Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaşlarınızı necə səliqəyə sala bilərsiniz?
Qaşlarınızı necə səliqəyə sala bilərsiniz?
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 1105
Səs ver:
Qaşlarınızı gözəlləşdirərək üz cizgilərinizi önə çıxaracaq incəliklər yazımızda. Qaşlarımız bizim haqqımızda çox şey deyir. Üz cizgilərini ortaya çıxaran, baxışları dərinləşdirən, üzün ən gözəl yerində yerləşmiş qaşlarımıza çox diqqət etməsək də, onların vacibliyinin fərqindəyik. Üstəlik təbiiliyini qoruduğumuz müddətcə onları səliqəyə salmaq da düşündüyünüzdən asandır. Həmçinin incə qaşları qalınlaşdırmağın yolları da mövcuddur. Unutmayın ki, məqsədimiz onları gözəlləşdirib ortaya çıxarmaqdır. Üzümüzə yad, yeni qaş yaratmaq deyil.

Qaşlarınızı professionallara əmanət edin
Qaşları təbiiliyini pozmadan səliqəyə salmaq professionallıq və təcrübə istəyən bir işdir. Ən kiçik bir səhvin belə geri dönüşünün olmayacağını unutmayın və maqqaşı əlinizdən yerə qoyun. Qaşlarınızı formaya salmaq üçün professional insanları seçmək gözəlliyinizlə bağlı aldığınız ən vacib qərarlardan biri olmalıdır. Əgər həddindən çox alınmış qaşlara sahibsinizsə, onları gurlaşdırmaq üçün qidalandırıcı vasitələrdən istifadə edin.

Doğru məhsulları seçin
Qaşınızın xüsusiyyətinə, ya da gündəlik ehtiyacınıza görə uyğun xüsusiyyətlərə sahib olan məhsulları seçməyə çalışın. Əgər istəyirsinizsə, qaş makiyajınız gün boyu davamlı şəkildə qalsın, onda suya davamlı məhsullar istifadə edə bilərsiniz.

Öz tonunuzu müəyyən edin
Qaşlarınızın əllə çəkilmiş kimi görünməsini istəmirsinizsə, təbii qaş rənginizə uyğun tonda məhsullar seçin. Əgər əsmər bənizlisinizsə, qaşlarınızı əsla qara məhsullarla boyamayın. Boz tonlardan istifadə edə bilərsiniz.

İdeal qaş formanızı seçin
Üzünüz üçün ən ideal qaş forması anadan olandan bu günə qədər sahib olduğunuz təbii qaş formanızdır. Onu dəyişdirməyə çalışmayın. Qaşları bir-birinə çox yaxınlaşdırmaq və ya kəskin bucaqlar vermək sizə başqasına yaraşdığı qədər yaraşmaya bilər. Əgər iri gözləriniz və böyük alnınız varsa, qalın qaşlar sizə çox yaraşacaq. Kvadrat üz formanız varsa, oval qaşlar daha çox yaraşa bilər.

Ortadan başlayın
Qaşlarınızı doldurarkən ilk olaraq qaşınızın dolğun hissəsindən başlayın, quyruğa doğru irəliləyin. Burnunuza yaxın hissələri ən sona saxlayın. Qaşınızın başlanğıc hissəsinə daha az piqment vurmaq daha təbii bir görünüş yaradacaqdır.

Darayın
Qaşlarınıza forma verərkən qaş darağı ilə daramağı unutmayın. Beləcə həm qaşınıza tətbiq etdiyiniz məhsulun artığını ala bilər, həm də qaşınızın təbii formasını daha asan görə bilərsiniz. Son olaraq qaş sabitləyici tuşdan istifadə edin.


Şərhlər: 8
Baxılıb: 1105
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Libra
salam xanimlar.men yeniyem.umut edirem ki burda vaxtimi maraqli kecirecem.
o ki qaldi qaslarima,men qaslarimda ozum duzelis edirem,qadlarimin duzeldilmesini hec kime muraciet etmirem.cunki qaslarim menim qiymetlimdir ve onlari hec kime ehtibar ede bilmerem
15 iyul 2016 10:08
# 8
lili)
salonda edirem ozum bacarmiram korlayiram
13 iyul 2016 12:07
# 7
MODABAZ
Ayyy onsuzda qasdarım seyrekdıı butun gunu badam yagı vururam hamı ele bılırkı temızdeyırem
11 iyul 2016 18:34
# 6
Heyata daim gulmek lazimdii
vipbetul
oz qaslarim qesengdi
11 iyul 2016 16:44
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Qaslarim seliqelidi. Seyrekdir. Coxlu yaglardan istifade edirem
11 iyul 2016 15:01
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
YalniZ-ArZu
Bunlari bilirdim.Sadece "Qaw formanizi deyiwdirmeye caliwmayin"bununla razi deyilem.Ele qizlarimiz var ki,gorursen gozel goycek ancaq qawlari eybecer,ya cox tuklu daginiq.Evdekilerin qorxusunnan da ala bilmir,ne var hele ere getmeyib.Eger bir wey ki,qadinin gozelliyin pozursa bunu seliqeye salmaq,deyiwdirmek olar.Ancaq qizlarin da,oz qawlarini cox alib,gelin qawina benzetmelerinin eleyhineyem.Her weyin bir qaydasi oldugu kimi,bununda bir qaydasi olmalidir.Bir az seliqeye salmaq olar,ancaq gelinlikde deyiwilmek daha maraqlidir.
11 iyul 2016 14:46
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
qanadli melek
Qawlarima cox diqqet edirem hec sevmirem seliqesiz qaw.salonda duzeltdirende daha gozel olur ozum almiram
11 iyul 2016 12:09
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Barbaris
Salonda almaqa ustunluk verirem men. ozum ede bilmerem
11 iyul 2016 12:01
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz