Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üzünüzə uyğun olan qaş formasını tapın
Üzünüzə uyğun olan qaş formasını tapın
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2062
Səs ver:
Qaşlarımızın formasını pozmadan necə almalıyıq?
Gözəllik salonuna getməyə vaxt tapa bilməyənlər, ya da özünü başqalarının əlinə etibar etməyən xanımlar!

Qaşlarının istədiyindən çox nazikləşməsinə dözə bilməyənlər, "Bu işin öhdəsindən mən də gələ bilərəm” deyən qadınlar özlərinin gözəllik mütəxəssisi olmağa qərar verirlər. Ancaq bu işin sonu təkrar gözəllik salonuna getməklə bitə bilər. Buna görə də qaşlarımızın formasını pozmadan necə almağımız lazım olduğunu öyrənib, daha sonra bu işə başlamaq lazımdır.

Üzünüzə uyğun olan qaş formasını tapın
Bir karandaş götürün və qaş uclarından birinə söykəyərək şəkildəki kimi dik olmaqla üzünüzdə saxlayın. Qaşınız karandaşın bərabər gəldiyi nöqtədən başlamalıdır. Sonra karandaşı gicgahınıza doğru əyin. Bu nöqtə də qaşın bitdiyi yer olmalıdır. Qaşın başlanğıcı və sonu tək bir xətdir. Qaşlarınızı bu xətt çərçivəsində formaya salın.

Qaşlarınızın ən yüksək nöqtəsi göz bəbəyinizin üzərində tutduğunuz zaman karandaşın ucunun göstərdiyi nöqtədir.
Qaşlarınızı almazdan əvvəl ağrının az olması və məsamələrin açılması üçün ilıq suyla isladılmış pambığı qaşlarımızın üstündə bir müddət saxlayırıq. Götürdükdən sonra üzün formasına uyğun qaşa forma verib, tükləri çıxdığı istiqamətinə doğru almalıyıq. Amma qaşı almazdan əvvəl qaşlarımızı qaş fırçası ilə yuxarı doğru darayıb uclarını kəsməliyik. Bunun səbəbi ucların sarı olmasıdır. Bu səbəbdən yanlış bir tükü almaqla, qaşın formasını poza bilərik. Deməli, əvvəlcə qaşın ucunu kəsirik, ondan sonra uyğun maqqaşla qaşın alınmasına davam edirik.

Diqqət: Qaşınızı çox naziltməyin! Bir neçə dəfə çox alsanız, yerlərinə yeni tüklər çıxmaya bilər.
Boşluqları doldurmaq üçün əvvəlcə qaş fırçası ilə aşağı darayın. Bu şəkildə boşluqları görməniz mümkün olar. Sonra qaş qələmi ilə incə xətlər çəkməklə boşluqları doldurun. Sonda qaşlarınızı yuxarı darayın.

Qaşı aldıqdan sonra nəmləndirici krem çəkməklə dərini sakitləşdiririk.


Şərhlər:
Baxılıb: 2062
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz