Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kosmetik məhsullara verilən pulu necə azaltmaq olar?
Kosmetik məhsullara verilən pulu necə azaltmaq olar?
Göndərən: Pure Love
Şərhlər: 11
Baxılıb: 345
Səs ver:
Kosmetik sektoru, təqdim etdiyi yüzlərlə növ məhsulla gözəl və gənc qalmaq istəyənlərə çarələr təqdim edərkən, büdcələri də olduqca məcbur edir.

Gözəl görünmək, mütləq çox pul xərcləmək demək deyil.

Kosmetikaya xərclənən pulu azaltmaq üçün təqdim edilən təkliflər:


Əvvəlcə dərinizi tanıyın:
İnsan əvvəlcə öz dərisini tanımalı, dərisinə uyğun olmayan məhsullardan uzaq dayanmalı. Dəri quruluşunu bilməyən kəslər mütləq bir dermatologdan dəstək istəməli. Çünki öz başına qərar verərək alınmış bir məhsul, məqsədəuyğun olmağa bilər və bu məhsul ya zibilə gedər ya da rəfdə uzun illər qalaraq pozular. Bu da xərclənən pulun uçub getməsidir.

Bahalı məhsul, yaxşı məhsul deyil: Çox pul ödəmədən sahib olacağınız uyğun məhsullarla, həm dəri baxımınızı doğru şəkildə edə bilər, həm də kisənizi çox yormazsınız. Məsələn: üzünüzün gündəlik təmizliyi üçün uyğun bir sabunla üzə yapışan çirklərdən və bütün gün qarşılaşılan siqaret, egzoz tüstüsü kimi zərərli maddələrin təsirlərindən təmizləmək lazımdır. Quru dərilər üçün krem ya da qliserin ya da zeytun yağı tərkibli bir sabun seçim edilə bilər. Yağlı dərilər üçün isə kükürdlü ya da meyvə esansı ehtiva edən bir sabun uyğundur.

Həddindən artıq makiyaj etməyərək təmizləmə məhsullarından qənaət edin:
Həddindən artıq makiyaj dəridə süni göstərər və təmizlənməsi də olduqca çətindir. Bunun yerinə, gün içində gediləcək yerə görə yüngül bir makiyaj seçilməlidir. Təbii və sadə makiyajın həm təzələnilməsi, həm də çıxarılması daha asandır. Beləliklə həm makiyaj vəsaitlərinizə çox pul xərcləməzsiniz, həm də makiyajınızı çıxaracağınız məhsulları daha uzun müddət istifadə etmə imkanına qovuşarsınız.

Badam yağı və balla cavanlaşın:
Nəmləndirici olaraq istifadə ediləcək məhsullar adamdan adama dəyişər. Dərini gənc tutmaq,qırışıqlıqarı azaltmaq, inkişaf etmiş ləkələri yox etmək üçün istifadə ediləcək bir nəmləndirici əldə etmək asandır. Lakin bu tərz hazırlama kremlər, stabilizasiyasını təmin edilmədiyi üçün asanca pozula bilər. Bunu göz qarşısında saxlayaraq,A, E və C vitaminləri ehtiva edən kapsulalar, xiyar rəndəsi, badam yağı, bal kimi anti-aging maddələrinin bir kremlə qarışdırılıb sürtülməsi faydalı olacaq.

Kisələnmək ən köhnə peeling üsulu:
Bədəninizdəki ölü dəriləri atmaq və daha sağlam bir dəriyə qovuşmaq üçün peeling etmək lazımdır. Bir ovuc toz şəkəri bir az zeytun yağıyla qarışdırın və qarışığı duşda istifadə edərək ölü dərini atın. Bunun xaricində yaxşıca buxar altında qalınan bir duşda kisə etmək bilinən ən köhnə peeling üsuludur.

Manikür etdirməyə gedə bilmirsinizsə: Evdə saxtasını özünüz də edə bilərsiniz. Dırnaqlarınızı limon suyuna salın. Daha sonra bir dırnaq parladıcısıyla (törpü şəklində satılan və dırnaqlarınıza masaj edən) dırnaqlarınızın uclarını parladın. Beləcə dırnaq cilasına ehtiyacınız qalmayacaq!

Pomadanızın ömürünü uzadın:
Fərqli tonlar üçün ayrı-ayrı pomadalar istifadə etmək yerinə, kiçik hiylələrlə eyni pomadanı uzun müddət istifadə edə bilərsiniz. Məsələn: parlaq bir görünüş üçün, pomadasnı incə bir təbəqə halında dodaqlarınıza çəkdiyiniz vazelinin üzərinə sürün. Yeni çəkilmiş pomada görünüşü xoşunuza getmirsə, barmaq uclarınızı istifadə edərək bunu dəyişdirə bilərsiniz. Mat görünüş üçün bir az pudra müddət bilər, gecə istifadə etmək üçün də pomadanı tünd rəng bir tenlə qarışdıra bilərsiniz.


Şərhlər: 11
Baxılıb: 345
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
parlayan ulduz
qesengdi amma vazelin agza gede biler
17 avqust 2016 18:17
# 11
parlayan ulduz
menim dostum.ciska maskalar mezo her sey eleyir.getmeyinizi tovsuye direm sacin dibine tokulmesin deye
15 avqust 2016 20:13
# 10
vipbetul
makyajdan isidfade etmrem
9 avqust 2016 00:15
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nezka
Heç istifadə etmirəm
8 avqust 2016 19:46
# 8
İçimi görsən mənə aptek alarsan.
YalniZ-ArZu
Cox pul xercleyen deyilem,ozume lazim olanlari aliram,tebii ki caliwiram keyfiyyetli firmadan olsun.Ucuzdu deye,paddelkaya qacmiram.Az olsun,keyfiyyetli olsun.
8 avqust 2016 18:19
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Fialka
Əlbəttə faydalı məsləhətlərdir amma üz dərisinə istifadə edilən hər bir kosmetik vasitə keyfiyyətli olmalıdır..
8 avqust 2016 15:44
# 6
BARBI
Daha cox tebii vasitelerden istifade etmeye ustunluk verirem
8 avqust 2016 15:02
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
MODABAZ
Ne qeder azaltsaq yene bawqa seyler almaga mecbur
8 avqust 2016 14:42
# 4
Heyata daim gulmek lazimdii
Barbaris
Sitat: Gülüş.
Tesekkurler maraqli oldu
8 avqust 2016 14:21
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Gülüş.
Tesekkurler maraqli oldu
8 avqust 2016 13:31
# 2
Totu
Təşəkkürlər.
8 avqust 2016 12:37
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz