Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaşların tökülmə səbəbləri və müalicəsi
Qaşların tökülmə səbəbləri və müalicəsi
Göndərən: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 1076
Səs ver:
Qaşların seyrəlməsi son illərdə bütün xanımların qarşılaşdığı problemdir. Bunun tibbi və kosmetik səbəbləri var. Professor İbrahim Saraçoğlu qaş tökülməsinin səbəblərini açıqlayıb.
İ.Saraçğolunun sözlərinə görə, qaş tökülməsinin səbəbləri  saç tökülməsi ilə təxminən eynidir: "Qaşların da, saçların da mənbəyi eynidir. Qaşların seyrəlməsinin əsas səbəblərinə vitamin, mineral və hormon tarazlığının pozulması daxildir. Eynilə saçlar kimi qaşların da vitamin və minerallara ehtiyacı var. Bəzi xanımlar qaşlarını tez-tez aldırırlar. Bu zaman tük kökündən qoparılır və bu vəziyyət tük kökünə zərər verir. Korlanmış tük kökləri dəfələrlə özünü yeniləməyə çalışır, ancaq bir müddət sonra yeniləmə prosesi dayanır. Bu halda qaş bir daha  çıxmır və ciddi şəkildə seyrəlməyə başlayır. Bir müddət sonra qaşlar formasız görünür, həm də tüklər uzanmır. Buna xalq arasında "qaş küsməsi” deyilir.
Digər bir amil dəri xəstəlikləri və saç qırandır. Əgər tüklər qaşın ancaq bir hissəsində tökülürsə, böyük ehtimalla bunun səbəbi dəri xəstəlikləridir. Bu halda dərhal dermatoloqa müraciət edin”.
 
Qaş tökülməsinin digər səbəblərini belə sadalamaq olar:
- Makiyajla yatmaq (qaş qələmi)
- Qeyri-kafi qidalanma
- Hipotiroid (həddindən artıq tiroid hormonu istehsalı)
- Kimyəvi terapiyanın əks təsirləri
- Travmalar
- Göbələk və ekzema
- Sızanaqlar
 
Qaş tökülməsinin müalicəsi

Qaşları almayın: İlk növbədə qaş almağı bir müddətlik dayandırın. Onsuz da son illərdə qalın və təbii qaşlar dəbdədir. Hər halda qaşsız qalmaqdan daha yaxşıdır.
 
Həkim Nəzarəti: Əgər qaş tökülməsi dayanmırsa, mütləq həkimə müraciət edin. Unutmayın ki, bunun səbəbi dəri xəstəliyi ola bilər. Bu halda xəstəliyin yayılma riski də var. Bundan əlavə, hormon müalicəsini özünüz edə bilməzsiniz.
 
Balanslı Qidalanın: Sağlam qidalanmaq yalnız saç və  dəri üçün deyil, bütün orqanizminiz üçün vacibdir. Buna xüsusi diqqət göstərin.
 
Təbii müalicə: Təbii bitki yağları həm tük kökünü möhkəmlədir, həm də qaşları qalınlaşdırır.
 
Qaş əkilməsi: Əgər qaşlardakı tüklər tamamilə tökülübsə, müasir üsullardan istifadə edə bilərsiniz. Bu əməliyyat bir çox müalicə mərkəzlərində son dərəcə uyğun şəraitdə həyata keçirilir.
 
Qaş tökülməsinə çarə
Əgər qaş tökülməsi hormon və ya dəri xəstəlikləri ilə  bağlı deyilsə, qaş zərdabları, tük çıxarıcı kremlər, qidalandırıcı yağlardan istifadə edin.
 
Qaş üçün effektli maska: Bu maskanı duşdan çıxdıqdan sonra çəkin. 1 çay qaşığı hind yağı ilə 1 çay qaşığı badam yağını yaxşıca qarışdırın, duş sonrasında makiyaj fırçası və ya qulaq pambığı ilə qaşlara və kirpiklərə sürtün.  Yarım saat gözlədikdən sonra ilıq su ilə yuyun.
 
Sarımsaq maskası:
Bir diş sarımsağı yaxşıca döyüb, badam yağı ilə qarışdırandan sonra qaşlara sürtün, yarım saatdan sonra yuyun.


Şərhlər: 9
Baxılıb: 1076
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
qanadli melek
Qawlarim qalindi tokulmur
5 iyul 2016 00:04
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Barbaris
bele probleim yoxdur
4 iyul 2016 17:56
# 8
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Onun_Mələyi
Qawlarmla baqlı problemlerim yoxdu wukur.qalın ve formalıdı özü.twk
4 iyul 2016 17:14
# 7
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
qaslarimla baqli prabelmim yoxdur
4 iyul 2016 16:51
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Genegercek yagi da faydalidi
4 iyul 2016 14:07
# 5
Her şeye gore şukur
BARBI
Qaslarim seyrekdir. Tokulme problemi mende de var. muxtelif yaglar istifade edirem
4 iyul 2016 14:05
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
___Jasmin___
Qaslarim qalindi cox adam da beyenir hec bir halda tokulme olmur bunlara ehtiyyacim yoxdu tsk
4 iyul 2016 13:56
# 3
وكنت للتو في الحب
Tomris Müslümova
Qaşlarım seyrək və incədi.Bir ara zeytun yağı ilə mindal yağını qarışdırıb vurudum 4-5 günə effekti gördüm.Sonra başm qarışdı tərgitdim.Yağların xüsusi rolu olur.
4 iyul 2016 13:46
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
YalniZ-ArZu
Qawlarim tokulmeye bawlayanda genegercek yagi surturem,saatlarla qalir.Her gun davamli edende qawlarim sixlawir,yaxwi dolur.
4 iyul 2016 13:11
# 1
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz