Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məşhurların gözəllik sirləri
Məşhurların gözəllik sirləri
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 841
Səs ver:
Təravətli və qırışlardan uzaq üz,dolğun dodaqlar,ağappaq dişlər və parlaq saçlar gözəlliyin əsas əlamətləri sayılır.Belə bir zahiri gözəlliyə malik olmaq üçün hansısa plastik əməliyyat keçirmək və yaxud dərmandan istifadə etmək lazım deyil.Zərif çinsin nümayəndələri xüsusi risk tələb etmədən öz gözəlliklərinin ömrünü xeyli uzada bilərlər.Hamının heyranlıqla izlədiyi Hollivud ulduzlarının botoks və estetik əməliyyat etdirmədən nail olduqları nəticələr bunu deməyə əsas verir.Məşhur insanların gənclik illərindən sonraya daşıdıqları gözəllik sirləri o qədər də əlçatmaz deyil... Dolğun dodaqlar Dolğun dodaqlı Hollivud məşhurlarının bunu süni surətdə etdirdiklərini düşünənlər yanılırlar. Nanə ekstraktı dodaqların təbii olaraq dolğun görünməsini təmin edir. Ağ dişlər Məşhurların qar kimi ağappaq dişləri qibtə doğurur.Bəs onlar buna necə nail olurlar? Hollivudun məhşur xanımları çiyələkləri əzərək soda ilə qarışdırır və hazırladıqları həmin məcunla həftədə ən az iki-üç dəfə dişlərini fırçalayırlar. Məcunun konsistensiyası bir az tünd olsa da,dişləri onunla fırçalamaq çox effektli və parlaq maska rolu oynayır. Ağ eyeliner və ya ağ göz qələmi Bir çox top modelin də istifadə etdiyi ağ göz qələmi, ya da eyeliner gözlərin daha iri və parlaq görünməsini təmin edir.Gözəl gözlərə və mənalı baxışlara sahib olmaq istəyənlər alt göz qapağının içinə ağ qələm çəkməyi təcrübədən keçirə bilərlər. Qarabasma kimi görünmək istəmədikdə onu göz qapaqlarının xaricinə qətiyyən çəkmək olmaz. Zeytun yağı Suya davamlı makiyaj vasitələrinə qarşı məhşur ulduzlar zeytun yağından istifadə edirlər. Həm dərini bəsləyən,həm də üzdə makiyaj buraxmayan bu təbii vasitə gözün altında əmələ gələn qara halqalara da yaxşı təsir göstərir. Limon suyu Bir çox top model və Hollivud ulduzları dərini təmizləmək üçün təbii lımon suyundan istifadə edir. Ayrıca, limon suyu eynilə toniklər kimi məsamələrin daralmasını təmin edir.Tətbiqi isə çox sadədir. Dəri toniklə necə silinirsə,həmin qaydada edilir. Yalnız tonik yerinə təzə limon suyundan istifadə etmək lazımdır. Sətin və ya ipək yastıq Məşhurların ən maraqlı gözəllik sirlərindən biri də sətin yastıqdan istifadə etmələridir. Xanımlar yuxudan oyanarkən pambıq yastıqlar üzərində iz buraxdıqlarına görə ondan istifadə etmirlər. Bundan başqa, sətin və ya ipək yastıqlar gecələr saçların yastığa sürtünərək zərər görməsinin qarşısını alır.


Şərhlər:
Baxılıb: 841
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz