Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaşlarınızın qalınlaşması üçün nə etməlisiniz?
Qaşlarınızın qalınlaşması üçün nə etməlisiniz?
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 1458
Səs ver:
Bir diş sarımsağı iki yerə bölün, ancaq bıçaq və ya kəsici alətlə yox, əlinizlə bölməyə çalışın. Bir yarısını bir qaşınıza, digər yarısını isə o biri qaşınıza alın nahiyəsindən başlayaraq sürtün. Sarımsağı sürtdüyünüz vaxt qaşınıza yaxşıca sıxaraq sürtün ki, sarımsağın suyu çıxsın və qaş diblərinizə nüfuz etsin. Bu prossesdən sonra 1 çay qaşığını zeytun yağını balaca bir qabda isitdikdən sonra qulaq təmizləmə çöpü ilə qaşlarınıza sürtün. Bunları hər gecə yatmazdan əvvəl etməlisiniz. Üzünüzü isə səhər duranda yaxşıca yumalısınız ki, gecədən qalan sarımsaq və zeytun yağı təmizlənsin. Əgər sarımsağın iyi xoşunuza gəlməsə, sarımsaq yerinə sarımsaq yağı da istifadə edə bilərsiniz.

Makiyajın köməyi ilə qaş qalınlaşdırma üsulu:
Əgər qaş köklərinizdən yeni qaş tükləri çıxmırsa və ya mənim bunları eləməyə nə vaxtım, nə də hövsələm var deyirsinizsə, xüsusi qaş qələmindən istifadə edə bilərsiniz. Keyfiyyətli göz qələmi də sizə kömək ola bilər, ancaq siz yenə də qaş qələmi alın. Qəhvəyi tonlarda alacağınız qaş qələmi ilə qaşınız arasındakı boşluqları doldurub, istədiyiniz qalınlıqda çəkərək təbii görünüş əldə edə bilərsiniz. Əgər qara rəng göz və ya qaş qələmi seçsəniz, qaşlarınız kobud və təbii görünüşdən uzaq olacaq. Qaş qələmini tüklərin çıxış yönündə və sərt basaraq deyil, balaca və kiçik toxunuşlarla çəkməlisiniz. Beləliklə, təbii görünüş əldə edə bilərsiniz.

Qaş konturu ilə qaş qalınlaşdırma:
Qalıcı makiyaj üsulu ilə qaş tatusu da etdirə bilərsiniz. Xüsusi rənglərlə dəri altına işlənərək edilən qaş tatusu qaşları qalınlaşdırmaq üçün bir seçim ola bilər. Amma bu üsul təbii görüntü baxımından bir az uzaqlamış olacaq. Əgər qaşlarınız çox seyrəkdir və heç yeni qaşınız çıxmırsa, son çarə bu üsul ola bilər.


Şərhlər: 9
Baxılıb: 1458
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qaslarimin qalinliqi normaldir
19 aprel 2016 02:04
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BR
istifade etmirem........
19 aprel 2016 01:45
# 8
Biriwka
ne cox qalin nede cox nazik qawlari sevmirem. normal olsa yaxwidi mence. ama teessufki menim qawlarim nazikdi 09
18 aprel 2016 01:42
# 7
Aybə
Mənim qaş köklərimnən qaş çıxmır arada badam yağı vururam əsasda qaş karandaşı ilə düzəldirəm və kim görür elə bilir tatuajdı gözəl edirəm.
18 aprel 2016 00:20
# 6
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
YARIM QALMIS XEYALLAR
Qaslarim ne nazikdir nede qalindir normaldir. Bir defe sarimsaq vurdum yandirdi derimi. Her gece hevselem gelmez. Hem de seher isde sarimsaq qoxaram.
17 aprel 2016 16:46
# 5
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
Nemka Matata
qashlarim qalindi aslada nezik qash sevmem
17 aprel 2016 14:29
# 4
ayka95
menim qalin qaslari hec sevmirem
17 aprel 2016 14:06
# 3
Roza
Qaşlarim normaldi.
Mən qalin qaş xoşlayiram, amma yoldaşim nazilşk xoşlayir, və ona görə biraz nazik edirəm.
Təşəkkür
17 aprel 2016 13:54
# 2
....
BARBI
Men qas konturu ile qaslarimi qalinlasdiriram. Qaslarim cox seyrekdir
17 aprel 2016 13:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz