Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəllik sirləri
Gözəllik sirləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1840
Səs ver:
Güzgü, güzgü, mən gözəl görünürəm?
 
Buxaq
Buxağı xüsusi gimnastika və arıqlamaq yolu ilə əritmək olar. Boş vaxtlarınızda və təbii ki, sizi heç kim görməyəndə ağzınızın qıraqlarını bacardığınız qədər aşağı istiqamətdə gərginləşdirməyə çalışın.
Yanınıza birində isti, digərində soyuq su olan iki qab qoyun. Bərk parçanı suya salıb sıxın və iki ucundan da tutaraq çənənizin altında qəfil dartın. Bu halda parça zərblə çənənizin altına dəyməlidir. Prosesi isti-soyuq su növbəsi ilə bir neçə dəfə təkrarlayın.
Buxağın və boyunun düzgün görünməsinə qaçmaq da yaxşı təsir edir. Qaçış zamanı boyunun necə gərildiyini özünüz hiss edə bilərsiniz.
Üzünüzə qulluq zamanı boyunu qətiyyən nəzərdən qaçırmayın. Çünki insanın yaşını dəqiq göstərən orqan məhz boyundur. Üzünüzə uyğun gələn bütün maskaları boynunuzun dərisinə də qoya bilərsiniz.

Kirpiklər və gözər

Kirpikləri hər gecə gənəgərçək, yaxud badam yağı ilə masaj etmək yaxşı təsir göstərir. Bu, onların yaxşı uzanmasına, sıx və daha tünd olmasına kömək edir. Yorğunluqdan şişmiş və qızarmış gözləri çobanyastığı və çay dəmi ilə kompres etmək lazımdır. Kompresləri ayrı-ayrılıqda, yaxud da növbə ilə etmək olar. Bunun üçün gözünüzün ölçüsünə uyğun içərisinə çobanyastığı və çay qoyulmuş yastıqcalar tikmək olar. Yastıqcaları ilıq suda isladıb gözünüzə qoyun və beş dəqiqədən sonra dəyişin. Prosesi bir neçə dəfə təkrar etmək olar.
Gözünüzün altı şiş olarkən soyuq çay kompresi məqsədəuyğundur. Bundan başqa, gözünüzün altında kölgə varsa, oraya sərin kartofdan kəsilmiş nazik dilim qoymaq olar. Əgər tənbəllik etmirsinizsə, kartofu sürtgəcdən də keçirə bilərsiniz.
Südü donduraraq əldə edəcəyiniz buz göz kölgələrini aradan qaldıracaq əvəzolunmaz vasitədir. Adaçayının tünd dəmindən də sərin halda istifadə edə bilərsiniz. Gözünüzlə məşğul olarkən dairəvi kosmetik pambıqlardan istifadə etsəniz həm komfort hiss edərsiniz, həm də vaxt udarsınız.
Göz ətrafına krem çəkərkən ehtiyatlı olun. Unutmayın ki, bura dərinizin ən zərif hissəsidir. Üz üçün olan kremlər bu məqsədlə istifadə edilməməlidir. Bunun üçün çox əlverişli qiymətə satılan xüsusi kremlər var. Kremi gözünüzün ətrafına barmaqlarınızın ucları ilə döyəcləyərək çəkin. Bu, kremin eyni səviyyədə yayılması ilə yanaşı, qırışlara qarşı masaj kimi də təsir edir.

Üzdə olan tüklərə qarşı özünüz mübarizə aparmağa çalışmayın. Azərbaycanlı qadınlar arasında geniş yayılmış üsullar sonradan tüklərin daha qalın və qaba çıxması ilə nəticələnir. Nə qədər baha olsa da, salonlara müraciət etmək yaxşıdır, ən azından tüklərin qabalaşacağı qorxusundan uzaq olarsınız. Xalların üzərində çıxan tükləri qətiyyən çıxarmaq olmaz!

Genişlənmiş məsamələr

Bu hala əsasən yağlı dəridə rast gəlinir və təmizlənmədən sonrakı proseslərin düzgün aparılmaması zamanı meydana çıxır. Təmizləmədən sonra xüsusi quruducu maskalardan istifadə etmək lazımdır. İndi belə maskaları istənilən kosmetika satış mərkəzlərində uyğun qiymətə əldə etmək olar.
Ümumiyyətlə, genişlənmiş məsamələrə qarşı nəsə etmək istəyirsinizsə, əvvəlcə mütləq üzdə professional təmizləmə aparılmalıdır. Belə təmizləməni mütəxəssisə etibar etmək daha məqsədəuyğundur, ancaq bunu ev şəraitində də etmək olar. Bununçün üzünüzü əvvəlcədən çiçək dəmləməsində 10 dəqiqə buğa verin. Açılmış məsamələri nazik plastik çubuqlarla təmizləyin. Bu məqsədlə metal çubuqlardan qətiyyən istifadə etmək olmaz! Üzünüzü buğa verməzdən əvvəl yumşaq fırça ilə sürtsəniz, məsamələr tez açılar və asanlıqla təmizlənər. Təmizləməni dərisi quru olan qadınlar ayda bir dəfə, yağlı dəriyə malik olanlar isə iki dəfə etməlidirlər.

Qırışlar

Təəssüf ki, əvvəl-axır hamımızın üzündə qırışlar əmələ gəlir. Onlarla mübarizə aparmaq isə həddən artıq çətindir. Ancaq yaşlı görünməyi heç kim istəmir.
Əslində, yaşı göstərən bu elementə bəzən gənc qadınlarda da rast gəlinir. Bunlara mimiki qırışlar deyilir. Qırışları effektlə aradan qaldırmağa ancaq mütəxəssislər nail ola bilərlər. Biz isə onları, sadəcə, azalda və yaxud qarşısını ala bilərik. Bunun üçün gündə 1,5 litrdən az olmayaraq, su içmək vacibdir. Su dərinin nəmliyini artırır və onun qocalmasını ləngidir. Bundan başqa, qırışlara qarşı kremləri indi istənilən yerdə əldə etmək olar. Kremin bahalı olması yox, sizin üzünüzə düşməsi vacibdir. Qırışlara qarşı başqa mübarizə üsulu üz gimnastikası və masajdır. Bir neçə gimnastika üsulu ilə tanış olun:

"İ, a, e, o, u, ı" saitlərini bacardığınız qədər mimiki səsləndirin.
Qaşlarınızı qaldırın və salın.
Qaşlarınızı çatın. Bu zaman barmağınızı qaşlarınızın ortasına qoyun, bərk sıxmadan qırışların yaranmasına mane olun.
Göz bəbəklərinizi aktiv surətdə hərəkət etdirin.

Üzü masaj edərkən ehtiyatlı olun. Unutmayın ki, düzgün olmayan masaj əks effektlər verə bilər! Masaj etməkdə qərarlısınızsa, barmaqlarınızın ucu ilə üzünüzü döyəcləməklə kifayətlənin.
Gözəllik ondur, doqquzu özünə baxmaq

Daim cavan və gözəl qalmaq hər birimizin arzusudur. Qadınlar bu yolda əllərindən gələn heç bir şeyi əsirgəmirlər. Fransada hələ uzun illər öncə yüksək təbəqəyə məxsus qadınların hər birinin özləri ilə gəzdirdikləri maraqlı bir siyahı var idi. İndi bu siyahını sizə də təqdim edirik. Bu şərtlərə qismən də olsa, əməl etsəniz, yaşınız çoxdan ötmüş olsa belə, gözəl qala bilərsiniz.

Nə etmək lazımdır:

Az yemək, çoxlu balıq yemək, çox su içmək, çox gəzmək, təmiz havada çox olmaq, çox yatmaq, çox gülmək, beli incə saxlamaq, 40 yaşında yenidən ana olmaq, səyahət etmək, gənc yaşında gözəl nənə olmaq, həyatı sevmək.

Nə etmək olmaz:
Çox yemək, spirtili içkilər qəbul etmək, siqaret çəkmək, evdə oturmaq, saatlarla televizora baxmaq, pis şeylər haqqında düşünmək, dünyadan küsmək, həddən artıq hündür dabanlı ayaqqabılar geyinmək, yumor hissini itirmək, gənclərdən uzaq olmaq, yenilikdən qorxmaq, hisslərə qənaət etmək.

Üzünün dərisinə qulluq etmək üçün ən yaxşı vasitə maskalardır. Maskaları hazır şəkildə almaq və ev şəraitində hazırlamaq olar. Ev şəraitində maska hazırlayarkən əl altında olmayan məhsullardan ibarət çətin reseptlərə meyl göstərməyin. Onları hər soyuducuda olan adi məhsullardan da hazırlamaq mümkündür.
Məsələn:
Bir xörək qaşığı mayonezi və ya qatığı üzünüzə çəkin. Mayonez ağardıcı, qatıq isə qidalandırıcı effektə malikdir.
Genişlənmiş məsamələri aradan qaldırmaq üçün yumurta ağını üzünüzə çəkin və quruduqdan sonra yuyun.
Xiyarı əzib üzünüzə çəkin. Bu dərini qidalandırır, təravətləndirir və cavanlaşdırır.
Təzə yerkökünü kiçik gözlü sürtkəcdən keçirib mayonezlə qarışdırın. Bu maskadan sonra bir gün dəri xınayı rəngdə ləkələrlə örtülür. Lakin maska güclü cavanlaşdırıcı təsirə malikdir.
Bal və xama qarışığından hazırlanan maska dəriyə qidalandırıcı təsir göstərir. Xüsusilə quru dərilərə uyğundur.
Giləmeyvə qarışığından hazırlanmış maska ağardıcı və cavanlaşdırıcı təsir göstərir.
Yoqurt dərinin tonusunu yüksəldir. Üzünüzdə maska olarkən dincəlməyə çalışın. Maska altında üzün mimikalarını tez-tez dəyişmək əks təsirə malikdir.


Şərhlər:
Baxılıb: 1840
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz