Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yağlı Dəri Problemini Necə Aradan Qaldırmalı?
Yağlı Dəri Problemini Necə Aradan Qaldırmalı?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 967
Səs ver:
Yağlı Dəri Problemini Necə Aradan Qaldırmalı?


Dərinizi yuduqdan sonra qısa müddət ərzində üzünüzdə yenidən yağlanma hiss edirsinizsə, bu o deməkdir, dəriniz ifrat dərəcədə yağlanmağa meyllidir. Aşağıdakı tövsiyələrə əməl etməklə dərinizdəki yağlı parıltını azalda və ya tamamilə yox edə bilərsiniz.


Kirşandan İstifadə Problemi Həll Edə Bilərmi?

İlk növbədə, qeyd etmək lazımdır ki, kirşandan istifadə etməklə siz dərinizin yağlılıq problemini yalnız ört-basdır edə bilərsiniz. Bu, əlbəttə ki, çıxış yolu deyil. Köməkçi vasitə kimi kirşandan istifadə etməklə yanaşı, gündəlik olaraq müəyyən rejimə riayət etməyiniz məqsəduyğun olardı.

Dərinizin Yağlılığını Azaldıb Ona Sağlam Parlaqlıq Bəxş Etmək Üçün Aşağıdakı  Addımları Atmağınız Tövsiyə Olunur:

1.    İstifadə Edəcəyiniz Kirşanın Növünü Müəyyənləşdirin.

İlk növbədə, hansı növ kirşandan (toz və ya maye şəklində) istifadə edəcəyinizi qərarlaşdırın. Əgər siz maye kirşana üstünlük verirsinizsə, o, mütləq dərinizin tonuna uyğun olmalıdır. Bundan əlavə, belə bir vasitəni istifadə etməzdən öncə, əmin olun ki, kirşan məxsusi olaraq yağlı dəri üçün nəzərdə tutulmuşdur.

2.    Üzünüzü Həddən Artıq Yumayın.

Yağlı dərisi olan bir sıra insanlar üzlərini gün ərzində bir neçə dəfə yumağa meyllidirlər. Amma unutmayın ki, dərinin su ilə çox təmasda olması onun həddən artıq qurumasına gətirib çıxara bilər. Ona görə də üzünüzü səhər və axşam yatmazdan öncə və ya ehtiyac olarsa daha bir-iki dəfə yuya bilərsiniz.

Yağlı Və Ya Qarışıq Dəri Problemini Həll Etməkdə Daha Bir Neçə Tövsiyyə Sizə Yardımçı Ola Bilər:.

  • Çoxlu maye (xüsusən su) için;Sağlam qidalanmaya riayət edin, azyağlı qidalar, çoxlu meyvə və tərəvəz qəbul edin;
  • Zülalla zəngin qidalar qəbul edin, amma həddən artıq duzlu və şəkərli qidalardan (xüsusən konserv, fast-fud və şokoladdan) çəkinin;
  • Vitamin qəbul edin
  • Gündəlik olaraq üzünüzü lazımi qaydada təmizləyin
  • Üzünüzü təmizləyərkən ilıq sudan istifadə edin və kəskin tərkibli məhsullardan istifadə etməyin;
  • Tərkibində yağ olmayan kosmetik məhsullara üstünlük verin;
  • Bacardığınız qədər tez-tez idman edin ki, intensivləşən qan dövranı dərinizi lazımi mikroelementlərlə qıdalandıra bilsin. Bu zaman üzünüzdə heç bir makiyaj olmamalıdır;
  • Yatdığınız yastığın üzünü tez-tez dəyişin ki, onun üzərində toplanmış toz və çirk qalıqları üzünüzün məsamələrini tutmasın;
  • Həftədə minimum bir dəfə üzünüzü yağlı dəri üçün nəzərdə tutulmuş skrabla təmizləyin;
  • Dərinizdəki yağlılıqdan qurtulmaq üçün ən azı həftədə bir dəfə üzünüzə palçıq maskası qoyun.


Şərhlər:
Baxılıb: 967
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz