Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xanım,neçə yaşınız var?
Xanım,neçə yaşınız var?
Göndərən: Tomris Müslümova
Şərhlər: 8
Baxılıb: 1360
Səs ver:
Müəyyən yaşdan sonra bu sualda düşmən münasibəti görməyə başlayırsan. Zamanın axınına qarşı getmək mümkün deyil, amma bəzi hiylələri bilməklə daha cavan görünmək olar. Məncə, hər bir xanımın həyatında yaşından cavan və ya yaşlı görünmək istədiyi vaxtlar olur. 15 yaşımda olarkən 30 yaşlı qadınlara müdriklik etalonu və gözəllik nümunəsi kimi baxır, həmin yaşa çatmağı arzulayırdım. İndi isə 30-a doğru yol aldığım zamanda illərin görkəmimə yalnız müdriklik və gözəl zövq əlavə etməsini diləyirəm. Ona görə də saytın Baş Redaktoru Xəyalə xanım məndən yaş amili barədə bir yazı istəyəndə beynimdə bütün sujeti canlandırmağa başladım.
"Qoca arvada oxşamıram ki?”, "Bax-gör, bu don məni çox yaşlı göstərir?”.Tanış gəlir? 30-dan sonra bu məsələ çoxumuzu düşündürür. Bəzən özümüz də bilmədən yaşımızın üzərinə bir neçə il əlavə edirik. Bəzi rəfiqələrim artıq 25-də yaşlı görünməkdən ehtiyat etməyə başlayıb. Həqiqətən də, düşünmürəm ki, kimsə bu mövzuya barmaqarası yanaşa bilər. Ona görə də bizi yaşlı göstərən bəzi geyim xətalarını bir araya toplamağa çalışdım. Burada yazılanların üzərinə daha bir neçəsini əlavə edə və ya ümumiyyətlə razılaşmaya bilərsiniz, seçim sizindir.

Bədənini tanımamaq
Dünyada iki tip qadın var: özünü vaxtından tez qocaldanlar və heç cür yaşını qəbul etmək istəməyənlər. Birincilər çox tez uzun ətəklər, klassik kardiganlar və boş şalvarlara keçir, ikinciləri isə qısa donlar, parıltılı pencəklər və hədsiz hündür ayaqqabılardan 50-də də çəkindirmək olmur. Bir də istənilən yaşda bədənini tanımadan geyinənlər var. Hansının daha pis olduğunu demək çətindir. Bir o dəqiqdir ki, bununla barışmaq lazım deyil. Vaxtından əvvəl "bağlanmaq” və özünü nümayişə çıxarmaq arasında yeganə çıxış yolu dəbli və tərzli geyinməkdir. 16 yaşındakı qızlar kimi, qısa ətək geyinib işə gəlirsənsə, birmənalı münasibətə ümid etməsən yaxşıdır. İdeal ayaqların, zərif bədənin olsa, o qısa ətək sənə heç kimə yaraşmadığı qədər yaraşsa da yaş amili bu gözəl obrazı kölgədə qoymağı bacaracaq. Dəbli ətəklər, trenddə olan ayaqqabılar diqqəti yaşına deyil, zövqünə çəkəcək və hətta yaşca kiçik olanlar da obrazını təkrarlamağa çalışacaq.
Olar - 


Olmaz -


Trendləri düzgün anlamamaq
Bəli, tendensiyalardan azca da olsun baş açan istənilən şəxs deyə bilər ki, retro geyim tərzi dəbdədir. Amma bu o demək deyil ki, özünü əntiq mağazasından qaçmış eksponata bənzətməlisən. Keçən günlərdə Bakıda keçirilən dəb nümayişlərində bir xanıma rastladım. Hədsiz makiyaj, enli şlyapa, həcmli ətək, qalın layner – bir sözlə, filmlərdə gördüyümüz klassik retro obraz yaratmışdı! Hər zaman bir qızıl qaydanı yadda saxlamaqda fayda var: dəstləşdirmək artıq dəbdə deyil! Köhnə obrazları təkrarlamaq yox, bir-birilə kontrast təşkil edən, uyuşmayan geyimləri daşımaq nə qədər dəbli olduğundan xəbər verir. Geyimində retro elementlərdən istifadə etmək istəyirsənsə, onları müasir geyim tendensiyaları ilə qarışdırmağa çalış. Və çox xahiş edirəm, az makiyaj et. Cavanlıq və təravətin bir nömrəli "düşmən”i qalın tonal qatıdır.

Olmaz - 


Olar -


Tvid geyimlər
Chanel məni bağışlasın, amma həqiqətən də tvid geyimləri dəstləşdirərkən çox diqqətli olmaq lazımdır. Başdan-ayağa tvid geyimə bürünmək isə +10 yaş effektinə imza atmağa bərabərdir. Şəxsən mən, tvidləri çox sevirəm, amma əminəm ki, onları ümumi obrazda bir dəfə istifadə etmək lazımdır. Yəni əgər tvidlərin pərəstişkarısansa, onları "təkləməyə” çalış, cins şalvar, nazik T-shirt, dəbli ayaqqabı ilə dəstləşdir, daha gündəlik obraz yarat.

Olmaz -


Olar -


Nənəmin ayaqqabısı
Hündürdaban ayaqqabını ilk dəfə mütəmadi olaraq universitetin birinci kursunda oxuyarkən geyinməyə başlamışam. Əvvəl-əvvəl onlar mənə özünəəminlik bəxş etsə də, çox keçmədi ki, ayaq ağrısı və yaralardan başqa heç nəyi görməz oldum. Odur ki, onları gündəlik qarderobumdan çıxarıb atmaq qərarına gəldim. Sözümün canı ondadır ki, rahatlığını ön plana keçirməyin normaldır, amma bu sənə iyrənc ayaqqabılar geyinməyə haqq vermir. Buna ehtiyac da yoxdur. İndi demək olar, bütün brend mağazalar fərqli dizaynlı rahat ayaqqabılar istehsal edir. Asanlıqla özünə uyğun olan, ətrafdakıların isə ayaqqabı zövqünü korlamayacaq modellər seçə bilərsən.

Olmaz -


Olar -


Altda qalanlar
Qadının real yaşını amansızcasına "üzünə vuran” üç nahiyə var: əllər, boyun və sinə! Onlara hər zaman xüsusi qulluq tələb olunur. Chanel demiş, sinən sənin xarici passportundur. Məhz buna görə də büstqalter seçimini ikinci plana keçirməyi məsləhət görməzdim. Təcrübə göstərir ki, 10 qadından 8-i alt paltarı seçərkən səhvə yol verir. Əksəriyyətimiz alt geyimini önəmsəmir, yüz ildə bir dəfə hansını gəldi seçir və onu hər şeylə geyinirik. Digərləri üçün alt paltarı seçimi yanlız rənglə eksperiment kimi qarşılanır. Amma nəzərə almaq lazımdır ki, büstqalterləri il-ildən formasına və funksiyasına görə dəyişmək lazımdır. Məhz səhv seçilmiş büsthalter ucbatından sinən illərlə daha çox sallana və gözəlliyini itirə bilər. Üstəlik, əyninə ideal uyğun büstqalter səni daha qamətli, əynindəki geyimi daha gözəl, yaşını isə daha az göstərir. Seçimindən əmin deyilsənsə, satıcı-konsultantların köməyini istəməkdən çəkinmə.



Səhv seçilən cins şalvar
Xalq arasında "beli aşağı model” kimi tanınan cins şalvarları boykot etmək lazımdır! Ciddi sözümdür! Yaş artdıqca yediyin bütün artıq kilolar omba hissəndə toplanır. Beli çox aşağı olan cinslər isə bu faktı nümayiş etdirməkdə bir nömrəli vasitədir. Bir məsələni də unutma ki, cins şalvar ikinci dəri, ideal saç və tonal kremi rəngi qədər vacibdir. Ucuz cinslərə qaçma, əyninə ideal oturanı seçməyə çalış. Çünki cins geyimlər heç vaxt dəbdən düşmür və uzun müddət bizə xidmət edir.

Olar -


Olmaz -


Yanlış çanta seçimi
Qızlar, çanta dəbi çox sürətlə olmasa da, istənilən halda dəyişir. Aylarla pul yığıb aldığın o bahalı, brend çanta da nə zamansa dəbdən düşəcək (dəbdən düşməsə də gözündən düşəcək). Bir halda ki, çantanın köhnəldiyini özün də anlayırsan, onu gələcək nəsillərə nümayiş etdirmək üçün qutuya yerləşdir və qarderobunun bir küncündə gizlət. İnan mənə, əgər vaxtı yetişibsə, ona nə qədər pul verdiyin heç kimin vecinə olmayacaq. Ona görə də mən hər zaman dəbli demokratik brendlərin aksessuarlarını dəstəkləyirəm. Çünki həqiqətən də geyimə nə qədər pul ödədiyin deyil, nə dərəcədə dəbli görünməyin vacibdir.

Olar -


Olmaz - 


Şərhlər: 8
Baxılıb: 1360
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Wukur geyimimle,zovqumle hec bir problemim yoxdu.Bele meqaleleri oxuyub ozumu sinayiram,gorurem fikirlerimle ust uste duwur yazilanlar.
Geyim insan haqqinda cox soz deyir.Adamin seliqesi,duwunce terzi,exlaqi,zovqu geyiminnen belli olar.Kucede bezilerinin geyimini gorende men wexsen utaniram,vallah.Sallaq qarinlarin,yeke dowlerin,dallarin ele qabardirlar adam baxir deyir goresen bu guzguya baxmir evden cixanda.Ele qisa geyinirler ki,celulitleri de qalir colde iyrenc kimi.Meetdel qaliram ki,insanda bir qram da abir heya olmaz beyem???Camaatin niye ureyin bulandirirlar?Kiwi yaninaa salib apardigi arvadinin walvarinin qarwisina baxmir goresen ki,bu arvadimin butun ezalari bilinir?Onu geyindi lut gezdi ferqi nedi?Turkler demiw,wawiriram hetta ele olur inana bilmirem conub birde baxiram(worgoz kiwiler kimi)))ki goresen belke sef gordum,cunki agli bawinda olan adam axi bu loyunde geyinmez.Allah helelerine wefa versin ne deyek.
Her kes ozune cavabdehdi,ozune etrafina hormet qoyan wexs hec vaxt vulqar geyimde evden cole cixmaz.Demekki hele geyinenler de,ozlerine ele geyindikleri geyim terzinde qiymet qoyurlar...yani cox zovqsuz,iyrenc,seviyyesiz.
6 iyun 2016 17:18
# 8
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
6 iyun 2016 16:13
# 7
Barbaris
yawa gore geyinmeli insan bezileri yawinan cavan gorsenir cox pis geyinir
6 iyun 2016 15:18
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
yasa gore insan geyinmeyi bagarmalidir
6 iyun 2016 15:15
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
FISTIK
Yasa uyqun geyinmek insanity hemise gozel gosterir. Her zaman yasima uygun geynurem amma hec vaxd iki usaq anasi oldugum anlasilmir ele bilirlee mektebliyem.
6 iyun 2016 00:39
# 4
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Antikvar
Bu xəbər oxuyarkən nədənsə göz önümə Mələykə əsədova gəldi)) Heç öz yaşına uyğun geyinməyən, özünü 20 yaşlı qızlar kimi aparması gülünc görünür, görünüşünə fikir verdiyin zaman... Yaşımı həmişə yuxarı demişəm 21 olanda 23,23 olanda 25 deyirəm, çünki 18 yaş verirlər iki uşaqla 18 yaşda qız kimi görünmək məni utandırır)) Geyimə gəldikdə nə geyindiyimi yaxşı bilirəm, kombinləşdirməyidə yaxşı bacarıram, nə qədər rəng uyğunlaşdırması geridə qalıb desələrdə bu söz mənim üçün o qədərdə önəm daşımır çünki geyimimdə rəngləri uyğunlaşdırıb geyinməyi çox sevirəm bu insanı eleqant görünüş verir nəinki özündə müxtəlif rənglər peydahlayıb geyinməm, əyər yupkam qara kəmərim kariçnivi rəngdədisə mütləq köynəyimin çiyin hissəsində kariçnivi paqonlar olmalıdı ya ayaqqabım yada üzərinə geyindiyim hər hangi pencəyin. Saçlarımıda geyimimə uyğun yığaram boğazlı köynək olsa saçlarım yığılacaq yox açıqdısa saçlarımda açıq qalacaq və. s. bir qismini qeyd etdim sadəcə, insan öz geyimini-geyimiylədə bərabər davranışınıda bilməlidi, geyimin gözəl amma ağzını açanda danışığın yoxsa heyif o geyimdən sənin üzərində yer alır deməyim gəlir qarşındakına) Təşəkkürlər oxumaq maraqlı oldu.
5 iyun 2016 23:57
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnci
Cox gozel yazilib cox beyendim axira dek oxudum hetda bu xebere serh yazmadan dayana bilmedim yas faktoru menimcun onemlidi yasimdan genc yeni 25emse 15kimi gorunmeyi xoslamiram ama gorenler20 -22yas verir bununse sebebi hem duzgun geyim hemde gozel beden qurulusudu alt paltara qalanda neyi ala bilmesemde alt paltarina xususide buzqaltere cox ustunluk verirem sade olacsq rahat olacaq ustunde istemesi demir dumuru olmayacaq ust paltarinin gozelliyini pozacaq ve meni narahat edecek hec bir sey olmayacaq ayaqqabi ise men hundur xanimammene hundurdaban yarasmir ona gore dehemise alcaq geyirem omrumde 2ce dene hundur davan ayaqqqabim olub sumka haqqinda yazilanlarda raziyam men evveler paltarin wiymetine onem verirdim ama artiq bir nece ildir fikirim deyisib evvel bir salvari 50m alirdim ve ucuz alan olanda oyy yeqin kitayskidi deyib agiz buzurdum ama indi 7m aldigum salvarlarimi qardirobumun en gozel yerinde saxlayiram cinse qaldiqda ise men beli asagidan olanlari xoslayiram mende o problemyoxdu deye

Cox gozel yazilib cox beyendim axira dek oxudum hetda bu xebere serh yazmadan dayana bilmedim yas faktoru menimcun onemlidi yasimdan genc yeni 25emse 15kimi gorunmeyi xoslamiram ama gorenler20 -22yas verir bununse sebebi hem duzgun geyim hemde gozel beden qurulusudu alt paltara qalanda neyi ala bilmesemde alt paltarina xususide buzqaltere cox ustunluk verirem sade olacsq rahat olacaq ustunde istemesi demir dumuru olmayacaq ust paltarinin gozelliyini pozacaq ve meni narahat edecek hec bir sey olmayacaq ayaqqabi ise men hundur xanimammene hundurdaban yarasmir ona gore dehemise alcaq geyirem omrumde 2ce dene hundur davan ayaqqqabim olub sumka haqqinda yazilanlarda raziyam men evveler paltarin wiymetine onem verirdim ama artiq bir nece ildir fikirim deyisib evvel bir salvari 50m alirdim ve ucuz alan olanda oyy yeqin kitayskidi deyib agiz buzurdum ama indi 7m aldigum salvarlarimi qardirobumun en gozel yerinde saxlayiram cinse qaldiqda ise men beli asagidan olanlari xoslayiram mende o problemyoxdu deye
5 iyun 2016 23:28
# 2
Her gulusun arxasında bır keder vardır
BARBI
Her seyi yasimiza uygun secmeliyik. Yasimnan genc gorunmeyi sevirem. Amma 50 yasinda 20 yas geyimi geyinmerem
5 iyun 2016 23:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz