Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Melatonin - gözəllik və cavanlıq hormonu
Melatonin - gözəllik və cavanlıq hormonu
Göndərən: emis
Şərhlər:
Baxılıb: 639
Səs ver:
Melatonin hormonu beyində yerləşən epifiz vəzi (onu həmçinin "üçüncü göz" adlandırırlar) tərəfindən ifraz olunur.

Bu hormonun qanda olan səviyyəsi xüsusilə gecə saatlarında qalxır. Melatonin yuxu hormonudur - bizə yuxuya getməyə və yaxşı yatmağa kömək edir.

Lakin bu melatoninin orqanizmdə olan əsas vəzifəsi deyil. Melatonin gecə ərzində orqanizmi bərpa edir, cavanlaşdırır, sağaldır. Melatonin hormonu həmçinin bizi streslərdən qoruyur.

Həkimlər uzun müddət ərzində gecə saatlarında işləyən insanların (tibb bacıları, dispetçirlər, mühafizəçilər və s.) sağlamlığı ilə bağlı araşdırmalar aparırdılar. Bu araşdırmalar nəticəsində məlum oldu ki, gecə növbələrində işləyən insanlarda ürək-damar sistemi xəstəliklərin, piylənmənin, şəkərli diabetin riski artmış olur. Uzun illər ərzində gecə növbələrində işləyən qadınlarda süd vəzi xərçənginin inkişafı riski xeyli artır. Bütün bunları həkimlər orqanizmdə melatonin hormonun defisiti ilə əlaqələndirir.

Melatonin hormonun ifrazı saat 00.00-dan 04.00-a kimi ən yüksək olur. Məhz bu səbəbdən cavan və sağlam qalmaq üçün insan bu müddət ərzində mütləq yatmalıdır.

Alimlər çox maraqlı təcrübə aparıblar - qoca siçanların orqanizminə melatonin hormonu daxil edilirdi. Nəticədə siçanların həyatı 20% uzanıb. Təbii ki, insanlarda belə təcrübələr aparmayıb. Lakin, məsələn, ABŞ-da bir çox yaşlı insanlar sağlamlığını saxlamaq və həyatını uzatmaq üçün yatmazdan əvvəl melatonin hormonu dərman şəklində qəbul edirlər.


Şərhlər:
Baxılıb: 639
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz