Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İdea makyaj üçün 9 qürursuz addım
İdea makyaj üçün 9 qürursuz addım
Göndərən: Angela7
Şərhlər: 9
Baxılıb: 1019
Səs ver:
İdeal Ton
Dərinizin qüsursuz görünməsi üçün çalışırsınıza, tonal krem, kirşan (rus.pudra) və konsilerdən istifadə edin. Tonal kremi seçərkən diqqətli olun – hətta, qara rəngini çalarlarında bir dəriyə sahib olmaq istəyirsinizsə də, öz dərinizdən çox fərqlənən rəng seçməyin. Bu, üzünüzə çirkli və səliqəsiz görüntü verəcək. Konsiler isə tonal kremin rəngindən bir ton açıq olmalıdır, daha artıq olduqda, üzünüzdə xoşagəlməz ton ayrılığı ola bilər.

Sıx qaşlar
Qaşlarınızı vaxtaşırı səliqəyə salın və makiyaj etdikdən sonra, qaşınızın içindəki boşluqları xüsusi qaş karandaşlarıyla doldurmağa çalışın. Unutmayın ki, qaşlarınız saçlarınız rəngində olduqda, çox səliqəli və gözəl görünür. Karandaş seçərkən də bu məqama diqqət yetirin.
 
Gözləri vurğulamaq
Gözlər bir qadının ən güclü silahıdır. Gözlərinizi açıq qəhvəyi göz kölgələri ilə haşiyəyə alın. Göz qapaqlarınızda maksimum dərəcədə neytral tonlardan istifadə edin. Gözlərinizin yorğun görünməməsi üçün çox tünd rənglərdən gündəlik makiyajda çəkinin.
 
Zərif Ənlik
Təbii görünən makiyaj üçün ən ideal ənlik bej-çəhrayı rənglərdir. Ənliyin güldüyünüz zaman qabaran hissələrə vurulmalı olduğunu unutmayın. Bu üzünüzdə çox təbii bir effekt yaratmaq üçün əla ideyadır.

Parlaq Dodaqlar
Təbii görünən makiyaj etməyə çalışsaq da, dodaqları vurğulamadan bunu yaxşı edə bilmərik. Dodaq boyası və ya parıltısının isti rənglərdə olmasına çalışın və dodağınıza barmağınızla vurun. Bu halda daha təbii görünüş əldə etmiş olacaqsınız.

Əsmər xanımlar üçün təbii makiyaj
Tünd saçı olan xanımlar ideal təbii makiyaj üçün qara göz qələmindən istifadə edə bilərlər. Dodalarını isə çəhrayının tünd çalarlarıyla boyasalar qüsursuz makiyaj xəyallarına çata bilərlər.
 
Sarışın xanımlar üçün təbii görünüşlü makiyaj
Sarışın xanımlar gözlərini zərif tonlarla vurğulamalıdırlar. Ümumiyyətlə, bütün makiyaj zərif tonlardan ibarət olmalıdır. Dodaqlara parıltı vurmaq makiyajı çox incə və təbii göstərə bilər. Öz dodaq rənglərinə uyğun çəhrayı çalarlarına dodaq boyalarından istifadə etməlidirlər.
 
Kürənlər üçün ideal makiyaj
Qırmız saçlı qadınlar göy və bənövşəyi tonlarından uzaq durmalıdırlar. Onlar daha çox qızılı və pastel rənglərə üstünlük verdikdə, çox gözəl görünə bilirlər. Dodaq boyası və ənliyi isti tonlarda seçərək, makiyajı tamamlamaq mümkündür.

Mükəmməl Nude
Qızıl qaydanı yadda saxlayın: Adi makiyaj zamanı siz ya gözləriniz, ya da dodaqlarınızı vurğulamalısınız. Lakin, təbi makiyaj üçün isə həm gözünüzü, həm də dodağınızı mükəmməl balans yaradaraq vurğulamalısınız.


Şərhlər: 9
Baxılıb: 1019
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
makiyaj istifade etmirem........
19 aprel 2016 18:34
# 9
beasloove
Dodaqlarıma barmaqlarımın yardımıyla parladıcı sürürem. Çox gözel görunur
11 aprel 2016 23:27
# 8
Wirinka-nazka
Tewekkur oyrendiyim biweyler oldu
10 aprel 2016 10:37
# 7
Totu
Makyaj deyende sadece goz qeleminden istifade edirem
9 aprel 2016 18:16
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
rəmsə
Son vaxtlar konsiler,bronzerlə filan qəşəng 3D makiyajı edirəm.Ümümiyyətlə makyaj etməyə bayılıram.Bu qaydaların da hamısını demək olarki bilirdim.
9 aprel 2016 18:06
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
vipbetul
kasmetika xoslamiram

kasmetika xoslamiram
9 aprel 2016 16:29
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
Her zaman üzüme yarasan rengden istifade edirem
9 aprel 2016 15:19
# 3
BARBI
Her zaman goz rengime uygun makiyaj edirem. Ideal makiyaj qusursuz olandir
9 aprel 2016 13:44
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Saclarim tund rengdedi ancaq ne goz qeleminen ne dodaq boyasinan istifade etmirem sadece tuj ve enlik cekirem bes edir mene
9 aprel 2016 13:11
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz