Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gənc qalmaq üçün 7 məhsul
Gənc qalmaq üçün 7 məhsul
Göndərən: Fialka
Şərhlər: 10
Baxılıb: 1126
Səs ver:
Payız gəlibsə, deməli, təbii vitamin qəbulunu artırmağın vaxtıdır. Gənclik hormonu adlanan estrogen qadın gözəlliyinin başlıca mənbəyidir. Məhz bu sehrli hormon orqanizmdə dərinin elastikliyini təmin edir. Amma yaşlandıqca estrogen istehsalı səviyyəsi aşağı düşür. Onu artırmaq üçün qidalanma rasionuna dərinin qocalma prosesini ləngidən məhsullar daxil etmək lazımdır.

Avokado
Bu tropik meyvə öz müalicəvi əhəmiyyətinə görə tanınır. Avokado yağının tərkibi zeytun yağı ilə oxşardır, amma bu meyvənin konsistensiyası daha qatıdır. O, hüceyrələri sərbəst radikallardan qoruyaraq dərini daxildən nəmləndirir. Bundan başqa, bu meyvəni mütəmadi istifadə edənlərdə xolesterin problemi olmur.

Sarıkök
Sarıkökün ağlasığmaz faydaları çoxdan məlumdur. Məsələn, sarıkök əsl cavanlıq cövhəridir. Acı və ağız büzüşdürücü dadına baxmayaraq, o, istisnasız olaraq hamı üçün faydalıdır. Sarıkök sellülitin də bir nömrəli düşməlidir. Bu ədviyyat üz çapıqlarını aradan qaldıran, gənclik və gözəlliyi qoruyub saxlayan ən yaxşı vasitələrdən biri sayılır. Sarıkök şirniyyat həvəskarları üçün də əsl tapıntıdır. Şirniyyat istəyini azaldan ədviyyat artıq çəki problemini də həll etmiş olur. Bundan başqa, sarıkök maskaları olduqca effektlidir: o, məsamələri təmizləyir, dərini hamar edir və cavanlaşdırır.

Yaşıl meyvə-tərəvəzlərin püre və suları
Yaşıl meyvə və tərəvəzlərdən hazırlanmış sular nəinki gün ərzində sizə yüksək enerji bəxş edəcək, həm də bədəni gəncliyin əsas mənbələri və enerjisi olan antioksidantlarla təmin edəcək. Lakin unutmaq lazım deyil ki, hər mövsümün öz tərəvəzi var: Yay aylarında ispanaq, alma və xiyar, qışda isə kivi, nanə, razyana yeməyə çalışın.

Qızıl balıq
Qızıl balıqda bir çox bahalı krem, zərdab və serumların tərkibində istifadə olunan təbii Omeqa-3 yağları var. Balıqda olan qiymətli yağlar dəriyə liftinq təsiri göstərir, onun elastikliyini qoruyur. Bundan başqa, Omeqa-3 yağları ürək-damar sisteminin sağlamlığını təmin edir.

Zeytun yağı
Quru dəri qocalmaya daha çox meyillidir. Zeytun isə dərini təbii şəkildə nəmləndirən faydalı məhsullardan biridir. Zeytun yağı tərkibindəki faydalı yağ turşuları sayəsində dəri hüceyrələrini təbii şəkildə regenerasiya edir. Digər yağlardan fərqli olaraq, zeytun yağında faydalı elementlər 3 dəfə çoxdur. Yeri gəlmişkən, dünya şöhrətli aktrisa Sofi Loren də zeytun yağına olan sevgisi ilə tanınır və onu özünün gözəllik sirri adlandırır.

Yaşıl çay
Yaşıl çay antioksidantların miqdarına görə liderdir. Gündəlik norma 2 fincandan artıq olmamalıdır. Bundan əlavə, soyuq yaşıl çay kompresi göz altında olan torbaları aradan qaldırmaq üçün effektli vasitədir.
 
Kivi
Dərinin cavanlığı uğrunda mübarizədə ən təsirli meyvə kividir. Kivinin tərkibində yüksək miqdarda antioksidantlar və E və C vitaminləri var. Bu xüsusiyyəti sayəsində kivi hüceyrələri sərbəst radikallardan müdafiə edir. Üstəlik, kivi az kalorilidir və kökəlmə riski yoxdur. Ona görə də ondan gəncliyini qorumaq üçün istədiyiniz qədər yeyə bilərsiniz.


Şərhlər: 10
Baxılıb: 1126
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
Melumatiniza hier sagol
20 dekabr 2015 17:10
# 10
vipbetul
gencik hele ehtiyag yoxdu
27 noyabr 2015 19:00
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Grsu
herkesin bir qocalmaq vaxti var....bunlar hamisu bosseydir
27 noyabr 2015 08:29
# 8
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Dj_Vampir
Idmanla mesqul olmaq da faydalidir mence
26 noyabr 2015 15:42
# 7
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
guler19
Gənc qalmaq üçün ən vacibi steresden uzaq durmaq lazımdır. Ən çox ətlərdən şəkərdən yağlı yeməklərdən az istifade etməliyik. Zərərli vərdişlərdən əl çəkmək lazımdır.Hər şey insanın özündən aslıdır. Bunlarda faydalı məsləhətlərdir tşk.
26 noyabr 2015 14:55
# 6
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Happy
Faydali melumat uchun chox sagolun. Yediklerime diqqet yetirecem
26 noyabr 2015 14:49
# 5
BARBI
Her zaman gencliyime gozelliyime diqqet yetirirem. Bu menimcun onemlidir. Daha cox tebii usullardan istifade edirem
26 noyabr 2015 14:05
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Faydalı məsləhətdir, çalışdığım qədər özümə yediklərimə diqqət edirəm, təşəkkü.
26 noyabr 2015 13:52
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
evli.mutlu.cocuklu
menim ucun lazimsiz melumatlardi
26 noyabr 2015 13:14
# 2
canr
Faydalı melumata göre cox sağolun
26 noyabr 2015 13:04
# 1
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz