Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dodaq boyası qurtarmır, azalır...
Dodaq boyası qurtarmır, azalır...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2387
Səs ver:
Bitdiyini düşündüyünüz dodaq boyaları hələ uzun müddət karınıza gələ bilər.

Hamımızın siyirməsində yığılıb qalmış, yarımçıq dodaq boyaları var. Atmağa qıymırıq, istifadə üçün də çox kiçik olur bu dodaq boyaları. Atmayın! Çünki onlar hələ çox karınıza gələ bilər.

Siz bu boyaları ya bir fırçayla dibinə qədər istifadə edə bilərsiniz, ya da qarışdırıb yeni bir rəng və dodaq boyası düzəldə bilərsiniz.

Bunu unutmayaq ki, bu hazırlayacağınız "yeni" dodaq boyasının piqmentləri köhnəlib və yağı qatılaşıb. Buna görə də, "özündüzəlt" məhsul üç ay ərzində istifadə edilməlidi.

Boyaları isidirik. Birbaşa ocaqda isitməyin. Bu həm piqmentləri yandırar, həm də tərkibini pozub xərçəng xəstəliyi yarada bilən maddələri aktivləşdirər.

Əvvəlcə alümin falqadan iki qat hissə alıb, balaca bir kasa düzəldin. Bir ucunu isidilib maye haləna gətirilmiş dodaq boyasını qabına rahat tökə biləcək şəkildə əyin.

Dodaq boyalarını qablarının içindən diş çöpü ilə çıxardıb həmin kasanın içinə qoyun. Ocaqda qaynar su dolu qabın içinə əriməyə buraxın (vam od olmalıdı).
Kasanın içindəki maddə tamamilə maye halını alanda (3-4 dəqiqə) içini boşaltdığınız dodaq boyalarının qablarından ikisini seçin.

Qabların dibində kiçik dəliklər var. Onları alimuniumla bağlayın. Əks halda maye dodaq boyası qaba töküləndə aşağıdan axa bilər.

İndi maye dodaq boyasını qabın içinə tökə bilərsiniz. Mayeni qaba boşaldıb qarışdırın və soyuducuda 10 dəqiqə saxlayın. Tamamilə qatılaşmasını gözləyin və çıxardın.

Dodaq boyası hazırdır. Qabın üzərinə xatırlamaq üçün tarixi də yazın.
3 ay sonra onu zibil qabına atacaqsınız.

Qeyd: əgər kirşanlı dodaq boyası əritmisinizsə isidərkən qarışıma 1 çay qarışığının ucunda vazelin əlavə edə bilərsiniz.


Şərhlər:
Baxılıb: 2387
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz