Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəl sinəyə malik olmaq üçün 6 hərəkət
Gözəl sinəyə malik olmaq üçün 6 hərəkət
Göndərən: ALESSANDRA
Şərhlər: 12
Baxılıb: 2295
Səs ver:
Sinə əzələlərini möhkəmlətmək və formada saxlamaq üçün məşq etmək lazımdır. Bunun üçün 6 məşq təqdim edirik. Onları hıftədə 3 dəfə təkrar etmək lazımdır. Hər məşq 2 dəfə təkrar olunmalıdır. Məşqlər üçün gimnastik xalça və qantellər tələb olunur. Qanteli su ilə dolu 2-3 kq-lıq plastik qablarla əvəz edə bilərsiniz.

İsinmə hərəkəti olaraq çiyinləri önə və arxaya 10-12 dəfə döndərin, eyni sayda hərəkətləri əllər yana açıq şəkildə edin.

Məşq 1. Əlləri açıb-bağlayırıq
Kürəyi üstə yerə uzanıb, qantel və ya su ilə dolu plastik qabları əlinizə alın. Əllər öndə, dirsəkdən yüngülcə qatlanır. Nəfəs alın, dirsəkləri düzəltmədən yavaş-yavaş dirsək yerə dəyənə qədər qollar yana açılır. Sonra nəfəs verir və əvvəlki vəziyyətə qayıdırıq. Məşq 15-20 dəfə təkrar olunur.

Məşq 2. Yıxılıb-qalxmaq
Bu məşqi etməyi hamı görüb. Dörd ayaq üzərinə yerə düşüb, əllər aralı qoyulur, barmaqlar önə. Ayaqlar tam açılmış vəziyyətdə, barmaq ucları yerə dəyir. Biləklərin çiyinlə eyni səviyyədə olması vacibdir. Sonra dirsəyi qatlayıb, çiyin səviyyəsinə qədər açırıq. Bir məşq 10-15 enib-qalxmadır. Çalışın kürəkləriniz yaxınlaşmasın və başınızı aşağı salmayın. Bu məşqin təsirini zəiflədir. Qarına sallanmağa imkan verməyin ki, belinizə güc düşməsin. Məşqin məqsədi təkcə döş deyil, həm də çiynin ön və arxa əzələlərini möhkəmlətməkdir.

Məşq 3. Yan böyrü üstə qalxma
Əsas vəziyyət iməkləmə vəziyyəti. Sağ əlinizə qanteli götürün, sol tərəfinizə dayanın. Sol ayaq dizdən qatlanmışdır, sağ ayaq uzununa açılmışdır. Qarnı gərginləşdirir, budu elə qaldırırıq ki, bədənin sağ tərəfi başdan ayağın ucuna qədər düz xətt vəziyyəti alır. Qantel olan əlimizi özümüzə doğru qatlayırıq. Ayaq və bədənin vəziyyətini dəyişmədən qolumuzu yana açıb, yavaşca bağlayırıq. Məşqi 6-8 dəfə təkrar edirik. Sonra tərəfi dəyişirik. Qanteli sol əlimizə alırıq.

Məşq 4. Uzun sıxılma
Əsas vəziyyət: qarın üzərində uzanıb ayaqları elə uzadırıq ki, pəncənin üst səthi yerə toxunsun. Qollar dirsəkdən qatlanır, əllər yerə toxunur, dirsək bədənə sıxılır. Ehmalca bədən yerdən qaldırılır, eyni zamanda pəncə üzərinə oturur, əllərlə irəli dartılırsınız. Pişik vəziyyəti alırsınız. Sonra əvvəlki vəziyyətə qayıdırsınız. Məşqi 8-10 dəfə təkrar edirik.

Məşq 5. Elastiklik
Əsas vəziyyət: iməkləmə vəziyyəti, əllər çiynin altında, ovuclar yerə dayanır. Barmaqlar açılmış halda önə baxır.
Bədənin aşağı hissəsi çanaq və budlar yerə yıxılır. Ayaqlar düz. Əsas yük əllərə düşür. Döş qəfəsini açırıq- çiyinləri aşağı və arxaya, baş arxaya və baxışlar özünə yönəlir. Bu vəziyyətdə 60 saniyə dayanın və yenidən iməkləmə vəziyyətinə qayıdın. Fasilə 20 saniyə. Məşq 3 dəfə təkrar olunur.

Məşq 6. Dünyanın ən gözəl qadını
Əsas vəziyyət: kürəyi üstdə yerə uzanırıq, ayaqlar düz, əllər başın arxası ilə düz qoyulur. 30 saniyə ərzində əllərinizi və ayaqlarınızı maksimum dərəcədə dartırıq. Sonra ayaqları dizlərdə qatlayıb, qucaqlayırıq, döş qəfəsinə sıxırıq. Baş və döş qəfəsi yerdən aralanmır. Bu vəziyyətdə 20 saniyə dayanın. Məşq 5-6 dəfə təkrarlanır. Sonra kürəyi üstə uzanaraq əllərinizin içi yuxarı olmaqla sadəcə dərindən nəfəs alın. Bu vəziyyətdə döş əzələlərinin necə dartıldığını və elastikləşdiyini təsəvvür etmək çox faydalıdır.

Bu məşqləri etməklə artıq 3 həftə sonra ilk nəticələri müşahidə edəcək və komplement alacaqsınız.


Şərhlər: 12
Baxılıb: 2295
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyli
bele mewqlere ehtiyac duymuram
17 mart 2016 11:29
# 12
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
vipbetul
maraqsiz xeberdir
17 mart 2016 00:47
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Ehtiyacim yoxdur
16 mart 2016 21:15
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
narmiwka_15
mene lazim deil twk
16 mart 2016 20:45
# 9
Be Happy))
Aydan Habili
vidioyla olsaydi daha rahat olardi

bunediye indi bezileri yazirki ehtiyacim yoxdur ariq olmagla saglam ve gozel olmaq deyildir ve etiniz berk olmaldir da ariqam neyime lazim mende normaldi bu kimi sozler lazim deyil
16 mart 2016 17:59
# 8
S.Heydarova
bunlara ehtiyacım yoxdur) təşəkkürlər
16 mart 2016 17:50
# 7
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Fi-Ra
Bəzilərini tam başa düşmədim. Şəkilli olsaydı yaxşı olardı təşəkkürlər
16 mart 2016 16:02
# 6
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Fidan ALYEVA
Lazimli ve faydalidir
16 mart 2016 15:58
# 5
.O.F.S.
Barbaris
sinem normaldir ama yenede twkler
16 mart 2016 14:58
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Sinemnen raziyam. Cox boyuk sine xoslamiram. Estetik gorsenmir
16 mart 2016 14:12
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
deniz2016
Saglamlik di idman soz yok onun da asan yolun tapir qadinlar eziyetsizin
16 mart 2016 13:40
# 2
D
Miss_Angel
faydali meslehetlerdi tenbelik edirem mewq elemirem gerek ozume ceki duzem edem
16 mart 2016 13:18
# 1
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz