Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəl görünmək istəyənlər üçün...
Gözəl görünmək istəyənlər üçün...
Göndərən: vusales
Şərhlər:
Baxılıb: 8036
Səs ver:

Gözəl görünmək istəyənlər üçün...


Əziz xanımlar, hər birimiz gözəl görünmək, cavan, təravətli, sağlam olmaq istəyirik. Bunun üçün sizə şəxsən özümün istifadə edib nəticəsini gördüyüm bir neçə ev maskaları təqdim edəcəm. İnşəAllah, siz də istifadə edib nəticəsini görərsiniz. Əvvəlcə üz maskasından başlayaq: 1. Üzünüz səpirsə və yağli dəriyə sahibsinizsə : yumurtanın ağını kosmetik pambıqla (gözlərinizdən başqa) çəkin. 20 dəqiqə ərzində üz mimikanizi hərəkət etdirməməyə çalişin. 20 dəq. sonra iliq su ilə üzünüzü yuyun. Təmiz yumaq üçün kosmetik pambiqdan da istifadə edə bilərsiz. Dəsmal əvəzinə adi salfetlə uzunuzu qurulayın. Bunu günə 1 dəfə etsəniz kifayətdir. 2. Qırışları azaltmaq və üz hüceyrələrini ölü hüceyrələrdən təmizləmək üçün:(hər bir dəri növünə) yarım bananı əzib 3 xörək qaşığı xama ilə qarışdırıb üzünüzə çəkin. Quruyana kimi saxlayın və ilıq su ilə yuyun. 2 gündən bir etsəniz məsləhətdir. Hazır maskani 3 gün soyuducuda saxlamaq olar. 3. Qırışları gecikdirmək və dərini qidalandırmaq üçün: (quru dəri üçün) cəfərini xırda doğrayıb xama ilə qarışdırın sonra üzünüzə çəkin. 30 dəqiqə saxlayin. İlıq su ilə üzünüzü yuyun. Yenə quru salfetlə qurulayən. Bu maskanı etdiyiniz həftə boyu digər maskalardan istifadə etməyin. Hazır maska 1 həftə soyuducuda saxlana bilər. 4. Üz dərinizi qidalandirmaq üçün (hər növ dəri üçün) təzə xiyar qabığını bir az qalın kəsib üzünüzü silin. 30 dəqiqə sonra ilıq su ilə yuyun. Bu qırışların arasındakı ölü hüceyrələri məhv edir, rəngi ağardır.həftədə 2 dəfə etsəniz kifayətdir. 5. Hər növ dəri üçün: qidalandırıcı: xama üzərinə 1 yumurta və 1 cay qaşığı bal əlavə edib qarışdırın. Üzünüzdə 20 dəqiqə saxlayin. Sonra ilıq su ilə yuyun. Ayda iki dəfə etsəniz kifayətdir. Unutmayın, arada üzünüzə istirahət də verin. Bir çox xanimlarimiz saçqiranlardan əziyyət çəkir. Onlardan xilas olmağin bir neçə yolu var. 1. Kartofu qaynatdıqdan sonra suyunu soyudub saçinizin uclarini icinə salin. 10 dəqiqə saxladiqdan sonra saçlarinizi yuyun. Saç kökünə məsləhət görülmür. (saçqirandan azad edir) 2. Yumurtanı balla qarışdırıb saçlarınızın köklərini masaj edin. Sonra yuyun. Bu saçların kökünü möhkəm edir və parıltı verir. 3. Gicitkan yarpağını qaynadıb suyunu soyudun. Və saçlarınızı yuyanda həmin gicitkan suyu ilə köklərini masaj edin. Bu saçlarınızı sağlam və tez uzanmağa kömək edəcək. Gec uzanan və zəif saçlara məsləhətdir. 4. 1 xörək qaşığı limon duzunu bir qabda ilıq su ilə qarışdırın. Saçlarınızı yuyanda (saç kökləri istisna olmaqla) tökün. Bu sizin saçlarınıza canlı parlaqlıq verəcək. Bu maskadan istifadə etdiyiniz saçları həftədə 2 dəfə yumaq məsləhətdir. 5. Saçınız dayanmadan tökülürsə, 1 stəkan qatığı saçlarınızınn dibinə çəkib salafana bükün, üzərindən yaylıq bağlayıb 20 dəqiqə gözləyin, sonra yuyun. Bunu 1 ay hər yumadan əvvəl etsəniz saçlarınız canlanar və daha tökülməz. Hər bir xanim gözəldir. Sadəcə o gözəlliyi qorumaq bizim əlimizdədir.



Şərhlər:
Baxılıb: 8036
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz