Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir-birindən faydalı maskalar..
Bir-birindən faydalı maskalar..
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 5968
Səs ver:
 
Yağlı dəri üçün maskalar:
Öncə dərini təmizləmək lazımdır. Yağlı dərini su və limon şirəsi ilə təmizləmək olar. Bunun üçün adi limon dilimini üzə sürtməklə də sifəti təmizləmək olar.
Bundan başqa yağlı dərini təmizləmək üçün Nanə dəmləməsindən də istifadə edə bilərsiniz. 1 çay qaşığı nanə qurusunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Hazırlanmış dəmləmə ilə səhərlər üz təmizlənir.
Yağlı dəri üçün maskalar dərinin yağlılığını azaldır və iltihab əleyhinə təsir göstərir:
1 x. qaşığı prisıpka + 3%-li hidrogen-peroksid(perekis) və ya yağsız süd qarışdırılır. Dərinin yağlı nahiyələrinə çəkilir.
Sürtgəcdən keçirilmiş çiy kartof yağlı dəriyə yaxşı təsir göstərir.
1 ədəd çiy kartof sürtgəcin xırda gözündən keçirdilir, üzərinə çalınmış yumurta ağı və 2-3 çay qaşığı yulaf unu əlavə olunur. Xamayabənzər kütlə alınana qədər qarışdırılır. Üzə çəkilir.
Yumurtanın ağı çalınır. Pambığa batırılıb üzə çəkilir. Quruyub üzdə nazik təbəqə əmələ gətirənə qədər gözlənilir. Sonra 2-ci və 3-cü təbəqələr çəkilir. Sonda yuyulur.
Cavanlaşdırıcı maskalar:
1 almanın yarısı əzilir + 1 yumurta sarısı + 1 x. qaşığı bal + 1 x. qaşığı alma sirkəsi + 1 çay qaşığı B qrup vitamin tozu + 1 çay qaşığı Askorbin turşusu (Vitamin C) qarışdırılır. Üzə və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. İstənilən tipli dəridə istifadə etmək olar.
100 qr bal su hamamında qızdırılır, üzərinə tədricən 50 ml araq əlavə edilir. Pambıqla üzə çəkilir və 10-15 dəq saxlanılır.

PORTAĞAL MASKASI.
Kosmotoloqlar bu maskanı hər növ dəriyə, xüsusilə quru və rutubətli olana, məsləhət görürlər. Tərkibi: 2 çay qaşığı un, 1 ədəd portağalın təzə sıxılmış şirəsi. Şirəni tənzifdən süzərək, unla yaxşıca qarışdarırlar və əmələ gəlmiş kütləni üzə sürtdükdən sonra, üzü ya tənzif, ya da burun üçün kəsik qoymaq şərtilə, bir qədər möhkəm parçadan xüsusi maska ilə örtürlər. 15-30 dəqiqədən sonra maskanı nəm pambıq tamponla ehtiyatla təmizləyərək, üzü sərin su ilə yüngülcə yaxalayırlar.

QURU ÜZ ÜÇÜN BANAN MASKASI. Bu maska qədim Şərqdə istifadə olunmuş klassik maska növlərindəndir. Burada qaymaq və kartof unundan istifadə etmirlər. Bananı qabığındın azad edərək, içini yaxşıcı əzib üzün dərisinə və sinənizə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra, əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun.

YAĞLI DƏRİ ÜÇÜN ZÜLAL MASKASİ. Yumurta ağı dəriyə tutqunluq gətirir, onu təmizləyir və möhkəmlədir. XVIII əsr «Zadül-müsafirin əsərində yumurtanın ağından dərini təmizləmək üçün və günəşdən qaralmaya qarşı istifadə etməyi məsləhət görür. Tərkibi: 4 çay qaşığı yulaf və ya qarğıdalı unu və bir yumurta ağı. Komponentləri qarışdıraraq köpüklənənə qədər çalırlar. Əmələ gəlmiş qarışığı üzə sürtürlər və 20 dəqiqə saxlayırlar. Qurumuş maskanı salfetka ilə təmizləyirlər.

MAYA MASKASI. Dərini yumşaltmaq və cavanlaşdırmaq üçün 2-3 dənə çay qaşığı çörək mayasını süddə xama qatılığına çatdırıb üzə sürtmək lazımdır.

GÖY NOXUD (Roma maskası).
4 qaşıq əzilib toza çevrilmiş göy noxudu götürün, ona həmin miqdarda təzə süd zərdabı əlavə edin. Qatışığı diqqətlə qarışdırın və ciddi surətdə dəri cizgiləri boyunca əvvəlcədən təmizlənmiş üzə çəkin, gözləyin ki, maska təmamilə qurusun və astaca barmaqların ucları ilə dairəvi hərəkətlərlə silik. Sonra bir neçə dəfə dərini əvvəlcə isti, sonra soyuq su ilə yaxalayın.

QURU DƏRİ ÜÇÜN KARTOF MASKASI. Kartof Şərqə XVI əsrdə Amerikadan gəlmişdir. Bu maska dərini ağardır və qırışları hamarlaşdırır. Bişmiş adi kartof püresindən istifadə etmək olar, hansını ki, üzdə 15 dəqiqə saxladıqdan sonra yuyurlar. Daha mürəkkəb resept: kartofu yaxşıca bişirin, əzərək ona bir qədər süd və hər hansı bir meyvənin şirəsini əlavə edin. Qarışığı yekcins vəziyyətinə gətirin, üzə və sinəyə yaxın. 20 dəqiqə saxladıqdan sonra maskanı yuyun.

TURŞ KƏLƏM (universal maska). Bu maska hər hansı bir dərini cavanlaşdırır. Resepti çox sadədir: son dərəcə əzələlərinizi boş tutun, otaqda işığı söndürün və rahat yerdə uzanın, sonra əvvəlcədən təmizlənmiş üzünüzə turş kələm yarpağlarını qoyun. 15-20 dəqiqə saxladıqdan sonra, üzünüzü əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun. Sonda üzünüzə qidalandırıcı krem çəkin.
Çənədə,burnun kənarlarında və alında olan qara nöqtələri aradan qaldırmaq üçün tez-tez səhər və axşam bu hissələri isladılmış manna dənəcikləri ilə silmək lazımdır.


Şərhlər:
Baxılıb: 5968
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz