Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Stil və dəb barədə 7 məsləhət
Stil və dəb barədə 7 məsləhət
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 776
Səs ver:
"Chanel" və "Fendi" moda evlərinin kreativ direktoru Karl Lagerfeld dəb sənayesinin ən önəmli fiqurlarından biridir. Özünü fotoqraf, rejissor kimi sınayan, "7L" kitab mağazasının rəhbəri olan alman əsilli dizaynerin şəxsiyyəti qədər geyim üslubu da maraqlıdır. Qara günəş eynəkləri, əlcək, qara Edi Sliman kostyumları 81 yaşlı dizaynerin ağ saçları ilə ahəng yaradır. Müasir dövrdə elə bir dəbli qadın tapılmaz ki, ondan stil və dəb barədə məsləhətlər almaq istəməsin.

Milyonlarla pul xərcləməli deyilsiz
Bahalı geyim həvəskarlarına təəccüblü görünə bilər, amma Lagerfeld müsahibələrinin birində belə deyib: «Bu gün ucuz paltarlarla da şıq görünmək olar. İndi hər büdcəyə uyğun yaxşı dizaynlı paltarlar var». Bir sözlə, stil puldan çox zövqə bağlıdır.

Özünü ifadə et
Lagerfeldə görə, geyim təkcə özünü ifadənin yox, eləcə də dünya görüşünün, ideyanın, mövqeyin də göstəricisidir: «Dəb reallığı dəyərləndirmək üçün geyimlərdə özünü yaradan dildir».

Qara paltar heç vaxt «yetərincə» deyil
«Chanel» dizaynerindən bundan başqa nə gözləmək olardı? Əlbəttə ki, Lagerfeld qara rəngin vurğunudur. Nadir hallarda onu rəngli geyimdə görmək olar. Dizayner kimi qarderobunuzdan qara rəngi əskik etməsəniz, qısa vaxtda şıq və eleqant görünüşə sahib olacaqsınız. 

Başqalarının fikrinə ehtiyacınız yoxdur
Onun həyat qaydalarından biri məhz budur: başqalarının fikrinə önəm vermir. Trend olub-olmamasından asılı olmayaraq, hansı geyimdə özünüzü rahat hiss edirsinizsə, onu da geyinin.

Seçiminizdən əmin olun
Qadınlar alış-veriş zamanı lazım olmayan əşyalara pul xərcləyə bilirlər. Bahalı bir çanta, yaxud t-shirt — fərq etməz, ən əsası seçiminizdən əmin olun: "Şoppinq xətrinə alış-veriş etməyin, yalnız sizi həyəcanlandıran əşyanı alın".

«Bütövlük» şərtdir
Yaxşıpaltar geyinməklə iş bitmir. Lagerfeld inanır ki, stil «bütöv» olmalıdır: «Don't just leave it at your clothing». Obrazınızı saç, makiyaj, aksesuarlarla tamamlamaq lazımdır: «Kosmetikada qənaət etməyin, qüsursuz dəriyə və saçlara sahib olacağınızdan əmin olun».

Özünə güvən!
Etdiyiniz hər işdə özünüzə inanın. Bəlkə elə Lagerfeldin uğurunun əsas sirri bu əminlikdədir?!


Şərhlər:
Baxılıb: 776
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz