Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəl Qaşlar
Gözəl Qaşlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3998
Səs ver:
Daim gözəl və formada olmağı sevən qadınlar yəqin bilirlər ki, üzün quruluşunu əsaslı şəkildə dəyişən cizgi məhz qaşlardır. Sıx, enli və səliqəsiz qaş istənilən gözəl üzü çirkin göstərə bilər.
Doğrudur, bizim adət-ənənələrimizə görə subay qadınların qaşlarını alması düzgün deyil. Lakin nəzərə almaq lazımdır ki, müasir insanlar nəinki qaşın, hətta burunun, dodağın, üzün formasını da dəyişmək imkanına malikdirlər. Qaşları nazik və qismən səliqəli olan qızların bu baxımdan problemləri azdır. Lakin çox sıx və qalın qaşa maliksinizsə, gözəl görünmək naminə onlara forma verməlisiniz! Unutmayın ki, qaşın quruluşu sifətin ifadəsini də dəyişir. Adətən, qaşların təbii formasını saxlamaq məsləhət görülür. Qaşlarına əl gəzdirmək istəyən xanımların birinci dəfə kosmetoloqa müraciət etmələri məsləhətdir. Kosmetoloqun sizin qaşınız üçün seçdiyi formanı sonradan özünüz ev şəraitində də asanlıqla saxlaya bilərsiniz. Təbii ki, bütün hallarda olduğu kimi burada da sizin öz zövqünüz daha vacibdir. Lakin yenə də bəzi qaydalara əməl etmək pis olmazdı. Qaşın daxili kənarı burun pərləri ilə eyni səviyyədə, uzunluğu isə göz sərhəddindən bir neçə millimetr artıq olmalıdır. Daxildən qaş aşağı yönəlməlidir. Yaddan çıxarmaq lazım deyil ki, daxildən nazildilən qaş gözləri kiçik göstərir. Bu hissəni həddən artıq nazikləşdirdikdə isə, sifətdə daim təəccüb ifadəsi müşahidə edilir.
Qaşa forma verilməsinin ağrılı proses olması heç kim üçün təzə xəbər deyil. Bu zaman ağrını minimum səviyyəyə endirmək üçün də bəzi qaydalara əməl etmək lazımdır. Tükləri çıxma istiqamətlərində tək-tək çəkmək lazımdır. Bu, ağrını qismən də olsa, azaldır. Xəstə olduqda, dərinin həssaslığı artır. Buna görə də tam müalicə olunmadan qaşlarınıza əl vurmayın. Prosesə başlamazdan əvvəl dərinizə tərkibində meyvə turşuları, rentol-A kimi maddələr olan məhsullar çəkməyin. Ağrını tam yox etmək istəyirsinizsə, qaşınıza tərkibində benzokain (adətən, bu maddəni diş ağrısı zamanı qarqara üçün istifadə edirlər) olan preparat çəkə bilərsiniz. Məhsulun gözünüzə düşməməsinə diqqət edin, sonda isə onu nəm pambıqla silin.

Qaş almadan əvvəl üzü soyutmağın, yoxsa isitməyin daha yaxşı olması barədə isə kosmetoloqlar qəti bir qərara gələ bilmirlər. Bəzi kosmetoloqlar belə hesab edirlər ki, qaşlara forma verməzdən əvvəl isti duş qəbul etmək, yaxud qızdırılmış dəsmal qoymaq lazımdır. Onların fikrincə, bu zaman məsamələr genişlənir və tüklərin çıxması asanlaşır. Soyuma isə məsamələri sıxaraq ağrını artırır. Bəzi kosmetoloqlar isə, əksinə, hesab edirlər ki, dəriyə salfetə bükülmüş buz qoyduqda həmin hissə keyləşir və ağrı hissi minimuma endirilir. Yaxşı olar ki, hər iki variantı sınaqdan keçirəsiniz və sizə uyğun olanını seçəsiniz. Qaşınıza forma verdikdən sonra spirtli pambıqla silin.
Bəs bu zaman hansı pensetdən istifadə etməlisiniz? Qaşın səliqəyə salınması tüklərin surətlə uzanmasına səbəb olmur, lakin proses dərinin qıcıqlanması ilə nəticələnə bilər. Ona görə də aləti düzgün seçmək lazımdır. Penset yüksək keyfiyyətli, paslanmayan metaldan olmalıdır. Sıxılarkən azacıq gərilməli, sonları hamar və parlaq olmalıdır. Qətiyyən ucları kütləşmiş pensetdən istifadə etmək olmaz.
Qaşları almaq zamanı

Qaşları aldırmaq prosesi yüngülvari masaj, vanna və ya duş qəbul edəndən sonra daha asan və ağrısızdır. Tükləri alarkən ağrını azaltmaq üçün barmağınızla dəriyə təzyiq göstərin. Heç zaman rənglənmiş qaşları azaltmağa çalışmayın, çünki artıq tük çıxardığınızın fərqinə belə varmayacaqsınız.

1.Tük çıxarılandan sonra qaşlar yenə də ideal görünməyə bilər. Onların eni, uzunluğu və qalınlığını rənglə qaydaya salmaq olar. Mütəxəssislər bu məqsədlə karandaşdan, yeni başlayanlara isə göz kölgələrindən istifadəni məsləhət görürlər.
2.Qaşların təbii görünməsi üçün karandaş və ya göz kölgəsinin rəngi saçınızın təbii rənginə maksimum uyğun olmalıdır. O, yarım çalar tünd ola bilər, amma açıq yox.
3.Əvvəl qaşın ən hündür nöqtəsini tapmaq, aşağı kənarlara doğru tağ çəkmək, sonra rənglə bütün qaşı doldurmaq lazımdır. Qaşın mərkəzi hissəsi və ya ucunu vurğulasanız, makiyaj etmək asanlaşacaq, uz cavanlaşacaq.
4.Həm karandaş, həm də göz kölgəsi vasitəsilə yüngülvari ştrix vurun. Rəng və xətti intensiv etməyiniz üçün karandaşa təzyiq göstərin, göz kölgəsi üçünsə nəm fırçadan istifadə edin.


Şərhlər:
Baxılıb: 3998
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz