Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Moda haqqında nələri bilirsiniz?
Moda haqqında nələri bilirsiniz?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 830
Səs ver:
Moda cəmiyyət həyatına dəyişiklik ehtiyacı və ya bəzənmək arzusu ilə girən keçici yenilikdir. Moda ümumi bir anlayışdır. Günlük həyatın çeşidli sahələrində bir müddət hakim olan zövq anlayışına deyilir. İnsanların ümumiyyətlə istifadə etdiyi hər şeydə moda axınları olmuşdur. Ancaq moda dünyada ən çox və ən geniş olaraq geyim mövzusunda görünür. Xüsusilə qadınlara aid hər növ geyim əşyası və bəzək formalarının mövsümlərə və illərə görə modası dəyişməkdədir. Evdar xanımlara yardım edilməsi baxımından yeni kəşf və modelləri jurnallarda moda adı ilə qeyd edirlər. Modanın tarixçəsi minlərlə il öncəyə qədər gedib çıxır. Çinlilərin ayaqlarını kiçiltmək üçün əziyyətə qatlaşmaları, Babilli və Assuriyalı kişilərin kobud və saçaqlı geyimlər geyinmələri belə öz əsrlərinə görə modanın əlamətləridir.
Krım ərazisində aparılan arxeoloji qazıntılar zamanı eradan əvvəl üçüncü və beşinci yüzillərə aid rəngli, xətli və fərqli naxışlardan parçaların tapılması hələ o zaman da modanın var olduğunu ortaya qoyur. 14 və 15-ci yüzillərə qədər biçilərək tikilmiş geyimlərə çox az rast gəlinirdi. Bu tarixlərdən sonra geyimlərdə işləmə tərzində şəxsi işarələr özünü göstərməyə başladı. On beşinci yüzildən sonra dərzilik sahəsində yeni inkişaf ortaya çıxdı.
19 və 20-ci yüzillərdə isə bu işlərlə məşğul olmaq xüsusi ixtisas sahəsi halına gələrək "Moda evi” adı altında ortaya çıxdı. Moda xalqların keçmişinə aid adət-ənənə və sənət yönündə meydana gətirdikləri yeniliklərin yanında zövqləri, namus və əxlaq anlayışları, iqtisadi vəziyyətləri haqqında da gələcəyə məlumat verməkdədir. İyirminci yüzilin yarılarından sonra moda bir çox mövzularda insanlara önçülük edən, hətta onları istiqamətləndirib çeşidli davranışlara sövq edən ən vacib faktorlardan oldu. Bu baxımdan geyim və ya bəzəkdə görüldüyü kimi düşüncə sahəsində insanların davranışlarında bu kimi axınlar təsirli olmağa başladı. Misal üçün gənclər arasında vaxtilə yayılmış "Hippy” , "Pop” , "Punk” , "Heavy Metal” kimi adlarla bağlı cərəyanlar da bunlardandır.
Moda həmçinin sosial və iqtisadi bir şeydir. Iqtisadi dəyişikliklər, ailə çevrəsi, toplumun əxlaq anlayışı, içində yaşadığımız təbiətin şərtləri, iqlimlər, mövsümlər, mənsubu olduğumuz millətin mədəni dəyərləri, dinlər, adətlər, görülən işlər və peşələr, yaş, cinsiyyət, zövqlər və bunlar kimi digər şeylər də moda cərəyanlarına şərait yaradırlar.


Şərhlər:
Baxılıb: 830
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz