Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlamlıq və gözəllik
Sağlamlıq və gözəllik
Göndərən: guler19
Şərhlər: 3
Baxılıb: 565
Səs ver:
İnsanın zahiri görkəmində üz dərisinin təmiz,elastik,hamar və təravətli olması böyük rol oynayır.Təəssüf ki,heçdə hamı üzün dərisinə düzgün qulluq etməyi bacarmır.Bəziləri təzə çıxmış hər hansı bir krem alır,üzün dərisinə uyğun gəlib-gəlmədiyiniyoxlamadan istifadə edirlər.Dərinin hansı növə aid olmasından asılı olmayaraq onu qidalandırmaq lazımdır.Bunun üçün yaxşı vasitə maskalardır.Üzə maska qoyarkən fikir vemək lazımdır ki,gözün ətrafına düşməsin,çünki sifətin dərisinə xeyir verən maddə gözlərə ziyan verə bilər. 

Normal dəri.
Normal dərini səhər sərin su ilə yumaq görülür bu onun xarici qıcıqlara alışdırır.Yatmamışdan əvvəl üzə qulluq etmək lazımdır.Belə hallarda lasyonlardan.ya da duru kremlərdən istifadə etmək lazımdır.Üzünüz üçün krem,ya da lasyon seçərkən kosmetoloq-həkimlə məsləhətləşin.Düzgün seçilməmiş krem üzün vaxtından əvvəl qırışmasına səbəb ola bilər. 

Solğunlaşmış dəri.
Dərinin qırışıb-solğunlaşması heç də həmişə qocalıq əlaməti deyildir.Solğun dərili adamlar gah isti,gah da soyuq su ilə yuyunmalı,yumşaldıcı krem çəkəndən,ya da ətirli otların dəmlənməsi ilə kompres eləyəndən sonra üzlərini duzlu su,ya da sirkə su ilə yumalıdırlar. 
Qırışmış üzə otlardan hazırlanmış maskalar yaxşı təsir edir.Bununla əlaqədər bir neçə evdə hazırlanan maskalar deyə bilərəm. 
1. Nanə,şüyüd,çobanyasdığı,qızılgül ləçəklərinin üstünə qaynar su -1 stəkan suya v,1xörək qaşığı ətirli ot-tökün və dəmləyin.Süzün və otları üzə yaxın,üstündənisə onunsuyundan isladılmış tənzif salfeti qoyun,20-30 dəqiqədən sonra maskanı götürün və üzünüzü pudralayın. 

Meyvə-tərəvəz maskaları hamı üçün xeyirlidir.
1.Xiyar,pamidor,albalı,limon,portağal,çiyələyi yuyn və qabığını təmizləyin.Enli tənzif ya da cuna götürün orada göz və burun ağız yerləri qoyun,əvvəlcədən hazırlanmış meyvə qarışığını isladın üzə və boyuna qoyun 10-15 dəqiqə saxlayın.
2.Yumurtanın ağını çalın 1çay qaşığı şirəni çala-çala az-az ora əlavə edin.Bu maskani üzün və boyun dərisinə çəkin,quruyandan sonra soyuq su ilə yuyun.Maskadan sonra nəm dəriyə yumşaldıcı krem çəkin.
3. 1 yumurtanın sarısını 1 xörək qaşığı limon şirəsi ilə qarışdırın.2 çay qaşığı yulaq unu,o qədərdə zeytun,ya da bitki yağlarından birini əlavə edin,sıyıqlaşana qədər çalın,üzə çəkin.30 dəqiqə üzdə saxlamaq lazımdır. 
4. Təzə xiyarı,pamidoru bu üsulla sürtmək olar-Xiyarın nazik dilimlərini üzün dərisinə çəkin.Şirə üzdə quruyan kimi yeni dilimi təzədən üzün dərisinə çəkin.Xiyar maskası dərini bir ax ağardır və yumşaldır. 

Quru dəri
Gündəlik qulluqdan başqa quru dəriyə həftədə 2-3 dəfə maska eləmək məsləhət görülür.Bu qan dövranını yaxşılaşdırır,dərinin qidalanmasını təmin edir onu hamarlayır. 

1.Yağlı və quru üzə vitaminli maskalar yaxşı təsir edir.Belə maskalar çiyələkdən,xamadan,yumurta sarısından,baldan,xiyardan pamidordan düzəltmək olur. 
Giləveyvələri sürkəcdən keçirib az miqdarda un əlavə edin üzünüzə çəkin 15-20 dəqiqədən sonra ilıq su ilə yuyun.
2.1 Xörək qaşığı çobanyasdığı otunu qaba tökün üstünə 1 stəkan qaynar su əlavə edi üzünüzü həmim qabın üstünə tutun,başınızin üstündən dəsmal salın ki,buxar üzünüzə dəysin.Buzaman üzün məsamələri açılır və üzdə qara çirk qalıqları pambıq ilə asan təmizlənir.Sonra üzünüzü soyuq su ilə yuyun və krem çəkin.
3.Yumurta sarısını 1 çay qaşığı bal,ya da bitki yağı ilə qarışdırın,həmin qarışığı üzünüzə çəkin 15-20 dəqiqə saxlayandan sonra ilıq su ilə yuyun.
4.2 Xörək qaşığı təzə kəsmiyi 1 xörək qaşığı süd və 1 çay qaşığı bal ilə qarışdırıb 20-30 dəqiqəliyə üzünüzə yaxın sonra ilıq suda isladılmış pambıq ilə yuyun.
5.Yumurtanın sarısını 50 q bal və50 q bitki yağı ilə qarışdırıb üzünüzə çəkin,20-30 dəqiqədən sonra ilıq su ilə yuyun və siləndən sonra pudralayın.Bu maskanı həftədə 1 dəfə qoymaq olar.
6.100 q xamanı yumurta sarısı ilə yaxşı qarışdırın,sonra bura 25 q araq və limon şirəsini əlavə edin.Maskanı 15-20 dəqiqəliyə üzünüzə qoyun,sonra ilıq su ilə yuyun.Bu maska həm qidalandırıcı,həm də ağardıcı təsir göstərir. 

Yağlı dəri
Yağlı dərini təmizləmək lazımdır,lakin tez-tez isti su və sabunla yuduqda piy vəzilərinin fəaliyyəti dahada artır.Yağlı dərini həftədə 1-2 dəfə ancaq çiməndə isti su ilə sonra soyuq su ilə yumaq olar.Yağlı dəriyə yumurtanın ağından,meyvə-tərəvəz,ən çoxda heyva xurma bitkisindən olan maskalar yaxşı təsir edir. 

1. 1yumurta ağını çalın,bir neçə damcı limon suyu əlavə edin.Bu qarışığı fırça ya da əllə üzünüzə çəkin və quruyundan sonra yuyun.Üzünüzü yuduğunuz suya azca limon turşusu tökün. 
2.Yerkökünü sürkəcdən keçirin üstünə un kəpəyi töküb qarışdırı və üzünüzə çəkin.30 dəqiqədən sonra sərin su ilə yuyun. 
3.Tənzifi pamidor şirəsində isladın üzünüzə qoyun. 
4.Qaragiləni əzin nişasta ilə qarışdırıb üzünüzə çəkin 
Maska qoyandan sonra yarım saat sonra sakit uzanmaq lazımdır.Üzü qırışdırmaq,qaş-qabaq sallamaq,yemək və danışmaq ,kitab oxumaq olaz.20-30 dəq saxlayandan sonra maskanı ehtiyyat ilə ilıq suda isladılmış pambıqla silin. 

Qarışıq dəri.
Bəzi xanımların alnı,burnu və çənəsi yağlı,yanaqları,boğazının dərisi isə quru olur.Belə dərisi olan qadınlar kosmetkadan istifadə edərkən bir qədər ehtiyyatlı olmalıdırlar.Səhər və axşam üzlərini çobanyastığı məlhəmi ilə yumalı sonra yağlı yerləri günaşırı lasyonla silməli və boğazın dərisinə isə uşaq kremi çəkməlidirlər


Şərhlər: 3
Baxılıb: 565
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
maskalra ehtiyac durmuram
18 iyun 2016 13:19
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Derim qurudur.her zaman maskalara ve nemlendiricilere ehtiyac duyuram
18 iyun 2016 12:27
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
heleki ehtiyag duymuram maskalara
18 iyun 2016 12:17
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz