Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
1 həftə ərzində xəyalınızdakı vücuda sahib olun
1 həftə ərzində xəyalınızdakı vücuda sahib olun
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 1586
Səs ver:
1 həftə ərzində xəyalınızdakı vücuda sahib olmaq və yay sezonuna gözəl formada girmək mümkündür. Diyet mütəxəssisi Merve Tığlı Çinar 7 gündə vücudu yaya hazırlamaq barədə bəzi məsləhətlər verir...

Yay aylarına çox az qalıb və artıq çəkilərimizi gizlətməyə kömək olan qalın paltarların hamısı ortadan qaldırılıb. İncə libaslarla yanaşı artıq çəki və yağ kimi problemlər də daha çox diqqət cəlb etməyə başlayır.

Bəs vücudumuz yaya hazırdırmı? Əslində sadə və asan yollarla vücudumuzda böyük dəyişikliklər yaratmaq mümkündür. Üstəlik, 1 həftə kimi çox qısa bir zaman müddətində.

Beləliklə, diyetoloq Merve Tığlı Çinarın hazırladığı 7 gündə vücudumuzu yaza hazırlamaq barədə ipucları:

Bazar günü: Rasionunuzdan emal olunmuş qidaları çıxarın.
Marketlərdə rəflər arasında gəzmək çox maraqlı və xoş olsa da, tərkibləri haqqında hər hansı məlumata sahib olmadığınız qidaları alış-veriş səbətinizə atmağı tərgidin. Adlarını belə doğru tələffüz edə bilmədiyiniz bu qidaları kifayət qədər tanımırsınız. Bu vərdişlərdən çəkinmə və təbii qidalara üstünlük vermə zamanı gəlib çatmışdır.

Bazar ertəsi: Alkoqollu içkilərdən imtina edin
Alkoqollu içkilər həm olduqca çox kalori ehtiva edir, həm də susuzluğun yatırılmasında düzgün seçim deyil. Bununla bağlı aparılan araşdırmalar göstərir ki, qadınlar alkoqollu içkilərin qəbulundan sonra daha çox kalori alır.

Çərşənbə axşamı: Lifli qidalarla aranızı düzəldin
Lifli qidaların sizi uzun müddər tox saxladığını unutmayın. Bu, çox sadədir, edəcəyiniz tək şey yağsız qatığa 2 yemək qaşığı yulaf və salatınıza 2 çay qaşığı rəndələnmiş badam əlavə edin. Bunlarla vücudunuzu tam şəkildə doydura bilərsiniz.

Çərşənbə: Metabolizminizlə sevgiliniz kimi davranın
Sevgilinizlə ilk görüşdüyünüz günləri xatırlayın. Ondan müəyyən müddətdən bir gələn bir telefon, mesaj ya da süprizlər sizi necə də xoşbəxt edərdi. Monotonluqdan uzaq, bir münasibəti də daha yaxşıya doğru aparacaq hərəkətləri qidalanmanızda da tətbiq edərək onu daha canlı saxlaya bilərsiniz. Səhər yeməyinizi yedikdən sonra vücudunuzu təəccübləndirin və ona tox qalmasını təmin edəcək ləzzətli bir ara yemək göndərin. Bunun qarşılığında o da sizi xoşbəxt etmək üçün yağların yandırılmasını sürətləndirəcək.

Cümə axşamı: Şişkinliyə son
Duz və yağ nisbəti yüksək olan krakerlərin heç bir zərəri olmadığını düşünürsünüz? Hələ də şirin biskvitlərin içindəki şəkər miqdarını bilsəniz, onları yeməkdən dərhal imtina edərsiniz. Bu cür qidalar  çəkinizi artırmaqla yanaşı sizə şişkinlik də verir. Özünüzə işgəncə etməyə son qoyun və bol su içməklə bərabər bu şişkinliyi aradan qaldıracaq qidalardan yararlanın. Yüksək miqdarda su ehtiva edən ispanaq, xiyar və göyərtilərdən hazırlayacağınız ləzzətli bir salat sizə bu işdə yardımçı ola bilər. Eyni zamanda potasium ilə zəngin olan banan və portağal kimi qidaları da ara yeməklərdə istifadə etməyə diqqət etsəniz, vücudunuzda yaranan şişkinliklərdən qurtula bilərsiniz.

Cümə: Su içmək üçün günəşi gözləməyin
Hüceyrələrimiz bizdən daha proqramlı şəkildə hərəkət edir və kifayət qədər su içmədiyimiz halda dərhal su saxlamaq funksiyasını işə salır. Həmçinin suyu birnəfəsə içməyə də ehtiyac yoxdur. Suyu udum-udum içmək onun qan dövranına daha rahat çatmasını təmin edir. Bu şəkildə içildikdə su birbaşa böyrəklərə getmədiyi üçün vücud sudan daha səmərəli formada istifadə edəcək və siz də daim ayaqyoluna getmə ehtiyacı duymayacaqsınız.

Şənbə: Səhər yeməyi zamanıdır
İndiyədək üstündən keçdiyimiz günün ən önəmli yeməyi olan səhər yeməyini vərdiş halına gətirməyi qanun kimi qəbul edin. Yumurta və yulaf yarması ilə hazırlayacağınız ləzzətli bir omlet həm günə mükəmməl başlamağınızı təmin edəcək, həm də gün boyu sizi tox tutacaq.


Şərhlər: 5
Baxılıb: 1586
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
Sağlam yemək hamısından yaxşıdı
8 iyun 2016 13:52
# 5
Miss_Oxatan
Saglam qidalanma ve idman,esasda bacardiqca pewkom gezmek
7 iyun 2016 16:18
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
yemekleriimi normada qebul edirem en esasi ise idman etmekdirki buda hec bir kokelmeyle baqli prablem yaratmir
7 iyun 2016 13:50
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Men her zaman formuma ve qida rasionuma diqqet edirem. Fit ve formada oluram
7 iyun 2016 12:10
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
en cox idman edirem yimeklerede fikir verirem
7 iyun 2016 11:16
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz