Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toyda mükəmməl görünməyin sirrləri
Toyda mükəmməl görünməyin sirrləri
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 582
Səs ver:
Toya hazırlaşarkən dəvət siyahısından, məkan seçməyə qədər bir çox detalla məşğul olub özünüzü nəzərdən qaçırmayın. Toyda daha da mükəmməl görünmək üçün gəlin namizədlərimizə bir neçə məsləhətimiz var. 
9-12 ay qalmış:
Saçınız: Hazırlıqlara başlamaq üçün çox erkən olduğunu düşünürsünüz? Elə deyil! Toyda saçınızı topuz və şokolad rəngi olmasını istəyirsiniz. Bu zaman hazırlıqlara erkən başlamaq lazımdır. İlk öncə toyda necə görünmək istədiyinizə qərar verməlisiniz. Topuzmu olacaq, dalğalımı yoxsa düz? Eyni şey saç rəngi üçün də keçərlidir. Saç rəngini müəyyən müddət ərzində dəyişdirməkdə fayda var. Çünki son halda radilak saç rəngi dəyişimi uğursuzluqla nəticələnə bilər. Mütamadi olaraq saç maskaları edin, yayda dənizə getdiyiniz zaman saç spreylərindən istifadə edin. 
Üz dəriniz: Problemli dəriyə sahibsinizsə, dermatoloq yanına getməyiniz məsləhətdir. Mütəxəssislə birgə üz dərinizdəki problemə çarə tapa bilərsiniz.
Bədəniniz: Bu zamandan etibarən lazer epilyasiyasına başlamalısınız. Toy zamanına qədər xoşagəlməz tüklərdən qurtula bilərsiniz.

6-9 ay qalmış
Saçınız: Saçınıza uyğun qulluq etmək zamanı gəldi. Yağlı saç və ya quru saç, hər ikisi eyni şəkildə xoşagəlməzdir. Saç ustanızdan sizə uyğun şampunu tövsiyyə etməsini xahiş edin.
Üz dəriniz: Üzünüz gün keçdikcə daha da gözəlləşməlidir. Toya qədər hələ vaxtınız olsa da düzgün kremlərdən istifadəyə davam edin. Kremlə bərabər pilinq və nəmləndirici maskadan istifadə edin. Yaydan və ya sivilcələrdən qalan izləri müalicə etməyin zamanı gəldi.
Bədəniniz: Hamamdaykən bədəninizi kisələyin. Bu zaman ölü dəri hüceyrələrindən azad olacaqsınız, qan dövranı güclənəcək və dəriniz yumşalacaq. Kisədən sonra mütləq nəmləndirici kremdən istifadə edin.

3-6 ay qalmış
Qaşlar: Qaşlarınızın forması üz ifadəniz üçün çox önəmlidir. Qaşlarınıza özünüz forma verməyin. Mütəxəssisdən kömək alın. Gözlərinizin ön plana çıxması üçün qaşlarınızın qalınlığına fikir verin. Düzgün forma verilmiş qaşlar həmçinin üz ifadənizini ön plana çıxardacaq.
Bədəniniz: Sellülitlərlə mübarizəyə başlamaq zamanı gəldi. Paltarınız problemli hissələri örtsə də, sellülitsiz bədənə sahib olmaq sizi psixoloji olaraq sakitləşdiricək. İlk öncə gözəllik salonunda sellulit masajı etdirin. Sonra hər gün mütamadi olaraq sellülit maskaları edin.

1-3 ay qalmış:
Dırnaqlar: Dırnaqlarınızda ləkələr varsa və ya tez-tez qırılırsa krem istifadə etməyiniz şərtdir. Vitaminli kremlərin təsirini görə biləcəksiniz. Əllərinizə mütamadi olaraq nəmləndirici kremlər çəkin. Ayaqlarınıza mütamadi olaraq pilinq edin. 
Bədəniniz: Üzünüz kimi bədəniniz də yenilənməlidir. Ölü hüceyrələrdən azad olmaq üçün pilinq etdirməyiniz şərtdir. Ev şəraitində də pilinq edə bilərsiniz.

1 ay qalmış:
Saçınız: Ani evlənmə qərarı vermisinizsə, saçınız qısadırsa suni saçdan istifadə edə bilərsiniz. Saçınız uzun olacaq deyə bir qayda yoxdur. Ancaq toyunuzda uzunsaçlı olmaq istəyirsinizsə, qaynaq istifadə edə bilərsiniz. 
Üz dəriniz: Bu zaman etməli olduğunuz ən önəmli şey nəmləndirici maska etməkdir. Həmçinin qırışıqlar üçün kremdən də istifadə edə bilərsiniz. Yaxşı görünmək üçün stressdən uzaq qalmağınız məsləhətdir. Unutmayın stress üzünüzə təsir edir və sivilcələrin çıxmasına şərait yaradır. 
Bədəniniz: Saunaya gedin. Başdan ayağa rahatlaşdırıcı masaj etdirin.

1 gün qalmış:
Saçınız: Səhər salona getməli olduğunuz üçün saçınızı axşamdan yuyun. Saçınıza aksesuar taxacaqsınızsa, onları da axşamdan hazırlayın. Səhər təlaşdan unuda bilərsiniz. 
Üz dəriniz: Göz altında qaralmalar var? Bundan azad olmaq üçün buzdan istifadə edə bilərsiniz. Mütləq nəmləndirici kremdən istifadə edin. 
Dırnaqlarınız: Dırnaqlarınızı bir gün öncədən manikur etdirin. Açıq və ya pastel rənglərdən istifadə edə bilərsiniz. 
Vücudunuz: Ətirli bədən lasyonundan istifadə edin.


Şərhlər: 5
Baxılıb: 582
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Baharim ol
Saytin kohne varianta kecmesine sevindim.hec sevmemisdim tezeni.tesekkurler.Melumatlarda lazimlidi
4 iyun 2016 20:40
# 5
Ama yenede
vipbetul
toya hazirlasan xanimlar oxusun
4 iyun 2016 14:48
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Tewekkurler)))
4 iyun 2016 13:01
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Barbaris
yeni toya hazirlawanlara aiddir
4 iyun 2016 12:21
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Toy hazirligi cox meseqqetli isdir. Baximlar maskalar etmek isteyir. Qadinlar bu erefelerde ozune xususi qulluq etmelidir
4 iyun 2016 12:21
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz