Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
37 yaşlı Ani Lorakın gözəllik reseptləri
37 yaşlı Ani Lorakın gözəllik reseptləri
Göndərən: Fialka
Şərhlər: 10
Baxılıb: 1064
Səs ver:
Ukraynanın ən güclü səsə malik olan ifaçılarından biri Ani Lorak həm də cazibədar xanımdır. 37 yaşı olmasına baxmayaraq, məşhur ulduz gənc qız təsiri bağışlayır. Bu da təsadüfi deyil. Çünki ukraynalı müğənni zahiri görkəminə xüsusi diqqət edir və həmişə valehedici olmağa çalışır.

Bəs o, buna necə nail olur?

Yuxu
Ani Lorak üçün əsas gözəllik qanunu yaxşı yuxudur. Bədənin sinir sistemi üçün istirahət lazım olduğu kimi, dərinin də dincəlməyə ehtiyacı var. Lorakın sözlərinə görə, ən başlıcası odur ki, gözəl görünmək istəyən qadın hər gün ən azı 8 saat yatmalıdır. Qadın nəyə qənaət edirsə-etsin, yuxuya etməməlidir. Axşam saat 10-11 yatmaq üçün ən yaxşı vaxtdır, çünki dəri hüceyrələrinin fəal yenilənmə prosesi məhz bu saatlarda başlayır

Soyuq duş
Ani Lorak da Monika Belluçi kimi hər səhər soyuq duş qəbul etməyə adət edib: "Əgər yuxudan doymamışamsa, yarıyuxulu da olsa, soyuq duş qəbul edirəm və bərkdən oxuyuram, hətta qışqırıram. Onda adama dərhal enerji gəlir. Mütləq həftədə bir dəfə ballı-ərikli skrabla bədənimi sürtürəm”.

İdman
Ukraynalı müğənni Ani Lorak etiraf edir ki, doğuşdan sonra əvvəlki bədən quruluşunu geri qaytarmaq üçün çox işləməli olub. Ani Lorak çəkisini sabit saxlamaq üçün hər gün məşq edir. Üstəlik, səhərini də idman edərək açır. O, yuxudan oyanan kimi elə yataqdaca ayaqlarını 30-40 dəfə qaldırıb-endirir. Daha sonra o ayağa qalxıb 30 dəfə qarın presi edir. Onun sözlərinə görə, idmana başladınsa, mütəmadi olaraq etməlisən. Çünki əzələlər sonradan tənbəlləşir. İdmandan əlavə, müğənni formada qalmaq üçün rəqslə məşğul olur. O, rəqslərin həm çəkisini qorumağa, həm də əhvalının gün ərzində yaxşı olmasına kömək etdiyini bildirib.

Pəhriz
Ani həmişə düzgün qidalanmağa çalışır, çünki bilir ki, bu, dərinin vəziyyəti üçün də vacibdir. Müğənni pəhriz saxlamır, hətta yağlı yeməklər, qazlı sular da içir. Şokoladdan isə imtina edə bilmir. Ancaq bir qızıl qaydası var: mədəsini heç vaxt doyana kimi doldurmur: "Yatmazdan 3 saat əvvəl yemək yeyib, çay içirəm. Axşamlar su içmirəm, yoxsa səhərə üzüm şişir”.

Dəri
Ani Lorak kosmetoloqların xidmətindən istifadə etmir, çünki dəri üçün əsas qulluq qaydalarını özü yaxşı bilir, ancaq yenə də onların məsləhətinə tez-tez qulaq asır. Məsələn, heç vaxt üzünə tərkibi məlum olmayan kremlər, kirşanlar çəkmir. Hər axşam yatmazdan əvvəl makiyajını mütləq təmizləyir. Yoxsa səhər üzünüz yorğun, tutqun, əzgin görünəcək.O, müsahibələrindən birində "Göz üçün korrektoru yanınızdan əskik etməyin. Gözümün altına korrektor çəkmədən evdən çıxmıram. Rejimim ağır, yuxumsa azdır. Gözlərimin altını ancaq korrektor gizlədir” – deyə bildirib.

Üzünü nəmləndirmək üçün xiyar və çiyələk maskalarından tez-tez istifadə edir.

Dodaqlar qadının yaraşığıdır
37 yaşlı müğənni "İstəyirsinizsə ki, dodaqlarınız təravətli olsun, təmiz fırça götürün və onu bala batırıb dodaqlarınıza sürtün. 20 dəqiqə saxlayın, sonra balın qalığını salfetlə silin. Ağarmış, solğun dodaqları soyuq suda islanmış yumşaq tüklü diş fırçası ilə masaj edin. Evdən çıxmazdan əvvəl dodağınıza mütləq gigiyenik balzam çəkin. Dodaqlarınızı qoruyun, çox ucuz dodaq boyası və parıltısı almayın”.


Şərhlər: 10
Baxılıb: 1064
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Grsu
CAZIBEDAR GOZLERI VAR
30 noyabr 2015 09:36
# 10
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
vipbetul
qesengde esasende gozleri
28 noyabr 2015 19:51
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
gozel xanimdi beyenirem bu xanimi
28 noyabr 2015 18:21
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Dosta_inam
Ani lorok Karalina səhv etmirəmsə o adını tərsi olaraq çevirib, qeyri adi olsun deyə, ancaq bu xanımdan çox xoşum gəlir, o olan verlişlərə maraqla baxıram, çox gözəl incə xanımdır.
28 noyabr 2015 17:57
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
mehemmedcik
Düzgün qida insanı normada saxlayır.
28 noyabr 2015 17:08
# 6
Sevmək gözəldi,sevilmək ondan da gözəldi.
evli.mutlu.cocuklu
qeweng xanimdi[center][/center]
28 noyabr 2015 17:03
# 5
Happy
Hər xanımın əməl etdiyi şeylərdi.
28 noyabr 2015 16:44
# 4
lilit
Herenin ozunun beden quruluwu ve o quruluwa esasen gozelik sirleri var
28 noyabr 2015 16:12
# 3
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
aynur2002
Burda ele de qeyri-adi seyler yazilmiyib sadece bezi seylere emel etmeliyik.
28 noyabr 2015 14:55
# 2
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
BARBI
Her kesin ozume mexsus sirrleri var. bu xanimida beyenirem gozel xanimdir
28 noyabr 2015 13:21
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz