Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəl görünmək istəyənlər, bu xəbəri mütləq oxuyun!
Gözəl görünmək istəyənlər, bu xəbəri mütləq oxuyun!
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 1535
Səs ver:
Gözəl qoxumaq istəyib deodoranta allergiyası olanlar, selülitdən şikayət edənlər, gənc yaşda gözkənarları qırışanlar bu xəbəri mütləq oxusun.
 
* Selülit və qırışlara Son
Özümüzə qulluq etməliyik. Bunu yalnız özümüz üçün deyil, ətrafımızdakı insanlar üçün də etməliyik. Həyat kefiyyətimizi yaxşılaşdırmaq üçün ediləcəklər çox şeylər var. Özümüzü sevməliyik. Əgər bunu bacara bilsək, sevmə sənətini bacarmışıq deməkdir. Məhz o zaman, həm başqalarını sevə həm də onlara faydalı ola bilərik. Başqalarının qəlbinə yalnız öz ürəyimizi açdığımızda nail ola bilərik.

* Bir çox deodorant sınadım. Ancaq hər dəfə allergiya oldum. Gözəl ətirli olmaq üçün nə etməliyəm?
2 damla lavanta yağı
2 damla qərənfil yağı
2 damla jasmin yağı
10 ml. badam yağı 
1 ç/q pudra
 
Hamısını birlikdə qarışdırıb hər gün təmiz dərinizə sürün.

*Çox gənc yaşdasınız, amma göz kənarınız çox qırışıb? ...
Göz kənarlarınıza üzüm çəyirdəyi yağı ilə masaj edin. Həftədə üç gün bir çay qaşığı yaş maya və südü qarışdırıb göz kənarlarınıza sürtün. 20 dəqiqə gözləyin, sonra ilıq su ilə yuyub, soyuq su ilə durulayın.

* Dəriniz çox kobud və qurudur? ...
5 qr. ağ mum
5 qr. lanolin
15 qr. şirin badam yağı
2 qr. buğda özü yağı
50 qr. gül suyu 
5 damla gül yağı
 
Hamısını qarışdırıb su hamamında isidin. Qarışığı şüşə bir qaba yığıb soyuducunda saxlayın. Hər gün dərinizə sürtün.

* Saçlarınız çox cansızdır?
50 qr. adaçayı
50 qr. quru lavanta
  50 qr. kəklikotu
 
Hamısını birlikdə bir litr suda dəmləyib süzün. Bu qarışıqla gündə iki dəfə saç diblərinizə masaj edin.

* Saçlarınız çox qurudur?
Bir yumurta sarısı
Bir ç/q. alma sirkəsi
Bir ç/q. bal
Bir ç/q. zeytun yağı
 
Hamısını birlikdə qarışdırıb saçlarınıza sürtün bir saat gözlədin. Saç tipinizə uyğun şampunla yuyun. Bu qarışığı həftədə iki-üç gün tətbiq edə bilərsiniz.

*Selülitiniz həddən artıq çoxdur? ...
Təzə dəfnə və bibəriyəni şüşə qaba qoyun. Üzərinə çıxacaq qədər küncüt yağı və iki şorba qaşığı soya yağını qarışdırın. İki həftə günəşdə gözlədin. Sonra qarışığı süzüb içinə 4 limonun suyunu qatın. Bədəninizə masajla tətbiq edin. Bu qarışıq qan dövranını sürətləndirir. Xüsusilə nizamlı idman etməyə laqeyd yanaşmayın. Təzə meyvə və tərəvəz istehlak edin. Hər gün mütləq bir dilim ananas mütləq yeməlisiniz. Çünki ananas maddələr mübadiləsini sürətləndirir və yağları yandırır.

Saçlarının tez uzanmasını istəyənlər, üzündəki civzə və sızanaqlardan şikayətçi olanlar bu xəbəri oxusun!

* Saçların daha tez uzanması üçün nə edə bilərsiniz?!
Saçlarınızın uzanması üçün balanslı qidalanma çox əhəmiyyətlidir. Yarım yetişmiş avokado, 2 ədəd bildirçin yumurtası, 2 x/q. küncüt yağını qarışdırıb boya sürtürmüş kimi bütün saçınıza tətbiq edin. Sonra saçlarınızı isti bir dəsmalla bağlayıb 2 saat gözlədin, saç tipinizə uyğun bir şampunla yuyun.

* Üzünüzdə az qala mərcimək böyüklüyündə civzələr var?
Bərabər miqdarda 1 ç/q. yulaf unu, isladılmış gil, krem və suyu qarışdırıb dərinizə sürün. Qarışığıüzünüzdə 5 dəqiqə gözlədib ovaraq çıxarın.
 
Təmiz dəriyə 1 x/q. maya
1 ədəd döyülmüş aspirin
 1 ç/q. oksigenli su qarışdırın
4 gün üst üstə sızanaqlarınıza sürtün.

* Dodaqlarıtız tez-tez çatlayır?
Əvvəlcə bir dermatolaqa getməyinizi məsləhət görərdik. Çoxlu kök, portağal və limon qəbul etməniz lazımdır. Xüsusilə dodaqlarınıza dəmlənmiş adaçayı kompresi tətbiq edib, bal sürtün.

* Dabanlarınız çox kobuddur və çatlayır?
Bir vannaya isti su doldurun içinə bir şorba qaşığı qliserin və bir şorba qaşığı dəniz duzu qarışdırın. Ayaqlarınızı suda 20 dəqiqə gözlədib qurulayın. Bir qəhvə fincanı vazelin və 10 ədəd döyülmüş aspirini qarışdırıb ayaqlarınıza masajla yedirdin... Ayağınnızı nəmli tənzif üzərinə qoyub bir saat gözləyin. Bu əməliyyatı həftədə bir gün təkrarlamağa diqqət edin.

* Əlləriniz çox quruyur?
100 q/r. limon suyu, bərabər miqdarda badam yağı, küncüt yağı, qliserin və bir x/q. talk pudrasını qarışdırıb əllərinizə sürtün. Qarşığı ağzı bağlı şüşə qabda, soyuducuda saxlayın..

* Dəriniz çox quru və həssasdır?
Üz xəttləriniz çoxalıb. Eyni zamanda ləkə və kapilyar damarlarınız da var? Dərinizin quruluğu həyat tərzi və qidalanma adətləri kimi səbəblərlə də bağlı ola bilər. Siqaret, spirt və yuxusuzluq kimi faktorlar dərinin qurumasını və qırış meydana gəlməsini sürətləndirər. Hər gün bir x/q. arpa dənəsini bir çay stəkanı suda qaynadın. Su yarıya endiyində ocaqdan götürün. Soyudub süzdükdən sonra su ilə göz kənarlarına kompres tətbiq edin. Süd və badam yağını bərabər miqdarda qarışdırıb dərinizi bununla silin.
 
Kapilyar damarlar üçün at şabalıdı losyonu istifadə edin. 


Şərhlər:
Baxılıb: 1535
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz