Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəlləşmək istəyənlər üçün yeni üsul
Gözəlləşmək istəyənlər üçün yeni üsul
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1239
Səs ver:
Ekspertlər indi də gözətrafı qara halqaları permanent üsulu ilə aradan qaldırmağı təklif edirlər. Onların fikrincə, bu kosmetik müdaxilə ilə ustalar əsl möcüzələr yaradacaq.
 
bu effekti yaratmaq məqsədilə hazırlanan maddələr xüsusi aparatla dərinin altına yeridilir. Həmin aparat korrektor fırçasına bənzəyir. Ancaq fırçanın tükləri əvəzinə içərisində boya olan iynələr yerləşdirilir. İynələr göz ətrafı dəriyə bir neçə qat yeridilir. Lakin bu kosmetik müdaxiləni yerinə yetirən mütləq həm həkim-dermatoloq, həm də rəssam olmalıdır ki, düzgün rəng piqmenti seçə bilsin. Başqa sözlə, bu proseduranı gerçəkləşdirən peşəkar vizajist olmalıdır.
 
Korrektorun rəngi təbii dəri və gözətrafı qara halqaların rəngindən asılı olaraq hazırlanır. Göz ətrafı üçün, adətən, açıq korrektorlardan istifadə olunur. Nəticə o qədər təbii görünür ki, hətta göz ətrafı ilə dəri rəngi bir-birindən qətiyyən fərqlənmir.
 
Proseduraya başlamazdan əvvəl usta həmin sahəyə xüsusi keyləşdirici maz çəkir. Ağrını hiss etməmək üçün göz ətrafında minimum 20 dəqiqə saxlanılmalıdır. Kosmetik tatuajın təbii alınması üçün hər prosedur 3 qat tətbiq edilməlidir. Hər dəfə keyləşdirici maz çəkilməlidir. Çünki istənilən prosedur kimi bu üsul da arabir xoşagəlməz sancılar, hisslər yarada bilər.
 
Diqqət edin!
 
Hər hansı digər permanent makiyajı kimi bu proseduranı da yerinə yetirərkən  günəş şüalarından qorunmalısınız. Proseduraların sayı gözlərin altındakı qara dairələrin tündlüyündən asılı olaraq, 3 dəfəyə qədər artırıla bilər. Korreksiya isə, adətən, proseduradan bir ay sonra, dəri bərpa olanda həyata keçirilir.
 
Nəticədə hər gün gözlərinizin altına korrektor çəkmək əziyyətindən xilas olacaqsınız. Üzünüz daha təmiz, baxışlarınız isə daha dərin olacaq.
 
Reabilitasiya dövrü: Göz ətrafındakı dəri çox zərif olduğu üçün ilk 12 saatda gözlərin altında şiş və göyərmə ola bilər. Lakin ona hər hansı krem və məlhəm çəkmək qətiyyən doğru deyil. Hər proseduranın arasında azı beş gün fərq olmalıdır. Dərinin tam bərpası üçün yarım ay lazımdır. Ümumiyyətlə, 3-4 həftə ərzində günəşin ultrabənövşəyi şüalarından qaçmaq, həmçinin sauna kimi sizi tərlədən proseduralardan uzaq durmalısınız. Çünki bu amillər nəticəyə birbaşa təsir edir. Nəticənin uzun müddət qalması üçün isti ölkələrə gedərkən mütləq eynək taxın


Şərhlər:
Baxılıb: 1239
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz