Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy makiyajında 4 ən böyük səhv
Toy makiyajında 4 ən böyük səhv
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1150
Səs ver:
Mükəmməl bir gəlin olmaq istəyirsinizsə, 4 önəmli məqamı yaddan çıxarmayın. Unutmayın ki, ən gözəl siz olmalısınız! Gəlin makiyajı xəta qəbul etmir. Çünki çəkdirdiyiniz şəkillər bir ömür boyu sizinlə olacaq və həmişə həmin günü xatırladacaq.

1.
Jurnal və televizorda gördüyünüz makiyajları təkrarlamağa çalışmayın, çünki başqasının makiyajını eynilə özünüzə kopyalamaq mümkün olmayacaq. Bunun əvəzində professional bir vizajistdən tamamilə sizə uyğun, sizə yaraşacaq makiyaj məsləhətləri alın və çalışın ki, öncədən bu makiyajın məşqini edəsiniz.
Makiyaj məşqində üz formanıza və sizə yaraşan makiyaj stili və makiyaj rəngləri ortaya çıxacaqdır. Məqsəd də elə budur.

2. "Waterproof" makiyaj şərtdir.
Makiyajınızın bütün gün və gecə boyu üzünüzdə qalacağını unutmayın. Göz yaşına və tərə qarşı dözümlü bir makiyaj etdirməlisiniz. Bunun üçün suya dözümlü kometikanı seçin. Lazım olduqda təzələmək üçün əlinizin altında mütləq pudra və dodaq boyanız olsun.
 
3. Dodaqlarınıza yapışqan teksturalı parladıcılar vurmamağa çalışın. Ən yaxşısı mat və normal teksturalı dodaq boyalarıdır. Belə dodaq boyalarının həm qalıcılığı daha uzundur, həm də şəkillərdə çox gözəl görünürlər.

4. Sulu görünüşlü makiyajdan uzaq durmağa çalışın.
Gəlinlər parlaq və işıltılı olmaq istəyirlər, ancaq parlaq makiyaj yağlı bir görünüş verəcəkdir. Sadəcə almacıq sümüklərinizin üstünə yüngülcə parıltı tətbiq edin. Adətən mat və pudralı makiyaja üstünlük verin. Onsuz da rəqs edərkən və qonaqlarınızla maraqlanarkən yetərincə tərləyəcəksiniz. Bir də parlaq makiyaja tərləyən dəri əlavə olunarsa, görünüş heç də xoş olmaz.


Şərhlər:
Baxılıb: 1150
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz