər kosmetoloqun yanına günortadan sonra getməyi planlaşdırmısınızsa, yaxşı olar ki, təxirə salasınız. Çünki bu vaxtlar dəri tamamilə etinasız olur və istənilən kosmetik əməliyyat arzu olunan nəticəyə gətirib çıxarmır. Bu vaxtlar saç ustasının yanına getmək olar, saçlar düzümə rahat yatır.


Şərhlər:
Baxılıb: 1495
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz